Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir.Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. == Tarixi == Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. == Açılış tarixi == Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. == Qəbulu üzrə abunə haqqı == Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur. Haqqı isə 80 yeni tayvan dollarıdır.
Çji Çin-Lon
Çih Çin-Lonq (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çih Çin-Lonq Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 13-cü pillənin sahibi olub.
Lin Leyşram
Lin Leyşram (19 dekabr 1985, İmfal) — Hindistanlı model və aktrisa. == Həyatı və karyerası == Lin Leyşram 19 dekabr 1985-ci ildə Hindistanın Manipur şəhərinin İmpxal kəndində anadan olmuşdur. Karyerasına 2007-ci ildə çəkilmiş "Om Şanti Om" filmində kiçik rolla başlamışdır. Bu zaman o, həm də Nyu-Yorkda yerləşən tanınmış zinət əşyaları markası olan "Ozoru Cevelri" markasının sponsoru idi və bu markanın reklamlarında oynayırdı. Nyu-Yorkda modellik edəndən sonra Bombeyə qayıtdı və Naseruddin Şahla teatrlarda oynayaraq özünü teatrda da sınadı. Milli Teatr Mərkəzində də bir neçə tamaşaları vardır. Leyşram neçə illik kino səssizliyini 2014-cü ildə pozdu və Priyanka Çopranın "Meri Kom" filmində Bembem obrazına həyat verdi. Karyerasına davam etməyə qərar verən Leyşram ardıcıl olaraq 2015-ci ildə Prateik Babbarın "Amerika" filmində Umrinin xanımı, 2017-ci ildə Şahid Kapur və Saif Əli Xanın "Ranqun" filmində Mema roluna həyat verdi. 2019-cu ildəki "Akson" filmi ilə bütün dünyada məşhurlaşdı və beynəlxalq aktrisa oldu. 2020-ci ildə "Ave Maria" filmində Susan roluna həyat verən Leyşram hal-hazırda aktrisalıqla bərabər modellik fəaliyyətinə də davam etməkdədir.
Lin Luder
Lin Yu
Lin Yu (1 sentyabr 1979) — Dominikan Respublikasını təmsil edən stolüstü tennisçi. == Karyerası == Lin Yu Dominikan Respublikasını 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Lin Yu Dominikan Respublikasını 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Lin Yu Dominikan Respublikasını 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Lü Lin
Lü Lin (6 aprel 1969) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Lü Lin Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Lü Lin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə gümüş medalın sahibi olub.
Ma Lin
Ma Lin (19 fevral 1980) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Lin Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Ma Lin Çini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə və Komanda turnirində qızıl medalların sahibi olub.
Penq Lin
Penq Lin (d. 4 aprel 1995) — Çini təmsil edən su poloçusu. == Karyerası == Penq Lin, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Lin Pey-vun
Lin Pey-vun (25 noyabr 1999) — Çin Taybeyini təmsil edən üzgüçü. Lin Pey-vun Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lin Pey-vun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.41 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lin Çih-lyan
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Klin
Klin — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Linc
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Ling
Ling — tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismdir. Dayaq nöqtəsindən kənarda olan tərəflərə lingin qolları deyilir. Böyük qola kiçik qüvvə ilə təsir etməklə lingin kiçik qolunda böyük qüvvə yaradılır. Lingin qolunu kifayət qədər uzun etməklə nəzəri olaraq istənilən qüvvəni yaratmaq mümkündür. Belə sistemin riyazi təsviri ling qanunu ilə izah edilir. Bu qanun ilk dəfə olaraq antik dövrdə Arximed tərəfindən təsvir edilmişdir. == İşləmə prinsipi == Lingin işləmə prinsipi enerjinin saxlanması qanununa əsaslanır. Qolu Δ h 1 {\displaystyle \Delta h_{1}} məsafəsinə gətirmək üçün yük tərəfindən təsir edən qüvvə aşağıdakı işi görməlidir: A 1 = F 1 Δ h 1 {\displaystyle \ A_{1}=F_{1}\Delta h_{1}} .Digər tərəfdən baxdıqda, qoyulan qüvvə bu işi görməlidir: A 2 = F 2 Δ h 2 {\displaystyle \ A_{2}=F_{2}\Delta h_{2}} ,burada: Δ h 2 {\displaystyle \Delta h_{2}} — lingin qolunun ucu hissəsindəki yerdəyişməsidir. Burada F 2 {\displaystyle F_{2}} qüvvəsi təsir edir. Qapalı sistem üçün enerjinin saxlanması qanunun doğru olması üçün hər iki tərəfdə görülən işlər bərabər olmalıdır, yəni: A 1 = A 2 {\displaystyle \ A_{1}=A_{2}} , F 1 Δ h 1 = F 2 Δ h 2 {\displaystyle \ F_{1}\Delta h_{1}=F_{2}\Delta h_{2}} .
Link
Hiperlink
Lins
Lins (alm. Linz‎) — Avstriyanın mühüm şəhərlərindən biri.