Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lün
Լ, լ (Adı: lün, erm. լյուն) — erməni əlifbasının 12-ci hərfi. Transkripsiya "l". Tələffüzü "L". Rəqəm işarəsi "30". Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Lü Lin
Lü Lin (6 aprel 1969) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Lü Lin Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Lü Lin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə gümüş medalın sahibi olub.
Lin Pey-vun
Lin Pey-vun (25 noyabr 1999) — Çin Taybeyini təmsil edən üzgüçü. Lin Pey-vun Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lin Pey-vun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.41 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lun (ekranoplan)
"Lun" raket daşıyıcı gəmi-ekranoplan — SSRİ tərəfindən yaradılmış raket daşıyıcı-ekranoplan (Azərbaycan mediasında — "Xəzər canavarı", Rus dilində — "экраноплан проекта "Лунь"", NATO kod adı — "Utka"). == Tarixi == Ekranoplan proyektinin yaradılmasına 1970-ci illərin sonunda başlanılıb. İlk prototip 1983-cü ildə hazırlanıb. 1986cı il 16 iyul tarixində ekranoplan ilk dəfə suya buraxılıb. Ekranoplan Xəzər Dənizi Flotiliyasına daxil idi.Əvvəlcə 8 ədəd ekranoplanın hazırlanması nəzərdə tutulurdu amma maddiyat çatışmazlığı bu planı həyata keçirməyə imkan vermədi. == Konsturksiya == == Üstünlüyü və çatışmayan cəhətləri == == "Xilasedici" ekranoplan == Sovet İttifaqının dağılması ekranoplan layihəsinin büdcəsinə pis təsir göstərdi. 2-ci ekranoplanın inşasını başa çatdırmaq üçün onun Axtarış-xilasetmə vasitəsi kimi planlanmasına cəhd göstərildi. İşlər 1990-cı illərdə maddi çatışmazlıq üzündən, ekranoplan 75% hazır ikən donduruldu. == Sonrakı taleyi == Hal-hazırda ekranoplan Dərbənd şəhərində "Partiot Park"da yerləşdirilib. Parkın 2023-cü ildə ziyarətçilərə açılacağı gözlənilir.
Çay Lun
Çay Lun (çin. ənən. 蔡倫, sadə. 蔡伦, pinyin: Cài Lún; ən tezi 50 və ən geci 62 – 121, Loyan[d], Xan sülaləsi) — ilk dəfə 105-ci ildə, Han sülaləsi dövründə kağız icad etmiş çinli alim. O, ilk dəfə olaraq həmin icadın nümunəsini Han sülaləsinin imperatoru Huidiyə təqdim etmişdir. Han sülaləsi səlnamələrində bu hadisə xronoloji şəkildə göstərilməkdədir. Çay Lun Leyyan şəhərində dünyaya gəlmişdir. 75-ci ildə xədim kimi imperator sarayına düşür. 105-ci ildə kağız emalının texnalogiyası haqda məruzə edir. Bundan sonra imperatir Huidi ona yüksək, nazir rütbəsi və var-dövlət vermiş olur.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Sun Çya Lu
Sun Çya Lu (çin. ənən. 孙巧露, pinyin: Sun Qiaolu; 12 iyun 1995, Şençjen, Quandun əyaləti[d] – 2 yanvar 2021) — Çin aktrisası və modeli. == Həyatı == Sun Tsyaolu Çin uşaq televiziya serialı olan "ba-la-la kiçik şeytan Peri"də Lin Mayzi rolunda çıxış edib. Üç il sonra onun atası onu Haydan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. Şounu bitirdikdən sonra o, moda biznesini açdı və sosial şəbəkələrdə nüfuzlu bir insana çevrildi. == Vəfatı == Aktrisa 1 yanvar 2021 ildə (25 yaşında) ürək tutmasından vəfat etmişdir.
Li Syan Lun
Li Syanlun (Çin dili: 李显龙|Lǐ Xiǎn Lóng), ing. Lee Hsien Loong, d. 10 fevral 1952-ci il, Sinqapur) — 12 avqust 2004-cü ildən Sinqapurun Baş Naziri.
Çan Pen-Lun
Çian Pen-Lun (24 iyul 1976) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çian Pen-Lun Çin Taybeyini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Çian Pen-Lun Çin Taybeyini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çian Pen-Lun Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 7-ci pillənin sahibi olub.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Lua
Lua — yüngül, multi paradiqmalı, proqramlaşdırma dili olub qurulan sistemlərdə istifadə üçün dizayn edilmişdir. Lua, interpretatoru ANSI C dilində yazıldığı üçün kross platformdur və nisbətən sadə C APİsinə malikdir. Lua ilkin olaraq 1993-cü ildə həmin dövrün artan proqram nizamlama tələbini qarşılamaq üçün tətbiqi proqramları genişləndirən dil kimi dizayn edilmişdi. İdeologiya və tətbiqinə görə Lua JavaScript-ə daha yaxın olsa və prototipli OOP modelini tətbiq etsə də, Paskala-bənzər sintaksisi, daha güclü və çevik konstruksiyaları ilə fərqlənir. Luanın xarakterik xüsusiyyəti minimum sintaksis ilə çox sayda proqram obyektini tətbiq edə bilməsidir. Belə ki, bütün əsas istifadəçi məlumat növləri (massivlər, strukturlar, çoxluqlar, sıralar, siyahılar) cədvəl mexanizmi ilə, obyekt yönümlü mexanizmlər isə meta cədvəllər ilə reallaşdırılır. == Tarixi == Dil 1993-cü ildə Braziliyada Rio-de-Janeyro Katolik Universitetində Kompüter Qrafikası Texnologiyası Qrupu (Tecgraf) üzvləri olan Robertu İerusalimşi, Luiz Enrike de Fiqueiredo və Valdemar Celes tərəfindən yaradılmışdır. == Nümunə == === Dəyişən təyin etmək === === Faktorial === === Dövr operatorları === Luada 4 dövr operatoru var. While, Repeat, for, generik for. ==== While ==== ==== Repeat ==== until dən sonra verilmiş şərt(condition) true olana qədər dövr davam edir.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir. Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Lüno
Lüno (fr. Luneau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03154. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 284 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş) arasında 121 nəfər iqtisadi fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 67.9%). Fəal 121 nəfərdən 116 nəfəri (67 kişi və 49 qadın), 5 nəfəri işsizdir (2 kişi və 3 qadın). Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Yun
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Sun
Lui
Lui — ad. == Fransa == Lui Araqon — fransız şairi. Lui Paster — fransız bioloqu, kimyaçı, əczaçı. Lui Lümyer — kinematoqrafiyanın banisi. Lui Reno — fransız hüquqşünası. Lui Bazin — fransız şərqşünası. Lui Anri Bussenar — fransız yazıçı. Lui Qabriel Ambruaz Bonald — fransız filosofu. Lui de Broyl — fransız nəzəriyyəçi fiziki. Lui Pyer Altüsser — fransız neo-marksist filosofu.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.