Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malva
Əməköməci və ya Balba (lat. Malva) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.Əməköməci bitkisi əməköməcilər fəsiləsinə mənsub olan bitkidir. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. == Növləri == === Azərbaycanın dərman bitkiləri === === Digər növləri === 25-ə yaxın növü var: Malva alcea Malva aegyptia Malva cretica Malva moschata Malva neglecta Malva nicaeensis Malva parviflora Kiçik əməköməci (Malva pusilla) Malva stipulacea Meşəlik əməköməcisi (Malva sylvestris) Malva tournefortiana Malva verticillata == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mayya
Mayya sivilizasiyası
Moyva
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər. Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784. Bəzən onları kapelan olaraq adlandırırlar. == Biologiya == Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar. Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur.
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Habib Mayqa
Habib Diqbo Q'nampa Mayqa (1 yanvar 1996) — Sent-Etyen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Mayqa öz peşəkar karyerasında debütünü Sent-Etyen klubu ilə 4 mart 2017-ci ildə etmişdir. Mayqa 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sent-Etyen Liqa 1 görüşündə Bastiya ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 14 oktyabr 2017-ci ildə Metz klubuna qarşı oyunda vurmuşdur. Mayqa 95-ci dəqiqədə qolla yadda qalmış və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. === Arsenal Tula === 21 fevral 2018-ci ildə Mayqa Rusiya Premyer Liqası təmsilçilərindən olan Arsenal Tula klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Mayqa 2017-ci ilin noyabr ayında Dünya Kubokunun təsnifat mərhələsində Mərakeş millisinə qarşı oyunda iştirak etmək üçün Kot-d'İvuar millisinə dəvət almışdır.
Malva abutilon
Teofrast kəndirotu (lat. Abutilon theophrasti) — kəndirotu cinsinə aid bitki növü. == Sinonim == Abutilon avicennae Gaertn. Abutilon avicennae var. chinense Skvortsov Abutilon avicennae f. nigrum Skvortsov Abutilon pubescens Moench Abutilon theophrasti var. chinense (Skvortsov) S.Y.Hu Abutilon theophrasti var. nigrum (Skvortsov) S.Y.Hu Abutilon tiliifolium (Fisch. ex DC.) Sweet Malva abutilon E.H.L. Krause Sida abutilon L. Sida tiliifolia Fisch. ex DC. Sida tiliifolia Fisch.
Malva althaea
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Malva maritima
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Malva officinalis
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Malva rotundifolia
Girdəyarpaq əməköməci (lat. Malva rotundifolia) - əməköməci cinsinə aid bitki növü.
Malva sultanlığı
Malva sylvestris
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. == Xalq təbabətində istifadəsi == Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Mayda Mehmedoviç
Mayda Mehmedoviç (25 may 1990, Bar) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Mayda Mehmedoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Mayda Mehmedoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Mayra Aqiyar
Mayra Aqiyar (tam adı: Mayra Aguiar da Silva; d. 3 avqust, 1991, Braziliya) — Braziliya cüdoçusu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2012, 2016), Dünya çempionu (2014) və beş dəfə Pan Amerika çempionu (2008, 2010, 2012, 2013, 2015). == Həyatı == 2012-ci ildə məşhur polşalı cüdoçu Darya Pogorzelesə London Olimpiadasında dörddəbir finalda qalib gəldi, amma yarımfinalda o, nəticədə qızıl medal qazanan Amerikalı Kylie Harrisonu məğlub etdi, üçüncü yer uğrunda mübarizə aparan təcrübəli Hollandiyalı cüdoçu Marhinda Werkerkə qalib gəldi və bürünc medal qazandı. 78 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
Mayra Məhəmmədqızı
Mayra Məhəmmədqızı (qaz. Майра Мұхамедқызы; 5 sentyabr 1965, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) — bir qazax opera müğənnisidir.O, "Paris Operası"nda ilk qazax qadın idi. Qazaxıstan Respublikanın əməkdar artistidir. == Həyatı == Mayra Məhəmməd qızı Çində anadan olub. Babaları 1930-cu illərdə Sovet hakimiyyətinin özbaşınalığından qaçaraq Qazaxıstan çöllərindən Çinə köçmüşdü. Musiqiçi valideynləri ona fortepiano çalmağı və oxumağı öyrənməsi üçün yerli musiqi məktəbinə yazdırmışdı. 1987-ci ildə Çin Xalqları Mərkəzi Universitetinin musiqi fakültəsini, daha sonra Quo Şu Cen ilə birlikdə oxuduğu Pekin Konservatoriyasını bitirdi. 1987-ci ildən Mayra ölkədə fəal iştirak etməyə başladı. "Qızıl Əjdaha" ümumittifaq vokal müsabiqəsində iştirak etdi və 6 il müddətində universitetdə dərs verdi. Lakin Çində fəaliyyət göstərən "Pekin Operası" ildə yalnız iki Avropa operası nümayiş etdirirdi.
Mayya (kommuna)
Mayya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mayya incəsənəti
Mayya incəsənəti — Mezoamerikan Mayya sivilizasiyasının incəsənəti. == Yaranması və xüsusiyyətləri == Mayyalılar sənət əsərlərini taxta və daş alətlərinin köməyi ilə yaradırdılar, dəmirdən yalnız eramızın 11-ci əsrində istifadə etməyə başlamışdılar, ancaq İspanların fəthi Mayyalılar arasında metal alətlərin yayılmasının qarşısını aldı. Hər Mayya krallığının özünəməxsus regional məktəbləri var idi. Bu məktəblər öz krallığında izlənilməsi tələb olunan tərz və incəsənət ənənələri yaradırdılar.. Mayya sənət əsərləri insanın qüdrəti və əhəmiyyəti barədə fikirləri əks etdirir. Bir çox sənət əsəri real həyatın xüsusiyyətlərini əks etdirməyə çalışırdı, canlı görüntülər yaradırdı. Təsviri sənət Mayya elitası tərəfindən ideoloji silah kimi istifadə olunurdu, Mayya allahlarının sonsuz güc sahibi olduqları iddia edilirdi. Əsərlərin çoxu padşahların və elitanın gücünü və böyüklüyünü öyərək, Mayya tanrılarının məhdudiyyətsiz gücə sahib olduğunu müdafiə edirdi. Mayya padşahları onları ucaltmaq məqsədi ilə müəyyən qaydalara uyğun olaraq təsvir edilirdi. Mayya sənəti klassik dövrdə özünün ən yüksək dövrünə çatdı.
Mayya memarlığı
Mayya memarlığı — Mayya sivilizasiyasının mühüm bir hissəsi. Mayya memarlığı müxtəlif dövrlərdə və müxtəlif şəhərlərdə fərqlənirdi. Mayya memarlığına aid olan binaların divarları, bir qayda olaraq, qırmızı idi. == Materiallar == Əsasən Mayya memarlığında tikilən binalarda əhəng daşından istifadə edilmişdir. Tikintidə istifadə edilən sement, əhəng, qum və su qarışığından yaranmışdır. Eyni bu tərkibin daş tozu ilə qarışığından divarları və tavanları əhatə edən mala yarandı. Daha sonra həmin divar və tavanlarda ieroqliflər və şəkillər kəski ilə tətbiq olundu. == İnkişaf tarixi == Mayya memarlığı formalaşma dövründə meydana gəldi. O dövrdə digər mədəniyyətlərin güclü təsiri altında inkişaf etmişdir. O dövrün binaları daşqından mühafizə olunmaq üçün aşağı platformalarda tikilən, pəncərəsiz və bir qapıdan olan adi daxmalar idi.
Mayya rəqəmləri
Mayya rəqəmləri — 20-lik say sisteminə əsaslanan yazı. Mayya rəqəmləri 3 elementdən təşkil olunub: 0 rəqəmi (balıqqulağı işarəsi), 1 rəqəmi (nöqtə) və 5 rəqəmi (üfüqi xətt). Məsələn, 12 ədədi 2 nöqtə və 2 üfüqi xətlə göstərilir: . == 19-dan böyük olan ədədlər == 19-dan böyük olan ədədlər 20-nin dərəcəsinə görə yuxarıdan aşağıya doğru yazılır.
Mayya sivilizasiyası
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsada, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Mayya xalqı
Mayya — hindi xalq qrupu.
Maçva dairəsi
Maçva dairəsi (serb. Мачвански управни округ) — Serbiyanın qərbində yerləşən dairə. == İnzibati bölgüsü == Şabats Boqatiç Loznitsa Vladimirtsi Kotseleva Mali-Zvornik Krupan Lyuboviya == Əhalisi == 2011-ci ildə aparılan son rəsmi siyahıyaalmaya görə, Zlatibor dairəsinin 298.931 sakini var. Əhalinin 29, 14% -i şəhər yerlərində yaşayır.
Mayya xalqları
Mayya — hindi xalq qrupu.
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.