MAYA

MAYA I is. [ fars. ] biol. Rüşeym. Əynimiz, başımız kimyalaşsa da; Mayamız, kökümüz saf qalsın barı (B.Vahabzadə).

MAYA II is. [ fars. ] Acıtma (xəmir). Gülbahar nənə mənə nağıl danışır. Mayası bahar sularından yoğrulmuş dadlı nağıl.

MAYA III is. [ fars. ] Sərmayə, kapital. İstəyirlər mayalarını çoxaldıb xoca olsunlar, amma bacarmırlar (“Qaçaq Nəbi”).

MAYA IV is. Dişi dəvə. Sarvan çəkər, maya bozlar, nər gedər. (A.Tufarqanlı).

MAYA V is. Kök, qəşəng (qadın). Şahnaz kimi ağca mayadan kim keçər? (İ.Şıxlı).

MATERİYA
MAZ

Digər lüğətlərdə