MAYA₂

is. [ fars. ]
1. Dişi dəvə.
Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət.
Ağ mayaların üstündə oturub, yayxanayayxana gedən qoca qarıların qucağında camış balağı, çəpiş, yaxud it küçüyü gözə dəyirdi. Ə.Vəliyev.
Bürüyür ətrafı zınqırov səsi; Ağca mayaların nərildəməsi. M.Rahim.

// Ana göyərçin. Mayanı uçurtmaq. Maya yumurta üstündə oturub.
2. məc. dan. Ağ, dolğun, gözəşirin qadın haqqında (bəzən “kimi” qoşması ilə). Maya kimi gəlin.
– Burdan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAYA I MAYA (dişi dəvə) Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal (A.Səhhət); ARVANA Haca buğurlar, dizi qara nərlər, gözəl arvanalar
  • MAYA rüşeym — döl
  • MAYA başlanğıc — toxum — nüvə — əsas
  • MAYA acıtma — xəmrə

Omonimlər

  • MAYA MAYA I is. [ fars. ] biol. Rüşeym. Əynimiz, başımız kimyalaşsa da; Mayamız, kökümüz saf qalsın barı (B

Etimologiya

  • MAYA1 Farscadan (maya) alınma sözdür, pendir düzəltmək üçün istifadə olunur: südəmər buzov və ya quzu qursağından hazırlanır: qursağı içində su olan küpəyə
MAY
MAYA

Digər lüğətlərdə