MAYA1

Farscadan (maya) alınma sözdür, pendir düzəltmək üçün istifadə olunur: südəmər buzov və ya quzu qursağından hazırlanır: qursağı içində su olan küpəyə salır, bal, buğda, yumurta əlavə edir, bir həftə ocağın yanında ( isti yerdə) saxlayır, nəticədə maya alırlar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Birinci a səsi uzun tələffüz olunur. Buqra (erkək) arvana (dişi) dəvə­lərindən törəmiş ikihörgüclü dişi dəvə maya adlanır. Poeziyada gözəllik simvolu kimi verilir, ona görə həm də qadın adı kimi işlədilir. Aınma sözdür. Şəmkirli Aşıq Hüseyn yazırdı: Sərində bəzəyi, baxışı şaxlı, / Bir şahbaz gərdənli, maya buxaqlı. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MAVZOLEY
MAYƏ

Digər lüğətlərdə