Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makler
Makler ― müəyyən komissiya müqabilində alqı-satqı əməliyyatlarında vasitəçilik edən, əməliyyatları öz adına tərəfində olduqları şəxs və ya korporasiyaların adından edən treyder. Alıcı və satıcıların görüşünü asanlaşdırır və alış-verişi sürətləndirirlər.
Gustav Mahler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Makley kenqurusu
Makley kenqurusu (lat. Dorcopsis macleayi) — meşə vallabisi cinsinə aid heyvan növü.
Qustav Maler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Baklor
Baklor (az.-əski. باکلوْر‎, fars. باکلور‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 66 nəfər yaşayır (19 ailə).
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Laklar
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Ləklər
Ləklər (xalq)
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.
Marilər
Marilər — Fin-uqor xalqlarından biri, Rusiya Federasiyasının subyekti Mari El Respublikasının yerli əhalisi, əsasən Rusiyada yaşayırlar.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Marlea
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
İnklər
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur. İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu. Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər.
Leklər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Bakleu
Bakleu (vyet. Bạc Liêu ) — Vyetnamın cənub hissəsində şəhər, Bakleu vilayətinin paytaxtı. == Tarixi == Bakleu şəhərinin köhnə adı Vinhloy olmuşdur. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 0 metrdir. Mekonq deltasında, Hoşimindən təxminən 300 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2013-cü il tarixinə əhalinin sayı 126,836 nəfər idi.
Batler
Batler (dairə, Pensilvaniya) — ABŞ-ın Pensilvaniya ştatında dairə. Batler qraflığı (Alabama) — ABŞ-nin Alabama ştatında qraflıq.
Malilər
Malilər ( q.yun. Μαλιεῖς ) — Fessaliyanın şərqi, sahilyanı ərazisindəki Ftiotidada qədim tayfa. Malilərin regionu Malida adlanırdı. Bu, Eta dağı ilə Sperxiosun aşağı axarları arasında Maliakos körfəzinin daxili hissəsindəki sahildə yerləşirdi.
Emma Makkey
Emma Maki (ing. Emma Mackey; 4 yanvar 1996, Le-Man[d]) — fransız-britaniyalı aktrisa. "Seks tərbiyəsi" teleserialında Meyv Uayli rolunu canlandırmaqla məşhurluq qazanıb. == Həyatı == Emma Maki 4 yanvar 1996-cı ildə Fransanın Le-Man şəhərində anadan olub. Məktəb direktoru olan atası Filipp fransızdır, anası Reyçel isə britaniyalıdır. Maki Sablé-sür-Sart kommunasında böyüyüb. 2013-cü ildə Nantes Kollecində Yüksək Fəxri diplomla bakalavr dərəcəsini almışdı, daha sonra Lids Universitetində ingilis dili və ədəbiyyatını öyrənmək üçün İngiltərəyə köçdü. Təhsilini 2016-cı ildə bitirdi. Hal hazırda Londonda yaşayır.
Enn Makbet
Enn Makbet (ing. Ann Macbeth; 25 sentyabr 1875, Bolton – 23 mart 1948, Kambriya[d]) — Şotlandiya rəssamı və yazıçısı, tikmə ustası və modern növü dizayneri, Qlazqo sənət məktəbinin nümayəndəsi. == Həyatı == Enn Makbet Qlazqo İncəsənət Məktəbində oxumuş və 1911-ci ildən bu məktəbdə tikmə şöbəsinə rəhbərlik etmişdir. Parça dizayneri olaraq sənətçilər Çarlz Makintoş və onun həyat yoldaşı Marqaret ilə əməkdaşlıq edirdi. Uzun müddət ərzində E.Makbetin əsərləri xanım Kranstonun çay salonunda sərgilənirdi, bu yer XX əsrin əvvələrində Qlazqo şəhərinin avanqard və modernist sənət əsərlərinin sərgiləndiyi məkan hesab edilirdi. Makbet bəzi tekstil və geyim şirkətləri üçün dizayn işləri də həyata keçirmişdir. Onun naxışları Qlazqo katedralıni bəzəyir. E. Makbet bədii tikmə üzrə 5 kitabın müəllifidir. Sənətkar ömrünün son 27 ilini Paterdeyl (Kambriya qraflığı) adlı kiçik şəhərdə keçirdi. Yerli Müqəddəs Patrik kilsəsində onun naxışları toplusu var.
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Heinze Bakker
Heinze Bakker (2 mart 1942 – 16 aprel 2021 1) — Niderlandlı idman jurnalistidir.
Kayler Li
Kayler Li Vest (qızlıq soyadı: Potts; ing. Chyler Leigh West; 10 aprel 1982, Şarlott, Şimali Karolina) — ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakı Aleks Denvers rolları ilə tanınır. == Həyatı == Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində, ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur. Li Virciya ştatında yerləşən Verciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş, 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşı Kristofer Keyman Li ilə birlikdə Mayami şəhərinə köçür. Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı. Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu.
Kvadrat köklər
Kvadrat kökləri a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Bir çox hallarda x {\displaystyle \!x} və a {\displaystyle \!a} kimi rəqəmlər başa düşülür. Bəzən riyazi obyektlər, məsələn, matrisa və operatorlar kimi də ola bilərlər.