Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MaNga
maNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib.Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Mangus
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var.Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; qulaq as) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Manqus
Minqu
Minqu (民具) – Yaponiyada gündəlik həyatda, eləcə də, mərasimlərdə istifadə olunan ənənəvi alətlər və ləvazimatlara verilən ümumi ad. == Eimologiya == "Minqu" sözü ilk dəfə folklorşünas Şibusava Keyzo tərəfindən ortaya atılmışdır. Bu söz "xalq" (民) və "alət" (具) heroqliflərinin birləşməsi ilə yaranmışdır. == Təsnifat == Yanaqi Muneyoşi tərəfindən başladılan xalq sənətkarlığı hərəkatına qədər Yaponiyadakı mədəni mülklərin kataloqlaşdırılması zamanı minqular nəzərə alınmırdı. XX əsrin ilk illərində minquların gündəlik həyatda əhəmiyyəti müzakirə olunmağa başlanmışdır. Nəticədə, ənənəvi əşyaların tədqiqatı və kolleksiyası prosesinin əsası qoyulmuşdur. 1950-ci ildə qəbul edilən ilk Mədəni Mülklər Qanunu ilə Yaponiyadakı bütün əhəmiyyətli minquların qorunub saxlanılması qərarı verilmişdir.1975-ci ildə qəbul edilən Mədəni Mülklər Qanununa əsasən minqular maddi xalq mədəniyyəti mülkləri hesab olunur. Qanuna əsasən minquların 10 kateqoriyası mövcuddur: gündəlik həyatda, mətbəxdə, hamamda istifadə olunan əşyalar; işdə istifadə olunan əşyalar; nəqliyyat və kommunikasiyada istifadə olunan əşyalar; ticarətdə istifadə olunan əşyalar; ictimai təşkilatlarda istifadə olunan əşyalar; xalq inancları ilə bağlı olan əşyalar; təqvim, falabaxma kimi xalq biliklərinə əsaslanan əşyalar; xalq sənətində istifadə olunan əşyalar; ad günü, toy kimi ailə mərasimlərində istifadə olunan əşyalar; yeni il kimi illik tədbirlərdə istifadə olunan əşyalar. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo).
Akira (manqa)
Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. == Media == === Manqa === Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır. === Videooyunlar === 1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı. 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı. 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı. == Qəbul == "Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi. Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi.
Andreu Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görübO, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Anhra-Manyu
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Anqra Manyu
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Arte (manqa)
Arte (Yapon. アルテ, Hepburn: Arute) — Kei Ohkubo tərəfindən yazılmış Yapon manqa seriyasıdır. O, 2013-cü ilin oktyabr ayından Tokuma Şotenin seinen manqa jurnalı Monthly Comic Zenon-da seriallaşdırılıb. O, on altı tankobon cildində toplanmışdır. Manqa Şimali Amerikada Media Do tərəfindən lisenziyalaşdırılıb. Seven Arcs tərəfindən 2020-ci ilin aprelindən iyun ayına qədər televiziya seriyası yayımlandı. == Mövzu == 16-cı əsrin əvvəllərində İtaliyanın Florensiya şəhərində Arte varlı, lakin iflasa uğramış Spalletti ailəsinin yeganə qızıdır. Uşaqlıqdan Artenin qeyri-adi rəssamlıq istedadı olduğunu sübut etdi, lakin atası öldükdən sonra anası onu sənət sevgisindən əl çəkməyə və mümkün qədər tez evlənmək üçün varlı bir gənc tapmağa məcbur edir. Ancaq Arte xəyallarından əl çəkmir və dövrünün inancının əksinə olaraq, bir gün özünün də ustad rəssam olacağı ümidi ilə birlikdə işləmək üçün ustad rəssam axtarmağa başlayır. Onun güclü qətiyyəti gənc tanınmış rəssam Leonun diqqətini çəkir və nəticədə onu şagirdi kimi qəbul edir.
Elçin Sangu
Elçin Sangu (d. 13 avqust 1985) — Türk aktrisa. == Bioqrafiyası == Çərkəz əslli olan Elçin Sangu, 1985-ci ilin Avqust ayının 13-də Türkiyənin İzmir ilində anadan olmuşdur. Sangu, universitet təhsilini Mersin Universitetinin Opera bölməsində tamamlamışdır. Sangu, Səhnə Tozu Teatrı-da aktyorluq təhsili aldıqdan sonra seriallarda aktyorluq etməyə başlamışdır. İlk olaraq 2011-ci ildə Elə Bir Keçər Zaman Ki (türk. Öyle Bir Geçer Zaman Ki) adlı serialda Jale obrazı ilə tanınmışdır. Ardından 2012-ci ildə Aşk Kaç Beden Giyer adlı serialda Nehir obrazını canlandırmışdır. Daha sonra Bir Eşq Hikayəsi (türk. Bir Aşk Hikayesi), Qurd Seyid və Şura (türk.
Endrü Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görübO, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Manqo (meyvə)
Manqo (müğənni)
Manqo, əsl adı Cüzeppe Manqo — İtalyan müğənni və bəstəkar.
Monster (manqa)
Monster (yaponca: モンスタ, Hepbörn: Monsutā, bəzən "Naoki Urasavanın qulyabanısı" kimi tanınır) — Naoki Urasava tərəfindən yaradılan, 2004-cü ildə çıxan anime serialı. == İstinadlar == == Xarici keçidlər == Monster (manqa) Anime News Network Ensiklopediyasında Monster — Internet Movie Database saytında.
Məngu Teymur
Məngu Teymur (monq. ᠮᠦᠨᠺᠬᠲᠡᠮᠦᠷ) və Daş Möngke— Elxani şahzadəsi, Hülakunun ən gənc oğlu. == Həyatı == 23 oktyabr 1256-cı ildə gecə saatlarında Hülakü xanın ən gənc oğlu olaraq doğuldu. Anası Oyrat tayfasından Ölcay xatun idi. 5 yaşında Fars atabəyi Səəd Əbubəkr oğlu Salqurlunun qızı Abəş xatunla nişanlanmış, 1272-ci ildə evlənmişdi. 1281-ci ildə Suriyada Məmlük sultanı Qalavuna qarşı İkinci Höms döyüşündə məğlub olmuşdu. Uzun sürən xəstəlikdən sonra 26 aprel 1282-ci ildə Mosulda vəfat edib. == Ailəsi == 3 xatunu, bir neçə kənizi olub: Ölcay xatun (Buğa Teymurun qızı və dayısıqızı) Ara Qutluğ — Buğa Teymurun oğlu Tarağayla evləndi Abəş xatun Kərduçin xatun Noçin xatun (Diyarbəkr valisi Durabay noyonun qızı) İncitay xatun (Hülakunun oğlu Cumğurun qızı) Alinaq Egeçi Ambarçi (ö. 24 Sentyabr 1294, Naxçıvan) Əsən Temür Yol Qutluq Pir Hüseyn Qonçi Qutuqtay (Samaqarın oğlu Ərəb Noyonla evləndi) Bibi Şah (Kirman valisi Rüknəddin Mübarək Xacənin qızı) Başqa bir kəniz Buyan ağa — Əmir Sutayla evləndi.
Məngü Timur
Məngü Timur xan — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. == Ailəsi == Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Sangatsu Manga
Sangatsu Manga – Finlandiya əsas manqa nəşriyyatı. 2003-cü ildə qurulmuşdur. Tammi nəşriyyatı tərəfindən satın alınmışdır. Hazırda isə digər manqa nəşriyyatı olan Punainen jättiläinen ilə birlikdə fəaliyyət göstərir.Nəşriyyat Finlandiyada manqa satan ("Dragon Ball") ilk nəşriyyat olmuş və Finlandiyada manqa nəşrinin əsasını qoymuşdur.
Tuda-Mənqu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Tuda Məngu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Manqo (bitki)
Manqo (lat. Mangifera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == İlk vaxtlar cinsə aid növlər Hindistanın Assam ştatında və Myanma dövlətinin rütubətli tropik meşələrində yayılmışdı. Hazırda isə bir çox ölkələrdə – ABŞ, Meksika, ÇXR-də, Cənubi Amerika ölkələrində, Mərkəzi Amerika ölkələrində Karib adalarında, Afrikanın tropik qurşaqlarında (məsələn Keniyada və Kot-d'İvuarda), bir çox Asiya ölkələrində (Tayland, Filippin), eləcə də Avstraliyada yetişdirilir == Növləri == == Əfsanəsi == Hindlilər onu "Prajayapati" – Bütün Dünyanın Tanrısının çoxsaylı təcəssümlərindən biri hesab edirdilər. Birma əfsanəsində deyilir ki, bir dəfə Buddaya böyük manqo meyvəsi gətirmişdilər. Onun ən sevimli tələbələrindən biri Ananda, müəllimi üçün onu kəsmişdi. Manqonu yeyəndən sonra, Budda onun çəyirdəyini Verdi və onun basdırılması lazım olan yeri ona göstərdi. Ananda müəlliminin istəyini yerinə yetirdi və bu zaman Budda öz əllərini yuyaraq, basdırılan yeri suladı. Dərhal çoxlu sayda gül və meyvələrlə dolu gözəl bir ağac yetişdi. Budda hər səhər ağacın yanına gəlirdi, manqo meyvəsini deşir və onun şirəsini içirdi, hansıkı onun əhval-ruhiyyəsini yüksəldir və müdriklik verirdi.
Shōnen manga
Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.