Manqo (bitki)
Manqo (lat. Mangifera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
== Yayılması ==
İlk vaxtlar cinsə aid növlər Hindistanın Assam ştatında və Myanma dövlətinin rütubətli tropik meşələrində yayılmışdı. Hazırda isə bir çox ölkələrdə – ABŞ, Meksika, ÇXR-də, Cənubi Amerika ölkələrində, Mərkəzi Amerika ölkələrində Karib adalarında, Afrikanın tropik qurşaqlarında (məsələn Keniyada və Kot-d'İvuarda), bir çox Asiya ölkələrində (Tayland, Filippin), eləcə də Avstraliyada yetişdirilir
== Növləri ==
== Əfsanəsi ==
Hindlilər onu "Prajayapati" – Bütün Dünyanın Tanrısının çoxsaylı təcəssümlərindən biri hesab edirdilər. Birma əfsanəsində deyilir ki, bir dəfə Buddaya böyük manqo meyvəsi gətirmişdilər. Onun ən sevimli tələbələrindən biri Ananda, müəllimi üçün onu kəsmişdi. Manqonu yeyəndən sonra, Budda onun çəyirdəyini Verdi və onun basdırılması lazım olan yeri ona göstərdi. Ananda müəlliminin istəyini yerinə yetirdi və bu zaman Budda öz əllərini yuyaraq, basdırılan yeri suladı. Dərhal çoxlu sayda gül və meyvələrlə dolu gözəl bir ağac yetişdi. Budda hər səhər ağacın yanına gəlirdi, manqo meyvəsini deşir və onun şirəsini içirdi, hansıkı onun əhval-ruhiyyəsini yüksəldir və müdriklik verirdi.