Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xantı-Mansi
Xantı-Mansi ya da İştək-Voğul (tatar. Иштәк-Вогул, İştək-Voğul)— Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Xantı-Mansi Muxtar Dairəsi
Xantı-Mansi Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Mannı
Mannı, manna və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur. Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Manui
Manui adası (fr. Manui) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Taiti adasından 1650 km şimal-qərbdə yerləşir. Adanın sahəsi 0,1 km²-dir. Maksimal hündürlüyü 54 metrdir. Ərazisinin böyük hissəsi qayalıqlarla örtülüdür. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada daimi yaşayış yoxdur. Bununla belə digər adaların sakinləri bəzən adaya balıq tutmağa gəlirlər.
MATİ
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. == Tarixi və fəaliyyəti == Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Elios Manzi
Elios Manzi (28 mart 1996) — İtaliyalı cüdoçu. Elios Manzi İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elios Manzi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 60 kq çəkidə, 1/16 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Von-jin ilə üz-üzə gəldi. Həmin görüşdə Elios Manzi rəqibinə 0:1 hesabı ilə uduzdu.
Fanti dili
Fanti dili — Əsasən Qananın mərkəzi və cənub bölgələrində danışılır. Qana Respublikasının rəsmi dövlət dillərindən biri sayılır. Kva dil ailəsinin potu-tano qolunun çvifanti qrupuna daxildir və 19-cu əsrdən bəri latın qrafikasına əsaslanan yazıdan istifadə olunmaqdadır. İcmalarının hər biri öz aralarında subdialektləri olan Agona, Anomabo, Abura və Gomoa kimi Fante xalqının ortaq ləhcəsindən tanınırlar və hamısı qarşılıqlı anlaşılır. Bu gün Fante əsasən Mərkəzi və Qərb Bölgələrindəki Qanada 6 milyondan çox insan tərəfindən danışılır. Bu şəhərdəki insanların əksəriyyətinin yeni liman tikildikdən sonra məskunlaşan yerli Fante danışanlar olduğu Temada da geniş yayılmışdır.
Kanti Əbdürəhmanov
Kanti Əbdürəhmanov — Sovet Ordusunun çavuşu, Böyük Vətən müharibəsinin iştirakçısı, Rusiya Federasiyasının Qəhrəmanı (1996). == Bioqrafiya == 1916-cı ildə Şali kəndində (digər mənbələrə görə Arqun şəhərində, indiki Çeçenistan) anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirir. Əvvəlcə rəncbər, sonra kolxozda işləyir. 1941-ci ilin sentyabrında Abdurəhmanov könüllü olaraq Fəhlə və Kəndli Qırmızı Ordusunda xidmətə gedir. 1942-ci ilin iyununda Daşkənddəki kiçik artilleriya komandirləri məktəbini bitir. Orta Asiya Hərbi Dairəsində xidmət edir, sonra taqım komandirinin köməkçisi olur. 1943-cü ilin oktyabrından Böyük Vətən müharibəsi cəbhələrində: Nevel, Qorodok və Vitebsk şəhərlərinin azad edilməsində, Belarus və Baltikyanı əməliyyatlarda, alman qoşunlarının Kurland qrupunun məğlub edilməsində iştirak etmişdir. Döyüşlərdə dəfələrlə yaralanmışdır. 1943-cü ilin dekabrında Vitebskin qərbindəki hücum döyüşlərindən birində, sovet piyadaları böyük bir alman atəşi altında yatarkən, Əbdürəhmanov hesablanmış şəkildə silahını birbaşa atəş nöqtəsinə tuşlayır və bir neçə dəqiq atışla bunkeri məhv edir.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Manati balaenurus
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Mandi Ceyms
Mandi Ceyms (9 dekabr 1978) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Mandi Ceyms Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Manni Ayyulo
Manni Ayyulo (ing. Manny Ayulo; 20 oktyabr 1921, Berbank — 16 may 1955, İndianapolis) — 1950-55-ci illərdə yalnız 500 mil Indianapolis yarışında iştirak edən amerikalı Formula 1 yarış avtomobili sürücüsü. Bir dəfə 1951-ci ildə o, məsafənin ortasında Cek Makqratı əvəz edən podiumda birinci olmuşdur. == Bioqrafiyası == Los Ancelesdə Peru mənşəli ailədə anadan olub. Atası Peru konsulu idi və anası isə Cənubi Karolina doğumlu amerikalı idi. Manni 1940-cı illərdə həvəskar yarışlara qatılmağa başladı. Bir dostu və komanda yoldaşı Cek Makqrat ilə birlikdə, yarışda yolları düzgün istifadə etməyə başladı. Bəzi məlumatlara görə, mexanikanın xidmətlərindən istifadə etmədi, avtomobili müstəqil olaraq dəyişdirdi. 1948-ci ildə ilk dəfə AAA Çempionatında iştirak etdi. Onun ən yaxşı nəticəsi 1954-cü ildə iki qalibiyyətlə - Darlingtonda və Miluokidə iki yarışda da ikinci oldu.
Mannı halvası
Mannı halvası, manna yarmasının un, şəkər, yağ (marqarin və ya kərə yağı) və istəyə görə ağac fıstığı, su və süd kimi digər qatqılarla qovulması nəticəsində hazırlanmış bir Türk mətbəxinə məxsus desertdir. İsti və ya soyuq şəkildə yeyilə bilər. Nisbətən aşağı kalorili olan manna yarması liflə zəngindir. == Hazırlanması == Kərə yağı əridilir və ağac fıstığı qovrulur. Daha sonra mannı əlavə edilir və mannının rəngi qaralıncaya qədər davamlı qarışdırılaraq qovurma prosesi davam etdirilir. Ayrı bir qazanda su, şəkər və süd qarışdırılıb qaynadılır və şərbət hazırlanır. Qaynadılmış mannının üzərinə isti şərbət tədricən davamlı qarışdırılaraq əlavə edilir. Zəif odda 10 dəqiqə bişirilir, sonra dincəldilir və süfrəyə verilir.
Mannı kaşa
Mannı pudinqi və ya mannı sıyığı mannıdan hazırlanmış, südlə və ya süd və su qarışığı ilə hazırlanan düyü pudinqi və pudinq növüdür. Ümumiyyətlə şəkər, kakao tozu, darçın, kişmiş, meyvə və ya şərbət ilə verilir. Düyü pudinqinə bənzər bir tutarlılıq daha çox manna yarması istifadə etmək və onu qaynatmaq əvəzinə bişirməklə də əldə edilə bilər. Mannı pudingi qarğıdalı əsaslı mannılara bənzəyir və Qədim Roma dövründən bəri Avropada yeyilir. Apicius və ya de re coquinaria farinadan hazırlanmış badam və irmik pudinqi təsvir edilmişdir. Mannı pudingi, həmən (toz formasında) və ya yeməyə hazır qida şəklində də mövcuddur. Krem, vanil, meyvə, ədviyyat və ya süni dad verici maddələr tez-tez əlavə olunur. Bu məhsullardan bəziləri süd və ya su ilə hazırlanmalıdır. Yalnız su tələb olunursa, süd tozu hazır qidaların bir hissəsinə çevrilir.
Mannı yarması
Manna yarması — buğdanın üyüdülüb ələnilməsiylə əldə edilən bir qida maddəsidir. Manna yarması dənəcikləri 125–140 mikro metr böyüklüyündə, sarı rəngdə, parlaq və bucaqlıdır. Manna yarması istehsalında ümumiyyətlə sərt buğda istifadə edilir. Manna yarması uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdülməsi nəticəsində alırlar. Manna yarmasının çıxarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manna yarması tərkibindən və quruluşundan asılı olaraq "M", "MT" və "T" markası ilə buraxılır. "M" markalı yarmanı yumşaq yarımşüşəvari və şüşəvari buğdadan, "T" markalı yarmanı bərk buğdadan, "MT" markalı yarmanı isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Manna yarmasından birinci xörəklərin, sıyıqların və şirin xörəklərin hazırlanmasında istifadə edilir. Manna yarması qida dəyəri yüksək olan bir yeməkdir.
Mansi dili
Mansi dili (köhnə adı voqul dili Vagil (Voqulka) — mansi dilində Vool) çayının adından götürülüb) — mansi xalqının dili. Mansilər fin-uqor dilləri ailəsinin uqor yarımailəsinin ob-uqor qrupuna aiddir. Təxmini hesablamara görə mansi dilini ana dili kimi 37,1 % təşkil edir. Rus dilini doğma dil kimi 62 %, 1 %-dən azı sibir-tatar dili, komi, xantı və nenes dillərini qəbul edir. Tədqiqatlara görə mansı dili ural dillərindən ən çox macar dilinə yaxınır. Oxşarlıq leksikda, qramatikada və fonetikada özünü göstərir. == Dialektlər == 4 dialekt qrupu var: Şimal (Sosva, Lyapin və Yuxarı Lozva çayları sahillərində) Qərb (orta və aşağı Lozva, Pelm) Şərq (Konda üzrə) Cənub (Tavda üzrə). Ərazi böyülüyünə görə dialektlər arasında fərq çox güclüdür. Sosvin və kondin dialketlər arasında fərq isə həddən artıq böyükdür. Ədəbi mansı dilinin əsası kimi sosvin dialekti götürülüb.
Manta birostris
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir. Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Marti Axtisaari
Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[…], Vıborq, Finlandiya – 16 oktyabr 2023, Helsinki, Finlandiya) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı. == Həyatı == 1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir. Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır. 1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, Somali və Mozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur. 1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir.
Matti Virtue
Mattyu Cosef Virtue-Tik (2 may 1997-ci ildə anadan olub) — Liverpul klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == Virtue 9 yaşında Çelsi klubunu tərk etdikdən sonra Liverpul klubunun U-11 komandasına transfer olmuşdur. 11 yanvar 2018-ci ildə Virtue icarə əsasında Liqa 2 təmsilçilərindən Notts Kaunti klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, Notts Kaunti klubu ilə debütünü 13 yanvar 2018-ci ildə Linkoln Siti klubu ilə oyunda etmişdir. Həmin görüşdə Notts Linkoln Siti ilə 2-2 bərabərə qalmışdır.
Matti adası
Matti adası (ing. Matty Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Adanın sahəsi 477 km²-dir. Sahil xəttinin uzunluğu 285 km-dir. Ada at nalı şəklindədir. Adanın uzunluğu 34 km, maksimum eni 23 km-dir (qərb hissəsində 11 km, şərq hissəsində isə 8 km). Kral-Vilyam adası kimi, Matti adası da dəniz səviyyəsindən elədə hündürlüyə malik deyil - 5 ilə 40 metr arasında, Hardi burnu yaxınlığında cənub-şərqdə maksimum hündürlüyü 60 metrə çatır. Matti adası Kral-Vilyam adasını Buthia yarımadasından ayıran və eni 50 km olan Ceyms Ross boğazında yerləşir. Ən yaxın qonşuları qərbdəki Tennet adalarıdır.
Rafael Santi
Rafael Santi (6 aprel 1483[…] və ya 28 mart 1483, Urbino[d][…] – 6 aprel 1520[…] və ya 7 aprel 1520, Roma, Papa dövləti[…]) — məşhur italyan rəssamı. Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi də tanınmışdır. İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi. Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair" və "Entombmeut" olmuşdur. Rafael, Romada Papa II. Julius üçün işləyib.
Rudi Matti
Rudolf P. Matti (ing. Rudolph P. Matthee) və ya Rudi Matti (ing. Rudi Matthee; 1953) — ABŞ tarixçisi. O, Delaver Universitetinin Tarix Departamentinin Con və Doroti Munro adına Görkəmli Tarix Professorudur. Matti Yaxın Şərq tarixindən dərs deyir və erkən müasir İran tarixi üzrə ixtisaslaşmışdır. O, 1991-ci ildə Kaliforniya Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır. Matti 2003–2005-ci və 2009–2011-ci illərdə iki dəfə prezidenti olduğu Farslaşmış Cəmiyyətlərin Tədqiqi Assosiasiyasının üzvüdür. Səfəvi və Qacar ​​dövlətləri ilə bağlı çoxsaylı kitab və məqalələrin müəllifidir. A selection of Matthee's works: Matthee, Rudi. "The career of Mohammad Beg, grand vizier of Shah 'Abbas II (r.
Santi Duanqşvanq
Santi Duanqşvanq (tay สันติ ดวงสว่าง; 10 yanvar 1968, Pxiçit[d] – 4 noyabr 2016) – Tailand musiqiçisi.