Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meliorator günü
Meliorator günü — Azərbaycan Respublikasında keçmiş peşə bayramı; 2007-ci ildən etibarən hər il iyun ayının 5-i qeyd olunmuşdur. 2014-cü ildə ləğv edilmiş və həmin ildən bu peşə ilə bağlı Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunmaqdadır. Bu peşə bayramı "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamı ilə təsis edilmiş, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli Sərəncamı ilə ləğv edilmişdir.
Bəhrəm Əliyev (meliorator)
Əliyev Bəhram Hüseyn oğlu — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Görkəmli Meliorator Alim, Texnika Elmləri doktoru, professor. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini (2005–2013); Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun Direktoru. == Həyatı == Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistan SSR-nin Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə öz əmək və elmi fəaliyyətinə "VODQEO"-nun Bakı filialında laborant vəzifəsində başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis — hidrotexnik" ixtisası üzrə tam kursu bitirmişdir. Ailəlidir, iki övladı var. == Mükafatları == 2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür. 2004-cü ildə BMT-nin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində FAO təşkilatı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış memoranduma əsasən ərzaq təhlükəsizliyi layihəsi həyata keçirilmiş və FAO–nun yüksək medalı ilə təltif edilmişdir. 2005-ci ildə suya qənaət edən suvarma texnika və texnologiyalarının genişmiqyaslı tətbiqinin həyata keçirilməsində birbaşa rəhbərliyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == 1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır.
Azərbaycan Respublikasının əməkdar melioratoru və irriqatorlarının siyahısı
== 1991 ==
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. == Ümumi Məlumat == Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir. Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi.