Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məngənə
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir. Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır. Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur. == Mənbə == Rezo Əliyev.
Məngən
Məngən (türk. Mengen) — Bolu ilinin ilçəsi.
Melongena
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Mentona
Mentona (fr. Menton) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Mənqəbə
Mənqəbə – Ərəb sözü olan mənqəbə kəlməsinin cəmi mənaqibdir. Bu kəlmə lüğətdə bir insanın fəzilət, məziyyət, hünər kimi öyüləcək vəsflərini ifadə edir. İstilahda isə tarixi şəxsiyyətlər, peyğəmbər, məzhəb imamları və sufilərin tərif ediləcək fəzilət və məziyyətlərini ehtiva edən rəvayətlərdir. Mənqəbə təsəvvüf cərəyanı ilə birlikdə yaranıb yayılan məfhum olub, təsəvvüf tarixində "sufilərin göstərdikləri fövqəladə hadisə" demək olan kəramətləri nəql edən hekayələr mənasında IX əsrdən etibarən istifadə olunmuşdur. Bu şəkildə mənqəbələrin əsasını kəramətlər təşkil edir. Mənqəbələrin toplandığı əsərlərə Mənaqibnamələr adı verilmişdir. Mənaqibnamələri araşdıran tarixçi A.Y.Ocaq bu məsələ ilə əlaqədar yazır: "Türk mədəniyyətinin, İslami dövrdə ortaya qoyduğu əhəmiyyətli ədəbi məhsullardan biri olan övliya mənqəbələrinin, bu mədəniyyətin tarixi, psixoloji, sosioloji və folklor baxımından tədqiq edilməsində mənbə rolunu oynaması çox əhəmiyyətlidir. Ancaq övliya mənqəbələri təəsssüf ki, indiyə qədər bu yöndən tədqiqə və təhlilə cəlb edilməmişdir.(A.Y.Ocak-Kültür tarihi kaynağı olan Menakıbnameler,Ankara,1992) Təsəvvüf tarixçisi H.K.Yılmaz da "Bu rəvayətlər bəzən həddən artıq məhəbət və bağlılığın nəticəsi kimi çox qabarıq şəkildə yazılmış olsa da,onlarda çox vaxt etibarlı məlumatlar da görülür.
Zəngənə
Zəngənə bu mənalarda gələ bilər: Yaşayış məntəqələri Zəngənə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Zəngənə (Məlayer) — İranın Həmədan ostanında şəhər. Şəxslər Məhəmməd xan Zəngənə — Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi. Digər Zəngənə eli — Səfəvilər dövlətində qızılbaşlarla yanaşı yaşam sürən qurum.
Megera
Megera (q.yun. Μέγαιρα q.yun. Μέγαιρα Μέγαιρα, "paxıl") — qədim yunan mifologiyasında günahkarları təqib edib onları dəliliyə sürükləyən qan davası tanrıçalarından ən qorxulusudur . O, Erebos və Nyukty nun qızıdır. Megera həsəd və qəzəbin təcəssümü kimi tanınır. Onu başında saç əvəzinə ilanlar , əlində dişlər və qamçı saxlamış vəziyyətdə təsvir edirdilər. Təsviri mənada o, qəzəbli və qəmli bir qadındır (məsələn, fr. mégère , it. megera). Megera kəpənəyi və Megera asteroidi (464) onun şərəfinə adlandırılmışdır.
Mergen
Şengen
Şengen - Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42 km2 təşkil etmişdir. Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir. Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir. Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar.
Əngənə
Əngənə — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Nazlı bəxşindəki Şimali Nazlı dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 628 nəfərdən və 168 ailədən ibarət idi.
Marko Menqoni
Marko Menqoni (it. Marco Mengoni) — italyan müğənni. 2009-cu ilin «X Factor» şousunun italyan versiyasının qalibi. MTV Europe Music Awards-da 2010-cu ilin "Avropanın ən yaxşı artisti" seçilmişdir. 2013-cü ilin Sanremo Musiqi Festivalının qalibi və İtaliyanın «Avroviziya 2013» Mahnı Müsabiqəsində təmsilçisi. Malmödə keçirilən müsabiqədə Markonun ifa etdiyi L'Essenziale mahnısı finalda İtaliyaya 7-ci yeri qazandırdı. 2023-cü ildə Menqoni Sanremo Musiqi Festivalına ikinci dəfə qatılaraq "Due vite" mahnısı ilə yenə festivalın qalibi olur və İtaliyanı Liverpulda keçirilən 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 4-cü yerdə qərarlaşır.
Melongena ovata
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Solanum melongena

Yozef Mengele
Yozef Mengele (alm. Josef Mengele‎; 16 mart 1911[…], Güntsburq[d], Bavariya Krallığı, Almaniya imperiyası – 8 fevral 1979[…], Bertioqa[d], San-Paulu ştatı), Ölüm mələyi (alm. Todesengel‎) və ya Ağ mələk (alm. der Weisse Engel‎ və ya Weißer Engel)) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən 280 kilometr (170 mil) uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir. Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir.
Zəngənə (Həmədan)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Puldəşt)
Zəngənə (fars. زنگنه‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (13 ailə).
Zəngənə (Sabirabad)
Zəngənə — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2379 nəfərdir. == Əhalisi == Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli zəngənə tayfasına mənsub olmuşdur.
Zəngənə eli
Zəngənə eli — Kürd ya kürd qəbiləsi. == Tarixi == Zəngənə eli əsasən Azərbaycanda və Kirmanşahda köç-düşlə məşğul olurdu. == Kökənləri haqda fərziyyələr == M.H.Vəliyevə görə zəngənə tayfası XIII əsrin ortalarında Elxanilər (Hülakülər) tərəfindən Türkmənistandan köçürülmüş türk tayfalarındandır. == Elin oymaq və tayfaları == Çubin tayfası Kəndulə tayfası Osmanvənd tayfası Namivənd tayfası Çəhər tayfası == Elin məşhur nümayəndələri == Əlibala bəy Zəngənə — I Şah Abbas Səfəvinin cilovdarı. Şeyxəli xan Zəngənə (?-1688) Şahrux sultan Zəngənə— (?-1639), Zəngənə elinin başçısı. Şahqulu xan Zəngənə (1707-1715)-ci illərdə, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Səfəvilər dövlətinin baş vəziri. Hacı Hüseynəli xan Zəngənə— Şeyxəli xanın oğlu, sərkərdə. Əbdülbaqi xan Zəngənə— Hacı Hüseynəli xanın oğlu, elxan. Hüseynqulu xan Zəngənə — Hacı Hüseynəli xanın oğlu, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. İmamqulu xan Zəngənə — Məhəmmədrəhim bəy oğlu, Zəngənə elinin böyüklərindən, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Oskar Minqesa
Oskar Minqueza Qarsiya (13 may 1999) – İspaniya La Liqasında çıxış edən Selta Viqonun futbolçusu. == Karyerası == === Barselona-2 === Barselona 2-də ilk matçına 26 avqust 2018-ci ildə keçirilən Alsoyano-Barselona-2 matçında çıxıb. Matç Alsoyanonun 3–1 hesablı qələbəsi ilə başa çatıb. === Barselona === Barselonada ilk matçına 29 iyul 2018-ci ildə keçirilən Barselona-Tottenhem matçının 46-cı dəqiqəsində çıxıb. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb. Barselonada ilk qolunu isə 16 mart 2021-ci ildə keçirilən Barselona-Hueska matçının 53-cü dəqiqəsində vurub. Matç Barselonanın 4–1 hesablı qələbəsi ilə başa çatıb.
Karl Menger
Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d] – 26 fevral 1921, Vyana) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı. == Həyatı == Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur. Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir.
Meqhna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Meqxna (çay)

Surma-Meqxna