MƏNGƏNƏ

is. [əsli yun. ]
1. Hər cür şeyi sıxıb saxlamaq üçün çilingər aləti. Dəmirçi məngənəsi.
// Meyvə və s. sıxıb suyunu çıxarmaq üçün alət, cihaz.
2. məc. Sərbəstliyə mane olan, sıxan, təzyiq edən, əziyyət verən şey haqqında. Ehtiyac məngənəsi. Böhran məngənəsi.
[Nüşabə:] Mənə öz həyatım olmuş məngənə. A.Şaiq.
Sən düşəndə məngənəyə mənim dərdim bir dağ olar. M.Rahim.
[Səttar xan:] Bizi sıxan siyasi məngənənin rolu daha mühümdür. P.Makulu.

3. Çayın məngənədə sıxılmış (preslənmiş) növü.
Çay məhsulunun əsas növləri məxməri və məngənə çaylarıdır. F.Fətəlizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏNGƏNƏ MƏNGƏNƏ (sıxıcı alət) [Qocanın] gözləri dumanlandı, vücudu bir məngənə içində sıxılıb, üzərinə ildırımlar tökülən kimi oldu (A
  • MƏNGƏNƏ sıxac

Etimologiya

  • MƏNGƏNƏ Türkmən dilində buna “qıstırğıc” deyirlər, qısmaq və sıxmaq sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏNGƏL
MƏNGƏNƏLİ
OBASTAN VİKİ
Məngənə
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir. Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır. Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur. == Mənbə == Rezo Əliyev.

Digər lüğətlərdə

а́хание дометну́ть тяв хаба́рик возмуща́ться вои́тельница врастопы́рку за́падный запле́снеть испари́тель насыпаться се́ча созда́ние уцепи́ть хлебосо́льный шути́ть с огнём рочить beleaguer burst-up call-over inert measure ton tachyon оповещение перестраховщик