Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərcimək
Mərcimək (cins)
Mərdehək
Mərdehək — İranın Kirman ostanının Ənbərabad şəhristanının Cənubi Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,912 nəfər və 407 ailədən ibarət idi.
Mərhəmət
Mərhəmət — lüğətlərdə “bir kəsin və ya bir başqa canlının qarşılaşdığı pis vəziyyət səbəbi ilə hiss edilən üzüntü, kədər, yazığı gəlmə” olaraq müəyyənləşdirilir. Neo-spiritualist terminologiyada da istifadə olunan terminlərdən biridir.
Mərcimək (Kəlbəcər)
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır.Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür. Mərcimək sözü də buradan yaranmışdır. == Yaylaqlar == Maral yalının yurdu, Əyriburun yurdu, Binə yurdu, Qayanındibi yurdu, Qayanınboynu yurdu, Daşağıl yurdu, Uzunyal yurdu, Təpə yurd, Çınqıllı yurd, Ərəstənin yurdu, Kalvalılar yurdu, Cümşüd bəyin yurdu.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Ümumi məlumat == Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
Mərcimək (növ)
Mərcimək (lat. Lens esculenta) — Lens cinsinə aid bitki növü. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. == Sinonimləri == Ervum lens Wall. Vicia lens (L.) Cosson & Germ. Vicia pisicarpa H.Lév.
Mərcimək şorbası
Mərcimək şorbası, əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba. Türkiyədə mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök və iyli kərəviz də istifadə olunur. Şorba qaynadıqda buxarlanmasın deyə üstünə paltar(həli) qoyulur.
Mərhəmət Həmzəyev
Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997, Keçili, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. 2003-cü ildən 9-cu sinfə qədər Şahbuz rayon Keçili kənd tam orta məktəbində, 9-cu sinifdən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. == Hərbi xidməti == Mərhəmət Həmzəyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edirdi. Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edən leytenant Həmzəyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində fəal iştirak edib. Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Həmzəyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Mərhəmət Kvantı
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Mərhəmət zərbəsi
Mərhəmət zərbəsi (fr. coup de grâce; fransız: [ku də ɡʁɑs] ( dinlə)) — ağır yaralanan bir insanın və ya heyvanın əzabını sonlandırmaq üçün edilən ölüm zərbəsi.Mərhəmət zərbəsi bəzi hallarda özbaşına tibbi yardım məntəqəsinə çata bilməyən, ağrılı ölüm və iztirablara məhkum olanların istəyi ilə və ya onların razılığı olmadan öz əsgərləri tərəfindən həyata keçirilir. Mərhəmət zərbəsi təkcə soyuq silah ilə vurulan zərbə deyil, həm də eyni əsaslarla edilən odlu silahdan atış adlandırıla bilər.
Mərhəmət Əhmədov
Mərhəmət Adil oğlu Əhmədov (14 may 1991, Oğuzkənd, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərhəmət Əhmədov 14 may 1991-ci ildə Şərur rayonun Oğuzkənddə anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Mərhəmət Əhmədov 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mərhəmət Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltının Tuğ kəndinin azad olunmasında cəsarətlə döyüşüb. 25 oktyabr tarixində Şuşa istiqamətindəki döyüşlərdə şəhid olub. Şərur Şəhidlər Xiyabanı dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qırmızıqanad mərcimək quşu
Mərhəmət kvantı (film, 2008)
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).