Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anatoli Smiranin
Anatoli Smiranin (11 (23) dekabr 1892 və ya 6 yanvar 1893, Odessa, Rusiya imperiyası – 15 fevral 1971, Tbilisi) — Aktyor == Həyatı == Anatoli Dmitriyeviç Smiranin 23 dekabr 1892-ci ildə Odessada anadan olub. Aktyor və rejissor, Gürcüstanın xalq artisti (1946) Anatoli Smiranin 15 fevral 1971-ci ildə vəfat edib.
Mirani (Ərdəbil)
Mirani (fars. ميرني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 129 nəfər yaşayır (30 ailə).
İranın iqlimi
İranın əksər hissələrinin iqlimi subtropik-kontinental, Xəzər dənizi sahilində rütubətlidir. İran və Oman körfəzilərinin sahil boyunda isə tropikdir İqlimin əsas xüsusiyyətləri təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də, relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən edilir. İqlimin əsas xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay yemperaturu deyil, deləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığıdır. Qış fəslində İranın bir sıra rayonlarının iqlimi eyni enliklərdə yerləşən diğər yerlərin iqlimindən çox soyuqdur. ( Xəzərsahili zona istisna olunmaqla) . Bu isə ölkədə çoxillik subtropik bitkilərin yetişdirilməsini və il ərzində bir ərzində bir sahədən iki dəfə məhsul götürülməsini məhdudlaşdırır. == Ümumi xarakteriskası == Qışda temperaturun kəskin surətdə aşağı düşməsinə Asiya materikinin daxili rayonlarından gələn soyuq kontinental hava kütləsi təsir göstərir, belə ki, bu hava kütləsinin qarşısını şimal istiqamətdə kəsə biləcək qüvvətli oroqrafikik sədd yoxdur. Nəticədə ölkədə ovalıqlar və yaylalar üçün mövsümü fərqlər nəzərə çarpır. Belə ki, qış və orta yay temperatur ampilidudası 20-25 dərcə təşkil edir. Yüksək yerlərdə və həmçinin dağlarla əhatələnən çəkəkliklərdə yağıntı əsasən qar şəklində düşür və dağlardan qidalanan İran çaylarının rejimini müəyyən edir.
İranın ostanları
İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır. == Tarixi == İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi. Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü. == Hazırda == Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var. Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var.
İranın Şəhristanları
İranın Şəhristanları:
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri == Tarixi == Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
İranın Ali Lideri
İranın Ali Rəhbəri (fars. رهبر ایران‎; translit. rəhbər-i muazzam-i iran), İslam İnqilabının Ali Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی‎; translit. rəhbər-i muazzam-i inğilab-i islami), Rəhbər (fars. رهبر‎), Fəqih (fars. فقیه‎) və ya rəsmi olaraq Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری‎; translit. məqam muazzam rəhbəri) — İran İslam Respublikasının ali dövlət vəzifəsi. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın Ali Rəhbərinin idarəsi altındadır.
İranın Ali Rəhbəri
İranın Ali Rəhbəri (fars. رهبر ایران‎; translit. rəhbər-i muazzam-i iran), İslam İnqilabının Ali Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی‎; translit. rəhbər-i muazzam-i inğilab-i islami), Rəhbər (fars. رهبر‎), Fəqih (fars. فقیه‎) və ya rəsmi olaraq Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری‎; translit. məqam muazzam rəhbəri) — İran İslam Respublikasının ali dövlət vəzifəsi. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın Ali Rəhbərinin idarəsi altındadır.
İranın Cümə Məscidi
İsfahan Ulu Məscidi və ya İsfahan Cümə Məscidi (Farsca: مسجد جامع اصفهان — Məscid-e-Jāmeh İsfahān) — İranın İsfahan Əyalətindəki bir Cümə məscididir. 771-ci ildən 20-ci əsrin sonlarına qədər davam edən inşaat, yenidənqurma, əlavə və təmir işləri nəticəsində məscid hazırkı formasını almışdır. İsfahan bağlı bazarı, məscidin cənub-qərbində yerləşir. 2012-ci ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısı elan edilmişdir. == Tarix == Əməvilər sülaləsi dövründə tikilən bu məscidin sütunlarından birinin şəxsən Şamda xəlifə tərəfindən tikdirildiyi barədə İsfahanda şayiələr mövcuddur. Məscid olmamışdan əvvəl Zərdüştlər üçün ibadət evi olduğu deyilir.
İranın Kembric tarixi
İranın Cambridge Tarixi, Cambridge University Press tərəfindən nəşr olunan İran tarixinə həsr olunmuş 7 cildlik bir tədqiqat əsəridir. Çıxarılan cildlərdə bugünkü İranın tarixdən əvvəlki dövrlərdən günümüzə qədər ki, tarixi və tarixi coğrafiyasından başqa, İran mənşəli xalqların yaşadıqları regionlarda daxil edilmişdir. == Cildlər == Vol. 1. The Land of Iran, edited by William B. Fisher (1968) Vol. 2. The Median and Achaemenian Periods, edited by Ilya Gershevitch (1985) Vol. 3. The Seleucid, Parthian and Sasanian Periods, edited by Ehsan Yarshater (1983) Vol. 4.
İranın Naxçıvan konsulluğu
İranın Naxçıvan Baş Konsulluğu — İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindəki Baş Konsulluğu. == Tarixi == İranın Naxçıvan Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır. == Ünvanı == Baş Konsulluğun binası Naxçıvan şəhərindəki Atatürk küçəsi 13 ünvanında yerləşir.
İranın baş nazirləri
== Baş vəzirlər, Etimadəddövlə (1501–1747) ==
İranın baş nazirlərı
== Baş vəzirlər, Etimadəddövlə (1501–1747) ==
İranın dövlət quruluşu
İranın dövlət quruluşu - 1979-cu ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == 1979-cu il 11 fevralda İranda şah idarə üsulu olan monarxiya ləğv edilmiş və nəticədə 1 aprel 1979-cu ildə İran İslam Respublikası elan olunmuşdur. 1979-cu il 3 dekabr qəbul olunmuş Konstitusiya halhazırda qüvvədədir. 1989-cu il 28 iyulda ona dəyişikliklər edilmişdir. Mövcud Konstitusiya respublika quruluşunun yaranmasını, bütün hakimiyyətin dini-siyasi dairələrin nümayəndələrinə keçməsini hüquqi cəhətdən təsbit etmişdir. İran İslam Respublikasında dövlət hakimiyyəti bir-birindən asılı olmayan qanunverici, icraedici və məhkəmə sahələri vasitəsilə ölkənin Ali Dini Rəhbərinin nəzarəti altında həyata keçirilir. İranın hökumət başçısı de-yure Prezidentdir, bununla belə o, dövlətin de-fakto başçısı Ali Dini Rəhbərə tabedir. İslam İnqilabının rəhbəri Ayətullah Xomeyninin ölümündən sonra 4 iyul 1989-cu il tarixində İran İslam Respublikasının yeni Ali Dini Rəhbəri vəzifəsinə ayətullah Seyyid Əli Xameneyi seçilmişdir. İranın Ali Dini Rəhbəri hakimiyyətin bütün qollarına nəzarət edir, daxili və xarici siyasətin əsas istiqamətlərini müəyyən edir; məhkəmə hakimiyyətinin başçısını, silahlı qüvvələrin və daxili qoşunların ali baş komandanlarını, İslam inqilabının mühafizə Korpusunun ali baş komandanını təyin edir; ümumxalq, birbaşa və gizli səsvermə yolu ilə seçilən Prezidentin təyinatı haqqında fərman imzalayır; Müşahidə Şurasına altı fəqihi təyin edir. Ona, müharibə elan etmək və sülh bağlamaq, amnistiya elan etmək və ya məhkəmə hakimiyyəti başçısının təklifi ilə məhkəmə hökmünü yüngülləşdirmək hüququ verilmişdir.
İranın etnik azlıqları
İranın etnik azlıqları — İranda yaşayan azsaylı xalqlar. İranın etno-linqvistik azlıqları bunlardır: azərbaycanlılar, ərəblər, kürdlər, bəluclar, türkmənlər, ləklər, lurlar, mazandaranlılar, giləklər, talışlar, deyləmilər, xələclər, ermənilər, mandayilər, brahuiyilər, assuriyalılar, gürcülər, yəhudilər, lurlar, səngsərilər, qazaxlar, qaşqaylar, Xorasan türkləri, goranlar, puştunlar və s. === Din === İranın rəsmi dini İslam (şiəlik) dinidir. İran dövləti İslamın sünni məzhəbi, xristianlıq, yəhudilik və zərdüştilik kimi məzhəb və dinlərin İranda mövcudluğuna haqq tanıyır. İranda movcud olan dinlər aşağıdakılardır: İslam : Şiə məzhəbı: İsna Əşariyə (12-cilər) təriqəti: Dini nəzərdən baxarq azərbaycanlılar, farslar, ərəblər, lurlar, mazandaranlılar, giləklər, deyləmilər, xorasan türkləri, xələclər, gürcülər və qaşqaylarların əksəriyyətinin dinləri İslam və Şiə məzhəbinin İsna Əşariyə (12-cilər) təriqəti dir. Şeyxiyyə təriqəti: Şeyxiyyə təriqəti, Şiə məzhəbinin təriqətlərindən dir və azərbaycanlılar və farslar arasında azlıq olaraq cari dir. Sünni məzhəbı: Amma kürdlər, bəluclar, türkmənlər, qazaxlar, puştunlar, əçomilər və brahuiyilər əksəriyyəti İslam dininin sünni məzhəbinə bağlıdırlar.Xristianlıq: Assuriyalılar və ermənilərin əksəriyyətinin dini xristianlıqdır. Bu din İranın digər etnikləri arasında da azlıq olaraq caridir.Mandayizm: Mandayilər isə Mandayizm dininə bağlıdırlar. İran dövləti mandayilərin sayının az olmağına görə mandayizm dinini rəsmiyyətə tanımır.Yaresanizm: Ləklər və goranların əksəriyyətinin dini yaresanizmdir. Azərbaycanlılar arasında isə bu din azlıq olaraq movcud dur.
İranın inzibati bölgüsü
İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır. == Tarixi == İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi. Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü. == Hazırda == Ostan — (fars. استان‎) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var. Şəhristan — (fars. شهرستان‎) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var.
İranın müdafiə sənayesi
İranın hərbi sənayesi zavodları ordunu müxtəlif növ silah və hərbi texnika ilə təchiz etmək məqsədilə yaradılıb. İran rəsmilərinin açıqlamalarına əsasən, ölkə 2003-cü ildə 100 milyon $ dəyərində xaricə silah ixrac etmişdir. İranın hərbi sənayesi İran Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir və aşağıdakı əsas bölmələrdən ibarətdir: Həmçinin, İnformasiya texnologiyaları və Telekommunikasiya təhlükəsizliyi (STI) də İran müdafiə sənayesinin bir hissəsidir. == Tarix == İranın hərbi sənayesi ölkənin xaricdən asılılığını azaltmaq məqsədilə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin əmri ilə yaradılıb. 1973-cü ildə İran Elektronika Sənayesi (IEI) xarici ölkələrdən alınan silahların təmir olunması məqsədilə yaradılmışdır. Ölkədə İslam İnqilabı baş verməzdən əvvəl İran öz silahlarının əksəriyyətini ABŞ və digər Avropa ölkələrindən alırdı. 1971–1975-ci illər arasında şah təkcə ABŞ-dən 8 milyard $ dəyərində silah almaq haqqında müqavilə imzalamışdı. 1979-cu ildə İslam İnqilabı baş verənə qədər ABŞ bu ölkəyə böyük miqdarda silah satmaqda davam etdi. 1977-ci ildə İran Müdafiə Sənayesi Təşkilatı İsraillə birlikdə Proyekt Flower adı altında birgə raket istehsalı üzərində işləməyə başladı. 1979-cu ildə ölkə ilk mərhələdə Sovet istehsalı olan RPQ-7, BM-21 "Qrad" və "Strela-2" raketlərini istehsal etməyə başladı.
İranın nüvə proqramı
İranın nüvə proqramı — İranın nüvə enerjisi əldə etmək üçün başlatdığını dediyi, ancaq başda ABŞ olmaq üzrə bəzi ölkələrin nüvə silah istehsal etmək üçün başladığını iddia etdiyi layihə.İranın nüvə proqramı 1950-ci illərdə sülh üçün Atom proqramının bir parçası olaraq ABŞ-nin köməyi ilə başladıldı. ABŞ-nin və Qərb Avropalı hökumətlərin İranın nüvə proqramına dəstəyi, cəsarətləndirməsi və qatqıları ilə 1979-cu ildə şah rejimini devirən islami inqilaba qədər davam etdi. 1979-cu ildəki inqilabdan sonra İran hökuməti proqramı dayandırdı və daha sonra inqilab öncəsinə görə daha düşük bir qərb dəstəyi ilə yenidən canlandırıldı. İran nüvə proqramı bir sıra araşdırma mərkəzi, uran mədəni, bir nüvə reaktoru və bir uran zənginləşdirilməsi mərkəzi ehtiva edən uran emal infastrukturlarından ibarətdir. İranın ilk nüvə santralı Buşehr-I-in mart 2008-də istehsala keçməsi gözlənilirdi. Ancaq 4 sentyabr 2011 tarixi etibarı ilə bu obyekt istifadəyə verilmişdir. == Ümumi baxış == Qaudat Bahqat İndiana Universiteti, Pensilvaniya, Yaxın Şərq Tədqiqatları Mərkəzi prezidenti, İran nüvə proqramının üç faktora bağlı olduğunu deyir: Birincisi; Pakistan,İraq,İsrail və ABŞ-dən özlərinə çevrilən təhdid qəbul etmələri, ikincisi; daxili iqtisadi və siyasi dinamiklər və üçüncüsü; milli qürur. Bahqat daha sonra İranın beynəlxalq cəmiyyət ilə əlaqələri ilə əlaqəli bəzi kilit nöqtələrin altını çəkir və nüvə proqram mövzusunda bunun İranı necə təsir etdiyini anladır. 1. İranlı səlahiyyətlilərin 1980-ci illərdəki İran-İraq müharibəsi müddətindəki davranışları səbəbi ilə beynəlxalq cəmiyyətə çox az güvəni var.
İranın Azərbaycanda diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. == Tarixi == İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
İranın Naxçıvan Baş Konsulluğu
İranın Naxçıvan Baş Konsulluğu — İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindəki Baş Konsulluğu. == Tarixi == İranın Naxçıvan Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır. == Ünvanı == Baş Konsulluğun binası Naxçıvan şəhərindəki Atatürk küçəsi 13 ünvanında yerləşir.
İranın Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəliyi
İranın Azərbaycanda diplomatik nümayəndəliyi — İranı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yanında təmsil edən elçilik. == Tarixi == İranın Bakıda konsulluğu 19-cu əsrin 70-ci illərindən fəaliyyət göstərirdi. Çarizmin devrilməsindən (1917) sonra konsulluğun fəaliyyəti daha da canlandı. Lakin İran hökuməti Azərbaycanın istiqlaliyyətini elan etməsini dərin narahatlıqla qarşıladı. Çünki İranın hakim dairələri Azərbaycanın şimalında müstəqil dövlətin yaranmasına Cənubi Azərbaycanın əldən çıxması təhlükəsi kimi baxırdılar. Buna görə də, İran hökuməti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa və onunla diplomatik əlaqələr yaratmağa tələsmirdi. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması haqqında istiqlal bəyannaməsinin surəti İstanbuldakı Azərbaycan nümayəndə heyəti tərəfındən oradakı İran konsulluğuna təqdim olunduqda, konsulluq Azərbaycan adlı dövlətin müstəqilliyini tanımadığını bildirdi və bu sənədi qəbul etmədi. İranın Azərbaycana münasibətində 1918-ci ilin axırından — Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərin, o cümlədən, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını yəqin etdikdən sonra başladı. İranın Bakıdakı baş konsulu Azərbaycan Parlamentinin açılış mərasimində (1918, 7 dekabr) iştirak etdi. 1918-ci ilin sonunda Paris sülh konfransına gedən İran xarici işlər naziri Əliqulu xan Ənsari yolüstü 2 gün Bakıda qalaraq, Azərbaycan hökuməti ilə danışıqlar apardı.
Amirani
Amirani ing. Amirani— Amirani və ya Amiran (gürcü: ამირანი), klassik Prometeyi xatırladan gürcü eposunun mədəniyyət qəhrəmanının adıdır. Mifin müxtəlif versiyaları, mifin zamanla necə çevrildiyini ortaya qoyur, ancaq əfsanənin özü eramızdan əvvəl təxminən 3000-2000-ci illər arasında ilk Dəmir dövrünün əvvəllərində izlənilə bilər, mifdə olduğu kimi Demiurq Amirani insanlığı təmsil edərək Tanrıya meydan oxuyur. Prometey kimi lənətlənmiş iti Kurşskiy ilə birlikdə Qafqazda cəzalandırılır və daha sonra da zəncirlənir. Prometey mifi kimi qey olunmuşdur ki, Amirani qartal qaraciyərini gündüz yeyir, gecələr də özünü sağaldırmış. == Tarixi == Amirani, Qafqaz ovu ilahəsi Dalinin oğlu idi, ancaq vaxtından əvvəl anasının qarnından çıxarıldı və ovçu Sulkalmaks və həyat yoldaşı Darejanın himayəsində onlarında iki oğlu olan Badri və Yusup ilə birlikdə böyüdüldü. Bərabər böyüyən bu igidlər pis ruhlarla mübarizə aparmağa başladılar və başları ilana çevrilən üç başlı nəhəngi məğlub etdilər. Amirani əjdahalarla mübarizə aparan zaman Qara Əjdaha tərəfindən udulur. Daha sonra Amirani əjdahanın qarnını kəsib çıxır.Gəlin axtarışında digər pis ruhlarla mübarizə apararkən, iki ölümcül qardaşı öldürüldü və Amirani intihar etmək istədi, amma dəhşət içində həyata qayıtdığını anladı. Bundan sonra, Amirani gəlin axtarışından əl çəkdi və uca Tanrı Qmerti (Tanrı üçün gürcü sözü) tərəfindən gücləndirilərək başqa bir nəhəngi, sonra da Qmerti (və ya Tanrı) özünə aldı.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Mikania
Mikaniya (lat. Mikania) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Miranda
Miranda — qadın adı. Miranda Riçardson — Böyük Britaniya aktrisası Miranda Kerr — Miranda Kosqrov — Miranda Hobbs —DigərMiranda (peyk) — Uranın beş dəyirmi peykinin ən kiçiyi və ən kiçik hissəsidir.
Mirşahin
Mirşahin Dilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Mirəcin
Mirəcin (fars. ميره جين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (44 ailə).
Mitanni
Mitanni dövləti— bizim eradan əvvəl 16-13 əsrlərdə Mesopotomiya ərazisində olmuş qədim dövlət. == Tarixi == Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi. Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
İranın Mədəni İrs, Əl Sənəti və Turizm Nazirliyi
Mədəni İrs, Turizm və Əl Sənəti Nazirliyi (fars. وزارت میراث فرهنگی ، گردشگری و صنایع دستی ایران‎) — İran daxilində çoxsaylı əlaqəli muzey komplekslərinə nəzarət edən bir təhsil və tədqiqat müəssisəsidir. İran hökuməti tərəfindən idarə olunur və maliyyələşdirilir. İlk olaraq 1985-ci ildə 11 tədqiqat və mədəniyyət təşkilatını birləşdirən Məclis qanunvericiliyi ilə qurulmuşdur. 2019-cu ildə İran Mədəni İrs, Əl Sənətləri və Turizm Təşkilatı (ICHHTO) Nazirliyə çevrildi. Hazırkı nazir, Prezident Həsən Ruhani tərəfindən 13 avqust 2017-ci il tarixində təyin olunan Əli Əsgər Monesandır. Əvvəllər Kiş Adası Azad Regionunun rəhbəri idi. Bir çox jurnal və kitabın nəşrinə və nəzarətinə rəhbərlik edir və xarici muzeylər və akademiyalarla birlikdə layihələr həyata keçirir. Əhatə dairəsi və fəaliyyət baxımından Smithsonian İnstitutuna bənzəyir.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. == Həyatının ilk illəri == Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Maksim Marinin
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü, həmdə 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Maranon çayı
Maranyon (isp. Marañón) — Peru ərazisindən axan çay. Uzunluğu 2000 km təkil edir, hövzəsinin sahəsi 350 000 km²-dir. Amazon çayının sol qoludur. Çay onda ilk dəfə onda naviqasiyanı təşkil etmiş kapitan Maranyonun şərəfinə adlandırılmışdır. kəşf etmiş mənbəyi Boliviyada Mərkəzi Andın şərq ətəklərində yerləşir. Orta axarlarda axının sürəti 340 m³/san təkil edir. Başlanğıcını Patkoca gölündən götürür, Mərkəzi və Şərqi Andın dərin dərələri ilə axaraq Amazon ovalığına çıxır. Orta su sərfiyyatı 15 600 m³/s təşkil edir. 1000 km məsafədə naviqasiyaya yararlıdır (astanalara qədər).
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. == Metanın piroliz reaksiyaları == Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
Mikania acutissima
Mikania acutissima (lat. Mikania acutissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mikania additicia
Mikania additicia (lat. Mikania additicia) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Mikania alba
Mikania alba (lat. Mikania alba) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Mikania alexandreae
Mikania alexandreae (lat. Mikania alexandreae) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Mikania allartii
Mikania allartii (lat. Mikania allartii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Mikania alvimii
Mikania alvimii (lat. Mikania alvimii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.