Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Iogeton
Iogeton (lat. Iogeton) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Iogeton nowickeanus
Iogeton (lat. Iogeton) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.
Moneron adası
Moneron adası (rus. Монерон, yap. 海馬島) — Saxalinin cənub-qərb sahilindən 43 kilometr aralıda, Tatar boğazında bir ada. 1905-1945-ci illərdə Kaibato adı ilə Moneron Yaponiyanın Karafuto qubernatorluğunun tərkibində idi. İndi ada Rusiyanın Saxalin vilayətinin Nevelsk şəhər rayonunun bir hissəsidir. Adanın cənub hissəsində mayak və hava stansiyası var. Aktiv iqtisadi fəaliyyətin izləri eramızdan əvvəl 1 min illərə təsadüf etsə də, hazırda daimi əhali yoxdur. Müxtəlif dövrlərə aid 12 mədəni irs abidəsi vardır. 1905-1970-ci illərdə adada daimi mülki əhali yaşayıb. Ətrafdakı qayalıqlar quş koloniyaları üçün məskəndir.
Levi Morton
Levi Parsons Morton (ing. Levi Parsons Morton, 16 may 1824 – 16 may 1920) — Amerika Birləşmiş ştatlarının (1889-1893) 22-ci vitse-prezidenti olmuşdur. O, daha sonra New Yorkun 31-ci qubernatoru seçilmişdir. == İstinadlar == == Mənbə == National Contest, Containing Portraits and Biographies of Our National Favorites, Darling Bros. & Co., Detroit, Michigan, 1888.
Piter Morton
Piter Morton (7 avqust 1947, Çikaqo, İllinoys) — amerikalı iş adamı. O, İsaak Tiqrett ilə birlikdə Hard Rock Cafe-nin həmtəsisçisidir. Piter Morton Morton Steakhouse-un banisi Arni Mortonun oğludur. Onun atası yəhudi əsilli idi. O, 1969-cu ildə Denverskiy Universitetdən məzun olub. Onun əkiz bacısı Pem Mortondur. Ögey qardaşı Maykl Morton isə restoran sahibi və biznesmendir. O, Fi Siqma Delta Cəmiyyətinin üzvüdür. Mortonun ilk Hard Rock Cafesi Londonda Hyde Park Corner-ın yaxınlığında açıldı. 1982-ci ildə Morton və onun ortağı İsaak Tiqrett müxtəlif şəhərlərdə kafelərini inkişaf etdirməyə razı olduqları zaman qlobal inkişaf başladı.
Morton nevroması
Morton nevroması – xoşxassəli şişdir, dabanaltı barmaqarası sinirin ayaqdarağı köndələn bağ ilə sıxılması nəticəsində sinirin ətrafında fibroz toxuma inkişaf edir. III və IV və ya II və III ayaqdarağı sümüklərinin başları arasında ağrı yaranır. Ən çox qadınlarda dar ayaqqabı və ya yüksək dabanlı ayaqqabı geyməklə bağlıdır.
Krılya Sovetov FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Uilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Vilyam Morton Kahan

Çarlz Morton (pedaqoq)
Çarlz Morton (ing. Charles Morton; 1626 – 11 aprel 1698, Çarlztaun[d]) — Britaniya qeyri-konformist naziri və erkən müxalif akademiyanın qurucusu. O, daha sonra həyatda Yeni İngiltərədə Harvard Kolleci ilə əlaqəli olmuşdur. Morton İngiltərədə güclü puritan təsirləri ilə böyümüş və Oksfordda oxumuşdur. İngiltərə inqilabı nəticəsində mütərəqqi təhsili təşviq etdiyinə görə həbs edilmiş və Massaçusets Körfəzi Koloniyasında immiqrasiya etmişdir, lakin tezliklə Bostonda fitnəyə görə həbs olunmuş və sonra bəraət almışdır. Onun Harvardda xalq dili tədrisi sistemi Con Uollis, Robert Huk, Robert Boyl və hətta Rene Dekartın təsirləri ilə əsasən sxolastik və aristotelçi idi. Onun əsərlərində astrologiya və kimyagərlik mövzuları var və onun cadugərliyə marağı olduğu bilinirdi. Nəticədə, "Compendium Physicae" əsəri yarımelmi hesab olunur və əsərdə Qalileo, Torriçelli və cazibə qüvvəsinə istinadlar olsa da, onun qədim və orta əsr aristotelçi yanaşması sonda Nyuton mexanikası ilə əvəz olunmuşdur.
Krılya Sovetov Samara FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.