Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morennıe
Morennıe — Kara dənizinində, Şimal Torpağı arxipelaqının şimalında yerləşən adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Komsomoles adasından şimalda Labirint körfəzidə yerləşir. Qrupa daxil adaların sayını dəqiq müəyyən etmək çətindir. Bəzilərinin sahəsi olduqca kiçikdir. Ən böyük adanın uzunluğu yarım km-dir. Maksimal hündürlüyü 11 metrdir. Əsasən qumsalıqlarla örtülüdürlər. Adalarda kiçik göllər vardır. Adaların ayrıca adları yoxdur.
Ageratina molinae
Ageratina molinae (lat. Ageratina molinae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aleksander Molerio
Aleksander Molerio (19 sentyabr 1991) — Kubalı atıcı. Aleksander Molerio Kubanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksander Molerio birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 607.2 xal toplayaraq 49-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mikania mosenii
Mikania mosenii (lat. Mikania mosenii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Piotr Molenda
Piotr Molenda (3 mart 1962) — Polşanı təmsil edən stolüstü tennisçi. Piotr Molenda Polşanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub.
Senecio molinae
Senecio molinae (lat. Senecio molinae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Viburnum molinae
Viburnum molinae (lat. Viburnum molinae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Moline (Kommuna)
Moline (fr. Molinet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03173. 2008-ci ildə əhalinin sayı 1176 nəfər təşkil edirdi. 2007-ci ildə 733 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) 535 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.9%). Fəal 535 nəfərdən 478 nəfər (268 kişi və 210 qadın) işləyir, 57 nəfər işsizdir (20 kişi və 37 qadın). 198 hərəkətsiz 42 nəfər arasında şagird və ya tələbə, 88 nəfər təqaüdçü, 68 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Oleni adaları
Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir. Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir.
Oleni adası
Oleni adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.
Jolene Marie Rotinsulu
Jolene-Marie Cholock-Rotinsulu (tam adı: Jolene-Marie Cholock-Rotinsulu, ind. Jo'lin-Ma'ri Cho'lok-Rotin'sulu; 15 may 1996, Santa-Ana, Kaliforniya) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "I am Hope" sabun operası ona müvəffəqiyyət qazandırdı.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Oleni adası (Kandalakşski körfəzi)
Oleni adası — Ağ dənizə daxil olan Kandalakşski körfəzində yerləşən ada. Ada Kandalakşa şəhərindən cənubda yerləşir. Körfəzdə Veliki adasından sonra ikinci böyük adadır. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Adanın cənub-qərbində kiçik göl vardır. Ətrafında yerləşən kiçik adacıqlar arasında ən irisi Telyaçidir. Adanıən maksimal hündürlüyü 61,6 metrditr. Adanın cənub-qərbimndə Korovaya buxtası yerləşir. Ada Kandalakşski qoruğunun bir parçasıdır. İnzibati cəhətdən isə Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir.