Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarozit
Yarozit – K Fe33+ [(OH)6 | (SO4)]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. Kalsiumlu, stronsiumlu (3,35% Sr), selenli (0,2 % SeO4) yarozit. Rəng – oxra kimi sarı, sarımtıl-qonur, qonur, tünd-qəhvəyi; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – demək olar ki, almaz parıltısından şüşə parıltısınadək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,15-3,26; Sərtlik – 3-4; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – güclü piroelektrik xassələri ilə səciyyələnir, əllə toxunduqda yağlıdır; Morfologiya – kristallar: nadir rast gəlir; kiçik romboedrik və lövhəvarı; Mineral aqreqatları: xırdadənəli, sıx, torpaqvari, lifli kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, pirit üzrə psevdomorfozalar. Sulfid yataqlarının oksidləşmə zonası üçün səciyyəvidir – dəmirin ilkin kükürd birləşmələrinin aşınması zamanı əmələ gəlir. Mineralın termal bulaq çöküntülərində də tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit, kvars, alunit və b. Mineralın tapıldığı yerlər: Barranko-Yaroso (İspaniya); Lavrion (Yunanıstan); Artyomov (Ukrayna); Blyava (Rusiya); Maykain (Qazaxıstan); Bukantau (Özbəkistan); Yava ad. Azərbaycanda yarozit bir sıra yataq və təzahürlərin (Katsdağ, Daşkəsən, Gədəbəy, Çıraqdərə, İtqırılan, Qızılarxaç və b.) oksidləşmə zonalarında, onun stronsiumlu növ müxtəlifliyi isə Duqlun-Vənənd (Ordubad rayonu) alunit yatağında aşkar edilmişdir. Əhəmiyyətli yığınları pardaxlama tozu və boya istehsalı üçün xammal kimi istifadə edilə bilər.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Morazım (Auırqazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Nikolay Morozkin
Nikolay Morozkin (27.11.1953) — fizika-riyaziyyat elmlər doktoru, Başqırdıstan Dövlət Universitetinin rektoru (2013), «Başqırdıstan Respublikası əməkdar elm xadimi». Nikolay Danilaoviç Morozkin 27 noyabr 1953-cü ildə Mordoviyada anadan olmuşdur. Mordoviya Dövlət Universitetini bitirdikdən sonra 1975 - 1980-ci illərdə Leninqrad dövlət Universitetində riyaziyyat sahəsində aspiranturada oxumuşdur. Aspiranturanı bitirərkən namizədlik disertasiyasını müdafiə etmişdir. İş yeri 1983-1997-ci illərdə Baqırdıstan Dövlət Universitetində baş müəllim, dosent, hesablama riyaziyyat kafedrasının müdiri; 1997-ci ildən 2013-cü ilədək - Başqırdıstan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru; 2013-cü ildən - Başqırdıstan Dövlət Universitetinin rektoru. Termofizika və nəzəri istilik mühəndisliyi, maye, qaz və plazmanın mexanikası üzrə doktorluq dissertasiyalarını müdafiə edən şuranın üzvüdür. "Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçisi" «Başqırdıstan Respublikasının əməkdar elm xadimi» "Rusiya Federasiyasının Ali Məktəblərinin Əməkdar işçisi". 100 elmi məqalənin və 2 ixtira üzrə patentin müəllifidir. Об одном итерационном методе решения задачи оптимального нелинейного нагрева с фазовыми ограничениями // Журнал вычислительной математики и математической физики. М.: изд-во РАН, т.40, N11, 2000 г.,с.1615 — 1632 (соавторы Голичев И. И., Дульцев А. В.).
Nikolay Morozov
Nikolay Morozov (rus. Николай Александрович Морозов; 25 iyun (7 iyul) 1854 və ya 7 iyul 1854 – 30 iyul 1946[…]) — Rus inqilabçı, alim və ictimai xadimi.
Pavlik Morozov
Pavlik Morozov (rus. Павел Трофимович Морозов; 14 noyabr 1918 — 3 sentyabr 1932, Gerasimovka, Turinsk qəzası, Tobolsk quberniyası) — sovet rəsmi təbliğatında Sovet hakimiyyətinin ilk dövründə qolçomaqlarla mübarizədə düzgünlüyün və prinsipiallığın gənc simvolu. Sovet dövründəki rəsmi iddiaya görə babası və əmisi tərəfindən atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyinə görə qətlə yetirilmişdir. Postsovet dövründə atasını satan satqın uşaq kimi xarakterizə edilməyə başlandı. Son dövr araşdırılması nəticəsində onun ölümünün ideoloji mübarizə ilə heç bir əlaqəsinin olmadığı, sadəcə ailə dramının qurbanı olduğu aydınlaşdırılmışdır. O heç zaman pioner olmamış, atasının qolçomaq olduğunu iddia etməmiş, atasının məhkəmə prosesində dedikləri tam təhrif edilmiş, ölümü obyektiv araşdırılmamışdır. Ölümü mətbuata düşdükdən sonra o dövrün təbliğat maşını hadisədən özünün ideoloji məqsədləri üçün istifadə etməyə başlamış, ondan " gənc qəhrəman" obrazı düzəltməyə çalışmışdır. Rəsmi sovet qəzetlərində onun yeganə şəkli üzərində dəyişiklik apararaq pioner qalstuku geyndirmiş, retuş edərək təbliğat obrazı yaratmışlar. Hətta həyatda o " Paşa" adlansa da təbliğat naminə ədəbiyyatda " Pavlik " adlandırılmışdır.
Orozir dövrü
Orozir və ya Orozir dövrü — Paleoproterozoy erasının 3-cü geoloji dövrüdür və 2050-1800 milyon il əvvələri əhatə etmişdir. Dövrün son yarısı, demək olar ki, bütün qitələrdə intensiv tektogenez prosesi müşaidə olunurdu. Yer kürəsinə məlum olan ən böyük toqquşma hadisələrindən ikisi Orozir dövrünə təsadüf edir. Dövrün ən əvvəlində, 2023 milyon il əvvəl, böyük bir asteroid düşməsi nəticəsində Vredefort krateri yarandı. Sadberi kraterini meydana gətirən hadisə isə 1850 milyon il əvvəl, dövrün sonuna yaxın baş verdi. Superqitə Kolumbiya bu dövrün sonunda meydana gəldi.
Viesturs Morozs
Viesturs Morozs (18 fevral 1990) — Latviyalı peşəkar kişi BMX velosipedçisi. Viesturs Morozs Latviyanı beynəlxalq yarışlarda təmsil edir. Viesturs Morozs 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.703 saniyəlik nəticəsi ilə 79-cu yeri tutdu.
Morozko (film, 1964)
Morozko (rus. Морозко) — 1964-cü ildə çəkilmiş SSRİ cizgi filmi. Filmin SSRİ-də premyerası 24 mart 1965-ci ildə olub.
Ded Moroz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Moroz yarımadası
Moroz yarımadası (ing. Moroz Peninsula) — Kanadanın Saskaçevan əyalətindəki Uoşikamio gölündə, ölkənin mərkəzi hissəsində, paytaxt Ottavadan 2600 km qərbdə yerləşən yarımada. Dəniz səviyyəsindən yüksəkliyi 439 metr. Yarımadanın ərazisində demək olar ki, yaşayış yoxdur. 1 kvadrat kilometrə 2 nəfərdən az adam düşür. Yarımada Subarktika iqlimi zonasında yerləşir. Bu bölgədəki orta illik temperatur –2 °C-dir. Ən isti ay iyul, ortalama temperatur isə 15 °C olduğu zaman, ən soyuq ay fevral, ortalama temperatur isə -20 °C-dir.
Reqina Moroz
Reqina Moroz — rus qadın voleybolçu. Ampluası blokçudur. Dinamo Kazan klubunda oynayır. Bu klubda "on yeddi" nömrəli formanı tərlədir.