Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Besame Mucho
Bésame Mucho (azərb. "Məni çox öp") — Meksikalı qadın pianoçu, bəstəkar Konsuelo Velaskesin 1940-ci ildə Kuba bolerosu janrında bəstələdiyi mahnı. XX əsrin ən məhşur mahnılarından biri. Mahnının müxtəlif janrlarda, müxtəlif dillərə tərcümədə, müxtəlif ifaçıların ifasında yüzlərlə instrumental versiyası mövcuddur. == Tarixi == Konsuelo Velaskesin yazdığına görə mahnını bəstələyərkən 25 yaşı olub və həmin vaxta kimi heçkimlə öpüşməyib. Velázquez Besame Muchonu ispan bəstəkar Enrique Granados tərəfindən 1916-cı ildə yazılmış Goyescas operasının "Quejas, o la Maja y el Ruiseñor" (Şikayətlər və ya gənc qız ilə bülbül) ariyasından təsirlənib yazdığını da qeyd edir.
Conatan Munoz
Conatan Munoz (10 noyabr 1995) — Meksikalı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Meksikanı təmsil edir. Conatan Munoz dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
David Munoz
David Munoz (29 sentyabr 1964) — Panamalı atıcı. David Munoz Panamanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == David Munoz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 563 xal toplayaraq 46-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Miqel Munos
Miqel Munos Mosun (isp. Miguel Muñoz Mozún; d. 19 yanvar 1922 – ö. 16 iyul 1990) — keçmiş İspaniya futbolçusu, yarımmüdafiəçisi və baş məşqçisi. O, futbol karyerasının çox hissəsini "Real Madrid" FK-da keçirmiş, daha sonra isə klubun baş məşqçisi olmuşdur. Munosun baş məşqçi olduğu dövrdə "Real Madrid" FK iki dəfə Avropa Kuboku çempionu və doqquz dəfə La Liqa çempionu olmuşdur. Munos İspaniya milli futbol komandasının da baş məşqçisi olmuşdur və İspaniya millisini UEFA Avro 1984-ün çempionu etmişdir.
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Quillermo Munoz
Quillermo Munoz (15 noyabr 1964) — Meksikanı təmsil edən stolüstü tennisçi. Quillermo Munoz Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Rafael Monoe
Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar. Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib. Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır. Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur. 1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.
Münke xaqanın sikkələri
Münke xaqanın sikkələri - Monqol imperatoru Münke xaqanın hakimiyyəti illərində (1251 – 1259)dövriyyədə olan pul sikkələri. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Monqol imperatoru Munqke qaan (1251 – 1259) dövrünə aid Təbriz dirhəmləri XIII əsrin I yarısına dair Azərbaycan zərbxanaları,eləcə də, həmin dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir . Üst tərəfinə altıguşəli sikkə möhüründə “qaan əl-adil” (ədalətli qaan), arxa tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimi ilə zərb ili olan bu sikkələrin zərbi, bəzi fasilələrlə, hicri 683 = 1284-cü ilədək davam etmişdir. Şəkil 1. NF 7935. Çingizilər. Təbriz, 652 = 1254 - 1255, d – 24-25 mm, 2,48 q Şəkil 2. NF 10890. Çingizilər. Təbriz, d – 24 mm, 2,6 q (“həzə dinar” – “bu dinar” sözləri ilə) Azərbaycan Respublikası ərazisində aşkarlanan numizmatik tapıntılar, Çingizilər dövründə Təbriz, Gəncə, Laçın, Beyləqan, Kiran (Naxçıvan MR, Ordubadda yaşayış yeri) və d.