Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İslimi
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
İttifaqi-Müslimin
İttifaqi-Müslimin və ya İttifaqi-əl-Müslimin (rus. Иттифак аль-Муслимин) — Rusiya imperiyasında fəaliyyət göstərən sosialist siyasi partiyası. Volqa bölgəsi, Krım, Ural və Qafqaz, Sibir, Türküstan və Zaqafqaziyada filialları mövcud idi. Əlimərdan Topçubaşovun Rusiyada ilk müsəlman "İttifaqi-əl-Müslimin" siyasi partiyasının təsisçisi, Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri olduğu, Dumanın 1906-cı ildə buraxılmasından sonra həbs edildiyi diqqətə çatdırılmışdır.
İttifaqi-əl-Müslimin