Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəqərat
Nəqərat — təkrarlanan ifadə. Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Naqoya
Naqoya (yap. 名古屋) - Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Milan Zaqorats
Milan Zaqorats — Serbiya futbolçusu. Milan Zaqorats 10 yaşından "Zemun" FK-da (Belqrad) futbol oynamağa başlayıb. 16 yaşında Belqradın BSK komandasında oynayıb. 17 yaşında Pançevo şəhərinin "Dinamo" klubu ilə müqavilə bağlayıb və 1-ci dəstədə oynayıb. 2000-2001-ci illərdə Almaniyanın ikinci dəstə təmsilçisi olan "Şvaynfurt-05" komandasının şərəfini qoruyub və klub 1-ci dəstəyə vəsiqə qazanıb. 2002-ci ildə Serbiya və Çernoqoriyanın güclülər dəstəsində oynayan OFK komandasında çıxış etməyə başlayıb. 2004/2005 mövsümündə isə Ukraynanın "Krivbass" (Krivoy Roq) klubunun müdafiəçisi olub. Bundan sonra İnter Bakının heyətində çıxış edib (2005-2010). OFK-nın heyətində UEFA-nın İntertoto kuboku yarışlarında (2002-ci il) oynayıb.
Nikita Naqornı
Nikita Vladimiroviç Naqornı (12 fevral 1997, Rostov-na-Donu) — Rusiya gimnastı. Üçqat dünya çempionu(2019), altıqat Avropa çemponu (2015, 2016, 2018, 2019), 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı.Rusiyanın əməkdar idman ustası. Beynəlxalq dərəcəli idman ustası. 12 fevral 1997-ci ildə Rostov na-Donuda doğulub. 2014-cü ildə yeniyetmələr arasında keçirilən Rusiya çempionatında Nikita çoxnövçülükdə bürünc medal qazandı. Bu ona Avropa Gənclər Çempionatına getməyə imkan verdi. 2015-ci ildə Rusiya çempionatında Nikita Moskva komandasının tərkibində bürünc medal qazandı. Bu nəticələrlə Nikita Monpelye şəhərində keçirilən Avropa çempionatına bilet qazandı. O 15.099 xal toplamaqla qızıl medal qazandı. 29 may 2016-cı ildə Berndə (İsveçrə) 2016 Avropa Çempionatında Nikita Naqornı komanda birinciliyində 15.566 xal toplayaraq Avropa çempionu oldu.
Oxynoemacheilus angorae
Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır.
Baqrat Baqrationi
Baqrat Georgiyeviç Baqrationi (8 may 1776, Tiflis – 8 may 1841, Sankt-Peterburq) — Baqrationilər çar sülaləsindən olan gürcü knyazı; Gürcüstan tarixi, veterinar tibb və iqtisadiyyat üzrə əsərlərin müəllifi. 8 (19) may 1776-cı ildə Tbilisidə şahzadə Georginin (1746—1800), gələcək Gürcü çarı XII Georginin (1798—1800) ailəsində anadan olub və ilk həyat yoldaşı Ketevan Andronikaşvili (1754—1782) olub. Kartli və Kaxeti çarı II İraklinin nəvəsidir. Knyaz Durmişxan Çolakaşvili qızı Yekaterina Çolakaşvili ilə ailə qurub (1781—1831). 30 avqust 1805-ci ildə 2-ci dərəcəli Müqəddəs Yekaterina ordeni ilə təltif edilib. Sankt-Peterburqda vəbadan dünyasını dəyişib və Smolensk qəbristanlığında dəfn olunub. Baqrat və Yekaterinanın çoxlu övladları var idi.
Baqrat Ulubabyan
Baqrat Arşaki Ulubabyan (erm. Բագրատ Արշակի Ուլուբաբյան; 9 dekabr 1925, Müşkapat – 19 noyabr 2001, Yeğvard, Kotayk mərzi) – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980-ci illərin sonunda Ermənistanda "Qarabağ hərəkatı" baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi. Baqrat Ulubabyan 9 dekabr 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944-cü ildə Şuşa Pedaqoji İnstitutunu bitirir, iki il sonra Bakıdakı Pedaqoji İnstitutda erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949–1967-ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub, həmçinin erməni dilində nəşr olunan "Sovetakan Qarabağ" (Sovet Qarabağı) qəzetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub. 1968-ci ildə Ulubabyan İrəvana köçür və Ermənistan Milli Elmlər Akademiyasının Tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır. 1965-ci ildə o, 30 nəfər erməni elm xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır.
Böyük nağara
Böyük nağara, və ya kos nağara - Azərbaycan musiqi aləti. Bəzi regionlarda "toy nağarası" da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür. Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400–450 mm, hündürlüyü 500–550 mm-dir. Çombaq nağarada ritmlərin yalnız güclü vurğuları ifa edilə bilər, adətən güclü səsli alətləri (zurnaçılar dəstəsi) açıq səmada müşayiət edir. İfaçı bir əli ilə aləti qoltuğunun altında saxlayır, digər əlində isə çombağı tutaraq ritmin ancaq güclü vurğularını səsləndirir. Çiling nağara ilə birlikdə dolğun ritmi ifadə edir. Bir əlində çombaq, digərində çubuq tutaraq aləti döyəcləyəndə həm güclü, həm zəif səslər əmələ gəlir. Çombaq zoğal ağacının nisbətən qalın, düz budağından qayrılır, çünki belə çombaqlar daha möhkəm, dözümlü olur.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
III Baqrat
III Baqrat (960 — 7 may 1014, yaxud 1015) — birləşmiş Gürcüstanın çarı (978 — 7 may 1014, yaxud 1015). Baqrationilər nəslinin nümayəndəsi olmaqla, ana tərəfdən anasodilərdən – abxaz knyaz və çarlarının nəslindən idi. Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
IV Baqrat
IV Baqrat (gürc. ბაგრატ IV) (1018 – 24 noyabr 1072) Baqrationilər sülaləsinin bir üzvüdür. 1027–1072 illərdə Gürcüstan kralı olmuşdur. Uzun və hadisəli hakimiyyəti illərində Gürcüstan hakimiyyətini Bizans imperiyasından və Səlcuqlulardan qorumağa çalışdı. Bir sıra daxili qarşıdurmalar nəticəsində Baqrat Liparitidlər sülaləsindən olan ən güclü vassalları və rəqibləri məğlub edərək bir çox qapalı feodalları nəzarət altına aldı. Lorri və Kaxeti şahları, Tiflis əmirinin təsirini azaltdı. Bir çox Qafqaz hökmdarları kimi Nobelissimos, Kuropalatis və Sebastos kimi Bizans adlarına da sahibdir. Gürcüstan kralı I Giorginin (1014–1027) ilk həyat yoldaşı Məriyəmin oğlu idi. Atası tərəfindən Bizans imperiyasına qarşı müharibənin itirilməsindən sonra 1022-ci ildə Bizans imperatoru II Basileios (976–1025) üç yaşında girov götürüldü. Gənc Baqrat üç ili imperiya paytaxtı olan Konstantinopolda Bizans sarayında keçirdi və 1025-ci ildə sərbəst buraxıldı.
I Baqrat
I Baqrat (İmereti çarı) — İmereti çarı. I Baqrat — Abxaziya çarı. I Baqrat — Tao çarı.
Naqoya Universiteti
Naqoya Universiteti (yap. 名古屋大学) — Yaponiyanın Naqoya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Naqoya Universitetinin tarixi 1871-ci ildə yaradılmış Tibb Məktəbi ilə bağlıdır. 1920-ci ildə Ayçi Tibb Kolleci yaradılır. 1939-cu ildə bu məktəb Naqoya İmperial Universiteti adlandırılır. 1942-ci ildə universitetin Dəqiq Elmlər və Texnika Məktəbi Mühəndislik və Dəqiq Elmlər məktəblərinə bölünür. 1947-ci ildə ali məktəbin adı dəyişdirilərək Naqoya Universiteti adlandırılır. 2004-cü ildə universitet Milli Universitet Korporasiyası adlanır. Ali məktəbdə aparılan islahatlara əsasən 1949-cu ildə burada 6 məktəb - Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Dəqiq Elmlər, Tibb və Mühəndislik məktəbləri yaradılır. Sonradan 1950-ci ildə Hüquq və İqtisadiyyat məktəbləri müstəqil fəaliyyət göstərməyə başlayır.
Naqoya qəsri
Naqoya qalası (名古屋 城, Naqoya-co) – Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində olan qəsr. Yaponiyanın "Üç gözəl qəsri"ndən biridir. Tenşunun (qüllə) damında olan qızıldan düzəldilmiş cüt şaçihoko ilə tanınır. Şaçihoko ilə birlikdə Naqoya şəhərinin simvolu olaraq qəbul edilməkdədir.
Nağara (dəqiqləşdirmə)
Qoltuq nağara
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Qoşa nağara
Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir. Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir. Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
V Baqrat
V Baqrat (gürc. ბაგრატ V დიდი ;XIV əsr – 1393, Tiflis) — 1360-1393-cü illər arasında hökm sürmüş Gürcüstan çarı. Atası IX Davidin ölümündən sonra 1360-cı ildə Gürcüstan taxtına oturdu. Onun tacqoyma mərasimi Kutaisidə həyata keçirildi. İlk evliliyi Trabzon imperatorunun qızı Helena Komninoy ilə baş tutdu. Helena Komninoyun ölümündən sonra ikinci evliliyi yenə Trabzon imperatorunun qızı Anna Komnina ilə reallaşdı. Erməni və yunan salnaməçilərinin ifadələrinə görə, çar bacarıqlı döyüşçü və istedadlı sərkərdə idi. V Baqrat 1385-ci ildə Qızıl Orda xanı Toxtamışla, Teymuri hökmdarı Əmir Teymura qarşı ittifaq bağladı. 1386-cı ilin payızında Əmir Teymurun komandanlığı altında nəhəng bir ordu Gürcüstan krallığının ərazilərinə daxil oldu. Teymur Tiflisi mühasirəyə aldı.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Norat Ter-Qriqoryants
Norat Ter-Qriqoryants (erm. Նորատ Տեր-Գրիգորյանց, 16 iyul 1936, Orconikidze) — Sovet və Ermənistan hərbi generalı.
III Baqrat (İmeretiya çarı)
III Baqrat (gürc. ბაგრატ III; 23 sentyabr 1495 – 1565) — Baqrationilər sülaləsindən olan İmeretiya çarı. Çar II Aleksandrın və Tamarın oğlu. Hökmdarlıq dövrü 1510–1565-ci illəri əhatə edir. III Baqrat 1510-cu ilin aprelində atası II Aleksandrın ölümündən sonra taxta çıxmışdır. Baqrat hakimiyyətinin ilk dövrlərində kiçik qardaşı Vaxtanqın müqaviməti ilə üzləşməli oldu. Vaxtanq 1512-ci ildə qonşu Kartli çarlığına sığındı. III Baqrat Kartliyə daxil oldu və qardaşı Vaxtanq üzərində qələbə qazandı. Həmçinin həmin dövrlərdə III Baqrat qonşu Kartli çarlığının daxili işlərinə də müdaxilə edirdi. O, Kartlidə hakimiyyətə I Luarsabın gəlməsinə kömək etdi.