Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andeksa
Andeksa (PRT064445, PRT4445, ing. Andexxa, andexanet alfa)— rivaroksaban və apiksaban (birbaşa laxtalanma faktoru Xa inhibitorları) antikoaqulyantları üçün venadaxili spesifik antidot. Preparat rekombinant inaktivləşdirilmiş Xa faktorunun məhluludur və qanaxmanın dayandırılması üçün istifadə olunur. == Tarixi == Trombozun qarşısının alınması üçün antikoaqulyantların istifadəsi (ağciyər emboliyası, infarkt və işemik insultda daxildır) hemorragik insult da daxil olmaqla, həyati təhlükəsi olan qanaxmanın baş verməsi riski ilə əlaqələndirilir. Belə hallarda, antikoaqulyantın yaratdığı laxtalanma pozğunluğu çətinliklər yaradır və buna görə də qanaxmanı saxlamaq üçün antidotdan istifadə oluna bilər. Varfarindən fərqli olaraq, nisbətən uzun müddət istifadə olunan spesifik antidotlar (rivaroksaban (Kcarelto) və apiksaban (Eliquis)) uzun müddət spesifik antaqonistə malik deyildilər. Bu dərmanları qəbul edərkən kəskin qanaxma halında qeyri-spesifik hemostatiklər (VII faktor konsentratları, protrombin kompleksi dərmanları, traneksam) istifadə olunur, lakin onların effektivliyi sübut edilməmişdir. Andeksin xüsusi antaqonisti əczaçılıq şirkəti Portola Pharmaceuticals (ABŞ) tərəfindən hazırlanmış və 2018-ci ilin may ayında FDA (Food and Drug Administration — Qida və dərman administrasiyası) tərəfindən tibbi istifadə üçün təsdiq edilmişdir. Preparat Avropa İttifaqında 2018-ci ilin sonunda təsdiqlənmişdir. == Hərəkət mexanizmi == Andekca — protrombinə qarşı təbii katalitik fəaliyyətdən məhrum olan (gen mühəndisliyi üsulu ilə əldə edilmişdir) Xa insan faktorudur.
Nadejda
Nadejda — Rusiyada qadın adı. Nadejda Aliluyeva — İosif Stalinin həyat yoldaşı. Nadejda İsmayılova — Ssenari müəllifi və kino redaktoru. Nadejda Savçenko — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, Nadejda Yermakova — Belarus Mərkəzi Bankının rəhbəri Nadejda Vendelin — Aktrisa. Nadejda Krupskaya — Leninin arvadı. Nadejda Dırenkova — rus sovet türkoloqu. Nadejda Udaltsova — rus avanqard rəssam Nadejda Rumyanseva — Rusiya aktrisası Nadejda Mandelştam — Rusiya yazıçısı.
Cadetia
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Çadtsa
Çadtsa (slovak. Čadca, pol. Czaca, mac. Csaca) — Slovakiyanın şimal-qərbinda şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 27 min nəfərdir. Şəhər Polşa ilə Çexiyanın sərhəddində, Kisuttsa çayının sahilində yerləşir.
Nadejda Aliluyeva
Nadejda Sergeyevna Aliluyeva (rus. Надежда Сергеевна Аллилуева; 22 sentyabr 1901, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 9 noyabr 1932, Moskva, RSFSR, SSRİ) — İosif Stalinin həyat yoldaşı. Nadejda Aliluyeva 1901-ci il sentyabrın 22-də Bakıda anadan olmuşdur. 1917-ci ildə Stalin Sibirdən Petroqrada qayıtdıqdan sonra Nadejda Aliluyeva ilə sevgi münasibətləri olmuşdur. 1918-ci ildə Nadejda Aliluyeva İosif Stalinlə ailə həyatı qurmuşdur. 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana anadan olmuşdur. 1926–1929 illərdə Moskva Sənaye Akademiyasında təhsil almışdı. "Революция и культура" jurnalı və "Правда" qəzeti redaksiyaları ilə əməkdaşlıq etmişdir. Nadejda Aliluyeva xəstə idi, güclü baş ağrılarından əziyyət çəkirdi. 1932-ci il noyabrın 9-da tapançadan ürəyinə atəş açaraq intihar etmişdir.
Nadejda Dırenkova
Nadejda Petrovna Dırenkova (31 may 1899 – 28 oktyabr 1941) — rus sovet türkoloqu. Nadejda Petrovna Dırenkova 1899-cu ildə anadan olmuşdur. Dana çox etnoqrafiya sahəsi ilə çalışmağına baxmayaraq türk dialektlərini tədqiq etmişdir. Türkologiya sahəsində "Grammatika ojrotskogo jazyka" (1940), "Grammatika sorskogo jazyka" (1941), "Grammatika hakasskogo jazyka" (1948) adlı qrammatika kitablarının müəllifi olaraq şöhrət qazanmışdır. "Tofalarskij jazyk" adlı məqaləsi 1963-cü ildə nəşr olunmuşdur. "Sorskij folklor" adlı əsəri dəyərli bir tədqiqatdır (1940). Nadejda Dırenkova 1941-ci ildə Leninqradda vəfat etmişdir.
Nadejda Karpova
Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995, Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır. 2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.
Nadejda Krupskaya
Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 27 fevral 1939[…], Moskva, RSFSR, SSRİ) — Rusiya inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı. Krupskaya yoxsulluğa düçar olmuş aristokrat ailəsində anadan olmuşdur. O, yoxsulların həyatını yaxşılaşdırmaq haqqında güclü fikirlər formalaşdırmışdır. Krupskaya marksizmi mənimsəmiş və 1894-cü ildə marksist müzakirə qrupunda Leninlə tanış olmuşdur. Hər ikisi 1896-cı ildə inqilabi fəaliyyətə görə həbs edilmiş və Sibirə sürgün edilmişdir. Onlar 1898-ci ildə evlənmişdilər. İkisi sürgündən sonra Münxendə, sonra isə Londonda məskunlaşmışdılar. 1905-ci il inqilabında iştirak etmək üçün Rusiyaya qayıtmışdılar.
Nadejda Kuçer
Nadejda Kuçer (rus. Надежда Анатольевна Кучер; 18.5.1983, SSRİ, Minsk) — Müğənni (lirik soprano).
Nadejda Mandelştam
Nadejda Mandelştam (rus. Наде́жда Я́ковлевна Мандельшта́м; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı. 26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur. Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı: "Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi.
Nadejda Muravyeva
Nadejda Muravyeva (d. 30 iyun 1980) — Rusiyanı təmsil edən həndbolçu. Nadejda Muravyeva Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Nadejda Neynski
Nadejda Neynski (bolq. Надежда Михайлова, tam adı Надежда Николова Михайлова, ikinci evlilikdən sonrakı soyadı Neynski, 9 avqust 1962, Sofiya[…]) — Bolqar siyasətçi və dövlət xadimi. 9 avqust 1962-ci ildə Sofiyada dünyaya gəldi. Sofiya şəhərində 127 nömrəli İvan Denkoğlu adına orta məktəbdə oxudu. Sonra 9-cu Fransız dili məktəbində Alphonse de Lamartineʼdə ispan dilinin tədrisinə başladı. 1985-ci ildə Sofiya Universitetinin filologiya fakültəsini bitirmişdir. Bolqarıstanda demokratik dəyişikliklər başlamazdan əvvəl İspan şeiri, İngilis ədəbiyyatı tərcüməçisi və müstəqil jurnalist kimi fəaliyyət göstərmişdir. Həyat yoldaşı ilə evləndikdən sonra, Misirdə həyat yoldaşı Kamen Mixaylov xarici ticarət şirkətinin "Texnoexport" şirkətinin rəhbər köməkçisi vəzifəsində çalışdı. 1989-cu ildə Demokratik Qüvvələr Birliyinin (DQS) koalisiyasının üzvü olan yenidən qurulan Radikal Demokrat Partiyasında siyasi fəaliyyətinə başladı. 1991 seçki kampaniyasında DQS mətbuat mərkəzinə başçılıq etdi və seçkidən sonra Filipp Dimitrov hökumətini təmsil edən mətbuat mərkəzinin rəhbəri oldu.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988, Kirişi, Leninqrad vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Nadejda Rumyanseva
Nadejda Vasilyevna Rumyanseva (rus. Наде́жда Васи́льевна Румя́нцева, 9 sentyabr, 1930, Potapovo, Smolensk vilayəti - 8 aprel, 2008, Moskva) — Rusiya aktrisası. Nadejda Rumyanseva 1930-cu il sentyabrın 9-da Smolensk vilayətinin Potapova kəndində anadan olub, ailələri bir il sonra Javoronki qəsəbəsinə köçüb. Nadya və Volodyanın uşaqlığı burada keçib. Nadejdanın atası qatar bələdçisi işləyirdi, İkinci Dünya müharibəsindən əlil qayıtmışdı. Ailənin kiçiyi olsa da, Nadejda çox diribaş uşaq idi. Orta məktəbdə əlaçı olmaqla yanaşı, gimnastika ilə məşğul olur, xorda oxuyurdu, məktəbi də qızıl medalla bitirmişdi. Sənətə böyük maraq göstərən Nadya əvvəlcə Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyada, sonra Lunaçarski adına Teatr İnstitutunda oxuyur. 1955-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirir. Bir çox rolları ilə tamaşaçı sevgisi qazanan aktrisa, 1959-cu ildə rejissor Yuri Çulyukinin "Təslim olmayanlar" kinokomediyasında Nadya Berestova roluna çəkilir.
Nadejda Samsonova
Nadejda Samsonova (26 aprel 1924, Kiyev, SSRİ – 9 yanvar 2010, Moskva) — sovet kino aktrisası. Nadejda Vasilyevna Samsonova 26 aprel 1924-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində hərbçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan bütün ölkəni gəzən aktrisa məktəbi Ulan-Udedə bitirmişdir. ÜDKİ-də pedaqoqlar Bibikov və Pijovoydan dərs almışdır. Epizodlar ustası sayılır. Kəskin və qeyri-adi rolların ifaçısıdır. 200-dən çox filmə çəkimişdir. Həmçinin 800-dən artıq filmin dublyajında iştirak etmişdir. 1950-1980-ci illərdə Kinoaktyor Teatr-Studiyasında çalışan aktrisa, həm də M. Qorki adına Kinostudiyanın ştatlı aktrisası idi. 9 yanvar 2010-cu ildə Moskvada vəfat etmişdir.
Nadejda Savçenko
Nadejda Viktorovna Savçenko (ukr. Надія Вікторівна Савченко, 11 may 1981, Kiyev) — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, 25 dekabr 2014-ci ildən Avropa Şurasının Parlament Assambleyası daimi nümayəndə heyətinin üzvü, Mİ-24 vertolyotunun şturman-operatoru, Ukrayna qəhrəmanı. Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətinin çəkiliş qrupunun rusiyalı jurnalistinin qətlində əli olduğunu görə 17 iyun 2014-ci ildə Rusiyada 22 il azadlıqdan məhrum edilib.
Nadejda Sementsova
Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi. Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu. Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu. Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nadejda Sozonova
Nadejda Sozonova (14 avqust 1991, Aksay, Rostov vilayəti) — Rusiyalı qadın reqbiçi. Qadın reqbiçələrdən ibarət Rusiya milli komandasının və Moskvanın "MOİK" qadın reqbi komandasının üzvu. "Reqbi-7" üzrə qadınlardan ibarət Rusiya milli komandasının kapitanı. 2013, 2014 və 2016-cı illərdə Avropa çempionu olub. Rusiyanın əməkdar idman ustasıdır. Karyerasına 2008-ci ildə Krasnodarın "Yujanka" komandasında başlayıb. 2009-cu ildə Krasnodarın "Kuban" komandasına keçir. Krasnodar təmsilçisinin heyətində 10 il oynadıqdan sonra, 2019-cu ildə Moskvanı təmsil edən "MOİK" komandasına keçir.
Nadejda Udaltsova
Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва; 29 dekabr 1885 (10 yanvar 1886), Oryol – 25 yanvar 1961, Moskva) — rus avanqard rəssam (suprematist, kubist). Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb. Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub. Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib. 1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb. Onların oğlu görkəmli rus heykəltaraş Andrey Drevin (1921-1996) idi. 1929-1932-ci illərdə onlar Altay dağlarına səyahət ediblər və 1933-1935-ci illərdə Ermənistanda işləyiblər.
Nadejda Yermakova
Nadejda Yermakova — Belarus Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Nadejda Zaxarova
Nadejda Dmitriyevna Zaxarova (9 fevral 1945-ci ildə anadan olmuşdur; Pskov vilayəti, Kudeverski rayonu, Qolovanovo kəndi) - sovet basketbolçusu. SSRİ əməkdar idman ustası (1970). 1958-1976-cı illərdə "Spartak" (Leninqrad) basketbol klubunda çıxış etmişdir. O, 1977-1978-ci illərdə 1978-ci ildə "Qızıl Diana" prizi uğrunda turnirin qalibi olmuş SSRİ gənclərdən ibarət yığma komandasının məşqçisi olmuşdur. N.Zaxarova Rusiyanın əməkdar məşqçisidir (1995). Hazırda basketbol üzrə Sankt-Peterburq 1 nömrəli Olimpiya ehtiyatları məktəbinin məşqçi müəllimidir. Əri SSRİ-nin əməkdar idman ustası Stanislav Qelçinskidir. Olimpiya oyunlarının qalibi -1976 Dünya çempionu 1971, 1975 Avropa çempionu - 1968, 1970, 1972, 1974, 1976 SSRİ çempionu - 1974 SSRİ çempionatının gümüş mükafatçısı - 1970-1973, 1975 SSRİ çempionatının bürünc mükafatçısı - 1976 SSRİ xalqlarının VI Spartakiadasının bürünc mükafatçısı - 1975 Universiada çempionu - 1973 Lilian Ronketti Kubokunun qalibi -1975 Qırmızı Əmək Bayrağı ordeni, Олимпийская чемпионка Надежда Захарова отмечает юбилей Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine Генкин З. А. Баскетбол: Справочник / Авт.-сост. З. А. Генкин, Е. Р. Яхонтов. — М.: Физкультура и спорт, 1983.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Nadejda İsmayılova
Nadejda İsmayılova (14 yanvar 1938, Aşqabad) — ssenari müəllifi və kino redaktoru, Azərbaycan SSR əməkdar jurnalisti (1990). Nadejda Vasilyevna İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun filoloqiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşunas fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər "Azərbaycanfilm" kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin "Azərtelefilm" YB-də işləyib. "Dalğa", "Həftə plyus" "TV Kuryer" televiziya publistik proqramların müəllifi və aparıcısı olub. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1988) "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı (1990) Abşeronun istirahət ocaqları (film, 1975) (qısametrajlı sənədli film) (Aztv) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-redaktor Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Arzu yolu ilə (film, 1964) Asif, Vasif, Ağasif (film, 1983) Azərbaycan xörəkləri (film, 1967) Bağlı qapı (film, 1981) Bakı beş dəniz limanıdır (film, 1967) Bakı eliksiri (film, 1967) Bakı. Müharibə illəri (film, 1985) Bakının mənzərələri (film, 1966) Bakıya xoş gəlmisiniz (film, 1965) Bayquş gələndə...
Nadejda (xutor)
Karpenko-Karı "Nadejda Xutoru" Dövlət Muzey-Qoruğu (ukr. Державний заповідник-музей Івана Карпенка-Карого (Тобілевича) „Хутір Надія“) — Ukraynada XIX əsrin sonu – XX əsrin əvvəllərində dramaturq və teatr aktyoru İvan Karpenko-Kariyə məxsus mülkün ərazisində yaradılmış milli tarixi muzey. Kompleks Kropivnitskidən (keçmiş Kirovoqrad) 29 kilometr (18 mil) qərbdə, Nikolayevka kəndində, E50 əsas Avropa yolundan uzaqda yerləşir. Mülk 1871-ci ildə dramaturq və teatr aktyoru İvan Karpenko-Karinin atası Karpo Tobileviç tərəfindən qurulmuş və həyat yoldaşı Nadejda Tarkovskanın adını daşıyır. Daha sonra Karpenko-Kari daimi yaşayış yeri olaraq bu mülkü seçmişdir. Tobileviç ailəsi ilk növbədə bu mülkü təvazökar bir şəxsi təsərrüfat kimi saxlamışdır. O vaxtdan "Ata daxması" və köhnə Çumaş quyusu qorunub saxlanılmışdır. 1887-ci ilin yazında üç illik siyasi sürgündən qayıtdıqdan sonra İvan Karpenko-Kari xutorda məskunlaşmışdır. Tobileviç 18 pyesdən 11-ni "Nadejda Xutoru"nda yazmışdır. Bunlara "Sto tısiyaç" ("Yüz min"), "Hazyain" ("Usta"), "Sava Çalı" tarixi dramı, "Qandzya" və s.
Nadejda Petroviç
Nadejda Petroviç (serb. Nadežda Petrović / Надежда Петровић; 12 oktyabr 1873, Çaçak[d], Serbiya knyazlığı – 3 aprel 1915[…], Valyevo[d], Serbiya krallığı) — serb rəssamı və regionda qadın müharibə fotoqrafiyasının banilərindən biri. Serbiyanın ən məşhur ekspressionisti və fouvisti hesab edilən o, dövrün ən mühüm serb qadın rəssamı olub. Çaçak şəhərində anadan olan Petroviç gənclik illərində Belqrada köçmüş və orada qadınlar üçün ali məktəbdə oxumuşdur. 1891-ci ildə məzun olduqdan sonra 1893-cü ildən başlayaraq Sloveniyalı rəssam Anton Ajbedən təhsil almaq üçün Münhenə köçməzdən əvvəl orada dərs deyib. 1901–1912-ci illər arasında o, Avropanın bir çox şəhərlərində əsərlərini sərgiləyib. Ömrünün sonrakı illərində Petroviçin rəsm çəkməyə vaxtı az idi və yalnız bir neçə əsər yaratdı. 1912-ci ildə Balkan müharibələrinin başlamasından sonra könüllü olaraq tibb bacısı oldu. 1913-cü ilə qədər o, tif və vəba xəstəliyinə yoluxan Serb əsgərlərinə qulluq etdi. O, göstərdiyi xidmətlərə görə "İgidliyə görə" medalı və Qırmızı Xaç ordeni ilə təltif olundu.