Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Natavan Hacıyeva
Natavan Əsgər qızı Hacıyeva (1942, Bakı – 1 may 2019, Bakı) — Azərbaycan diktoru, televiziya aparıcısı, Azərbaycan SSR əməkdar artisti (1990), prezident təqaüdçüsü. Natavan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əsgər Hacıyev hüquqşünas, anası Şölə xanım ali təhsilli evdar xanım olub. "Axırıncı aşırım" filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl onun ata babasıdır. O, 5 qardaşın böyük bacısı idi. Məktəbi qızıl medalla bitirmişdir. Pedaqoji Universitetinə qəbul olundu. 1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtini sınadı, ancaq onu seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldi. Rejissor Kamil Rüstəmbəyovun "Aygün" filmində epizodik rolda çəkildi.
Natavan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycanlı müğənni, aktrisa və aparıcı. Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Natavan Şeyxova
Natəvan Şüa qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015). Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur. Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb. Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır. Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır.
Xurşudbanu Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Xurşidbanu Natavan

Mastabat al-Firon
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.