Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Syastroy
Syastroy (rus. Сясьстрой) — Rusiyanın Leninqrad vilayətinin Volxov rayonunda şəhər.
Mikania castroi
Mikania castroi (lat. Mikania castroi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Murat Nasırov
Murat İsmailoviç Nasırov (13 dekabr 1969, Almatı – 19 yanvar 2007, Moskva) — uyğur əsilli Rusiya və Qazaxıstan pop müğənnisi. Murat Nasırov 19 yanvar 2007-ci ildə Moskvada məşhur barların birinin eyvanından özünü ataraq intihar etmişdir. Onun nəyə görə özünə qəsd etdiyinin səbəbi hələ də məlum deyil. Bəzi ehtimallara görə Murat Nasırov ölümündən qabaq həmin barın foesində LSD(Dietilamid lizergin turşusu) qəbul etmişdir. Bu ehtimalları nəzərə alaraq Murat Nasırovun meyiti yarılmış, ancaq ehtimallar özünü doğrultmamışdır. Yəni onun bədənində heç bir alkoqol və ya başqa maddə aşkarlanmamışdır. Bu yaxınlarda Rusiya mətbuatının Murat Nasırovun ailəsi və dostlarının dediklərinə nəzərən yaydığı məlumata görə ona heç bir zülm və ya məcburiyyət olunmayıb, əvvəllər heç vaxt intiharı nəzərindən belə keçirməmişdir. Onun klubda stəkanının içinə LSD maddəsi atılmağı bir sıra şübhəli məqamları hələ də kölgədə saxlayır, belə ki, bu qəsd olunmaması da demək deyil.
Destroy Lonely
Destroy Lonely (Bobby Wardell Sandimanie III; 30 iyul 2001, Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Atlantadan olan repçinin 2023-cü ildə buraxdığı debüt albomu “If Looks Could Kill” Billboard 200 çartının 18-ci pilləsinə yüksəlmişdir. Onun keçən il buraxdığı beşinci miksteypi “No Stylist” həmin çartın 91-ci sırasında qərarlaşmışdı, bu repçinin çarta ilk girişi idi. Destroy Lonely 2021-ci ilin əvvəllərində repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblına qoşulub. O, tez-tez Atlantalı leybl yoldaşı repçi Ken Carson ilə əməkdaşlıq edir.
Astrey (mifologiya)
Astrey (yun. Ἀστραῖος; lat. Astraeus) yunan mifologiyasında bir personaj, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu. Higin onu Geya və Tartarın oğlu – nəhəng hesab edir. Titan ilahə Eosun əri, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) atası. == İstinadlar == == Mənbə == Hans von Geisau: Astraios. In: Pauly-Wissowa#Der Kleine Pauly (KlP)|Der Kleine Pauly. Lexikon der Antike in fünf Bänden. Band 1, München 1964, Sp. 660.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Paralio Astros
Paralio Astros (yun. Παράλιο Άστρος) – Yunanıstanda şəhər.
Raul Kastro
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general. Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi. F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
Veronika Kastro
Veronika Kastro (isp. Verónica Castro; d. 19 oktyabr 1952, Mexiko, Meksika) — Meksika aktrisası, müğənni, teleaparıcı. Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar "Varlılar da ağlayır" serialı qədər sevib baxılan "Yabanı qızıl gül" serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi.
Xonatan Kastro
Xonatan Kastro Otto (3 mart 1994[…], Viqo, Qalisiya) — ispan peşəkar futbolçu. "Selta Viqo" klubunda oynayır.
Kastro (Lombardiya)
Kastro (it. Castro) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə, Iseo gölünün qərb tərəfində yerləşir. Əhalisi 1437 nəfər (2008), əhalinin sıxlığı 636 nəfər/km². Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24063. Telefon kodu — 035. 10 avqust bayramı olan Müqəddəs Lourens və müqəddəs Həvari Yaqub Kommunanın himayədarları kimi hörmətlə qarşılanır.
Natron gölü
Natron gölü (ing. Natron, suah. Natron) — Tanzaniyanın şimalında, Keniya ilə sərhəddə Aruşa bölgəsində duzlu qələvi göl. Göl Böyük Rift Dərəsinin şərq hissəsi olan Qriqori riftində yerləşir. Natron gölü hövzəsi beynəlxalq Ramsar Konvensiyası ilə qorunur. Natron əsasən Şimali Keniyada minerallarla zəngin ərazidən başlayan Evaso Nqiro çayı ilə qidalanır. Gölün dərinliyi üç metrdən çox deyil və ilin vaxtından və suyun səviyyəsindən asılı olaraq sahil xəttini dəyişir. Gölün uzunluğu maksimum 57 km, eni isə 22 km-ə çatır. May-dekabr aylarında göl üzərində mövsümi yağıntılar düşür və 800 mm yağıntı alır. Bataqlıq ərazilərdə suyun temperaturu 50 dərəcə C-yə çata bilir və suyun səviyyəsindən asılı olaraq qələvilik pH 9-dan 10,5-ə qədər ola bilir.
1001-ci qastrol
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir. …Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır.
B-Nasty
Alexander Barnes (Pert, Qərbi Avstraliya, Avstraliya, iyul 10, 1992), kimi tanınır B-Nasty, Avstraliyalı reper və hip-hop kollektivinin üzvüdür Wu-Tang Clan Affiliates.
Gilyen de Kastro
Gilyen de Kastro (isp. D. Guillén de Castro y Bellvís, 1569—1631) — İspaniya dramaturqu. == Həyatı == Lope de Veqa dramaturgiyasının humanist ənənələri ilə bağlı olan dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid haqqında dramatik xronikası ilə məşhurdur. Həmin xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur. Kornel ispan dramaturqunun əsərindən faydalansa da, məzmun və formaca yeni bir əsər yaratmışdır. Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin süjetini xalq romanslarından almışdır.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır. Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
Qastro-ezofageal reflyuks xəstəliyi
Qastro-ezofageal reflyuks xəstəliyi — Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi Azərbaycanda də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir. Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktur turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir.
1001-ci qastrol (film, 1974)
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir. …Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır.
Seek and Destroy (videooyun, 2002)
Seek and Destroy Shin Combat Choro Q (新コンバットチョロQ, Shin Konbatto Choro Q) — Takara Co Ltd. tərəfindən buraxılmış və Play it Ltd. tərəfindən nəşr edilmiş və lisenziyalaşdırılmış PlayStation 2 oyunu. Bu 100-dən çox tank və 100-dən çox təkmilləşdirmə ilə 1–2 nəfərlik tank döyüş oyunudur. Oyunda irəliləyiş əldə etmək və missiyanın/xəritənin (istəyə bağlı mini oyunlar da daxil olmaqla) xüsusi ehtiyaclarını ödəmək üçün tankınızı təkmilləşdirməyi və fərdiləşdirməyi əhatə edir.
Seek and Destroy (2002 video oyun)
Seek and Destroy Shin Combat Choro Q (新コンバットチョロQ, Shin Konbatto Choro Q) — Takara Co Ltd. tərəfindən buraxılmış və Play it Ltd. tərəfindən nəşr edilmiş və lisenziyalaşdırılmış PlayStation 2 oyunu. Bu 100-dən çox tank və 100-dən çox təkmilləşdirmə ilə 1–2 nəfərlik tank döyüş oyunudur. Oyunda irəliləyiş əldə etmək və missiyanın/xəritənin (istəyə bağlı mini oyunlar da daxil olmaqla) xüsusi ehtiyaclarını ödəmək üçün tankınızı təkmilləşdirməyi və fərdiləşdirməyi əhatə edir.