Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Patek Philippe
Patek Philippe — İsveçrənin lüks saat istehsalçısıdır. == Tarixi == 1839-cu ildə qütblü mühacir Entoni Patek və Fransua Çapek tərəfindən yaradılmışdır. Bu markanın saatı dünyanın ən bahalı seriyalı saatlarından biridir. Şirkətin simvolu İspaniyanın Calatrava ordeninin xaçıdır.
Nate Diaz
Neyt Dias — 1985-ci ildə Amerikanın Koliforniya ştatında dünyaya gələn Neyt ilk təhsilini Tokay Orta Məktəbində alır.Sonralar qardaşı Nik Dias ilə birlikdə Sezar Qarsiyanın rəhbərliyi altında Braziliya ciu-citsusu ilə məşğul olmuş və qara kəmərə sahib olmuşdur. 2004-cü ildə MMA üzrə peşəkar döyüşlərə qoşulan Nate elədə güclü nəticə əldə etməmişdir, beləki o 27 döyüşün 10-nu rinqi məğlub tərk etməklə barışmışdır.
Nate Dogg
Nataniyel Daveyn Heyl (Nate Dogg kimi tanınır, 19 avqust 1969, Lonq-Biç, Kaliforniya – 15 mart 2011, Lonq-Biç, Kaliforniya) — G-Funk müğənnisi və şou-biznes xadimi. == Həyatı == Nate Dogg, solo layihələri ilə deyil, ən böyük uğurunu digər reperlərlə ilə əməkdaşlıq etməklə qazanıb. == Diskoqrafiya == 1998: "G-Funk Classics, Vol.
Zemërimi i Një Nate
Zemërimi i Një Nate (One Night's Anger) — (Azərbaycanca: Bir Gecəlik Qəzəb) Albaniyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Anarək
Anarək — İranın İsfahan ostanının Nayin şəhristanının Anarək bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,285 nəfər və 462 ailədən ibarət idi.
Antep
Qaziantep — Türkiyənin Qaziantep ilinin inzibati mərkəzi.
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Normalda hər bir uşaq bunu bilməlidir ki kimsə dəyişib Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. == Keçidlər == Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, Ərdəbil – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", Hay mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir.O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu.
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Kaxək
Kaxək — İranın Rəzəvi Xorasan ostanının Günabad şəhristanının Kaxək bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,015 nəfər və 1,252 ailədən ibarət idi.
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
Aqşin Fateh
Aqşin Fateh (23 oktyabr 1978, Tbilisi) — azərbaycanlı meyxanaçı. == Həyatı == Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-cu ildə Tbilisi şəhəri Borçalı mahalında anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə gedib. 2 qızı, 2 oğlu var.
Araz (Babək)
Araz — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Araz kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1972-ci ildə Araz su qurğuları tikintisinin fəhlə qəsəbəsi kimi yaranmışdır. Adını ərazisindəki eyniadlı çaydan almışdır. == Əhalisi == Azərbaycanda 2009-cu il əhali siyahıyaalınması zamanı kəndin əhalisi 133-ü kişi, 124-ü isə qadın olmaqla 257 nəfər olmuşdur. == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad–Babək–Nehrəm–Araz dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Araz kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Astek imperiyası
Astek İmperiyası və ya Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.
Astek təqvimi
Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü. == Haqqında == Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir. Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar. Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı.
Atrek vadisi
Atrek vadisi — İranın şimal-şərqində dərə. Atrek vadisi Xorasan bölgəsində yerləşir. Buradan Kopetdağ silsiləsini iki hissəyə ayıran Atrek çayı keçir. Burada yerləşən əsas şəhər Kuçandır. Əsrlər boyu vadinin xüsusi coğrafi mövqeyi onu mədəni mübadilələrin qovşağına çevirmişdir. İslam dövrünün ilk illərində yaxınlıqdakı şəhərlər üçün əkinçilik rolunu oynadığı güman edilir.