FASİHƏ
FATEHƏ
OBASTAN VİKİ
Fateh
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fateh-110
Fateh-110 İranın Aviasiya Sənayesi Təşkilatı tərəfindən istehsal edilən "yer-yer" tipi qısa mənzilli ballistik raketdir. İran bu raketin yekun sınaq uçuşunu 2002-ci ilin sentyabr ayında həyata keçirmişdir. Bu sınaqdan bir neçə həftə sonra, sentyabr ayının ortalarında İran Aviasiya Sənayesi Təşkilatı Fateh-110 ballistik raketlərinin seriyalı istehsalını təşkil etmək məqsədilə yeni zavodun açılışını etmişdir. İlkin məlumatlarda raketin atəş məsafəsi 200 km olaraq göstərilsə də, 2004-cü ilin sentyabr ayında raketin hazırkı atəş mənzilinin 250 km olduğu və gələcəkdə ehtiyac yaranacağı təqdirdə bu məsafənin daha da artırılmasının mümkün olduğu qeyd edilib. 2012-ci ildə iranlı rəsmilər dördüncü nəsil Fateh-110 ballistik raketinin 300 km məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etmək gücündə olduğunu açıqlamışdır. == Tarixi == İran-İraq müharibəsi başa çatdıqdan sonra İran hökuməti qısa mənzilli və yüksək dəqiqliyə malik ballistik raketə ehtiyacın olduğunu nəzərə alaraq, bu məsələnin üzərində işləməyə başlamışdır. Beləliklə, 1989-cu ildə Çindən Sovet istehsalı S-75 raketlərinin oxşarı olan 200 ədəd CSS-8 qısa mənzilli raketləri satın alınmışdır. Lakin, bu raketlər də qısa atəş məsafəsinə, döyüş başlığının yüngül olmasına və çətin struktura sahib olmasına görə iranlıları qane etmədi. Son nəticədə, idarəolunan qısa mənzilli raketin istehsal olunması məsələsi "Shahid Bagheri Industries" şirkətinə həvalə olundu. 1995-ci ildə başladılan bu proqram üçün Zilzal-2 raketi əsas götürülmüşdür.
Fateh Fətullayev
Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Fateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların ardıcılları Azərbaycanın tanınmış sənətkarlarına çevrilmişlər.
Fateh Qanunnaməsi
Fateh Qanunnaməsi — İstanbulun fəthindən sonra, dövlət təşkilatına imperiyanın böyüklüyünə və coğrafi vəziyyətinə yaraşan bir xarakter vermək, müxtəlif müəssisələrin vəzifələrini müəyyən etməyə ehtiyac duyulduğundan, Fateh Sultan Mehmet tərəfindən tətbiq olunan qanunlar toplusudur. Fateh Sultan Mehmet dövlət təşkilatında yeni tənzimləmələrə olan ehtiyacın təsiri ilə, qanunlar tətbiq etdi və bu arada calaqlara aid bir çox məqamı da yenidən tənzim edib. Fatehin bu yolda ilk etdiyi iş paytaxtdakı məişət dəftərlərinə təkcə sipahi adını qeydə almayıb, bu dəftərlərə məişət gəlirlərinin və patentlərinin surətini həkk etdirmək olmuşdur. Fateh Qanunnaməsi üç hissədən ibarətdir. Birinci hissədə, dövlət başbilənlərinin etiketdəki yerlərinə, padşaha kimlərin ərzdə olacaqlarına, qazilərin mərtəbələrinə. İkinci hissədə, səltənət işlərinin tərtibinə, yəni divan, has otaq təşkilatına və saray xidmətçilərinin bayramlaşma mərasimlərinə. Üçüncü hissə isə, cinayətlər və qarşılıqları ilə mənsəb sahiblərinin gəlirlərinə dair məlumatları ehtiva edirdi. Son hissədə həmçinin qeyri-müsəlman dövlətlərin verəcəkləri illik vergilər ilə dövlət vəzifəliləri və xanədan mənsublarına dair ləqəb örnəkləri yer alır. Fatih qanunlar toplusunda "Nizami Aləm" üçün qardaş qətli məsələsi ilə bağlı maddə: "Və hər kəsə uşağımdan səltənət mümkün ola, qarındaşların Nizami Aləm üçün qətl eləmək münasibdir. Əksər üləma belə tecviz etmişdir.
Fateh Təkkə
Fateh Təkkə (d. 9 sentyabr 1977, Körpübaşı, Trabzon) — Fateh Sultan ləqəbi ilə də məşhur olan Türkiyəli məşqçi və keçmiş futbolçu. Hal-hazırda ölkəsində İstanbulspor klubunun baş məşqçisidir. == Klub karyerası == === Türkiyə karyerası === Fateh Trabzon əyalətindəki kiçik Körpübaşı şəhərində anadan olub. 1994-cü ildə bölgənin əsas komandası olan Trabzonspora qatıldı. İlk komandada meydana çıxmağa başlayanda hələ yeniyetmə idi. 1994-1997 illəri arasında oynadığı 45 matçda 6 qol vurdu. 1997-1998 mövsümünün əvvəlində 24 matçda 8 qol vurduğu İzmirin Altay klubuna icarəyə verildi. Qalatasaraya 4-5 hesabı ilə məğlub olduqları oyunda het-trik etdi. Ancaq bir neçə həftə sonra oynana matçda ayağı sınan Fateh altı ay yaşıl meydanlardan kənarda qaldı.
Fateh Vilhelm
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
Fateh məscidi
Fateh məscidi (İstanbul)
Fateh rayonu
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir. == Adı == 1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir. Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur.
Fateh II Mehmet
II Mehmed və ya Fateh Sultan Mehmed (osman. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. == Həyatı == === Şahzadəliyi və ilk səltənəti === 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu.
Fateh Sultan Mehmed

Fateh Sultan Mehmet

Fateh Sultan Məhəmməd

Fateh binu Xaqan
Fateh binu Xaqan(tam adı: Əbu Məhəmməd Fateh b. Xaqan bin Əhməd bin Ortac Ət-Türki; d. ? – ö. 861) — xəzər nəslindən gəlmiş şair. == Mənşəyi == Türk (xəzər) xaqanlarının nəslindəndir, və xəlifə Mötəsimin yaxın adamlarından biri olan Xaqan bin Ortacın (Əhməd) oğludur. İbn Taqriberdi Fatehin atası barədə aşağıdakı məlumatı verir: "Fatehin atası xəlifə Mötəsimin ayrılmaz dostu idi. Türk zadəgan ailəsindəndir və xəlifə onu çox yüksək dəyərləndirirdi. Fateh isə xəlifənin sarayında onun uşaqları ilə birgə böyüyüb və tərbiyə alıb" == Həyatı == Guman ki Fateh Səmərrada doğulub. Hesab olunur ki, onun bütün uşaqlığı, onda hərtərəfli bacarıqlar görən xəlifənin himayəsi altında keçib.
Fateh məscidi (Tirilye)
Fateh məscidi (türk. Fatih Camii) ― Türkiyənin Bursa ilinin Tirilye (Zeytinbağı) məhləsində məscid. Bina əvvəlcə 8-ci və ya 9-cu əsrlərdə Bizans kilsəsi olaraq inşa edilmiş və daha sonra XVI əsrdə müsəlmanların ibadət yerinə çevrilmişdir. Tikili 1920-ci ildən 1922-ci ilə qədər 1923-cü ildə yenidən məscidə çevrilənə qədər yenidən Yunan pravoslav kilsəsi olaraq xidmət etmişdir. == Tarix == Orijinal tikili 720–730-cu illər (və ya Robert Ousterhota əsasən 9-cu əsrin əvvəllərində) arasında inşa edilmiş ola bilər və böyük ehtimalla ya Məsih və Müqəddəs Ruhani Stefan kilsəsi, ya da Müqəddəs Teodor kilsəsi olaraq bilnirdi. Osmanlılar Anadolunu fəth etdikdən sonra Bizans kilsəsi məscidə çevrildi və Fateh məscidi adlandırıldı. 1920-ci ildə Bursa Yunan qüvvələri tərəfindən qısa müddətli işğal edildi və tikili yenidən pravoslav kilsəsi olaraq xidmət etməyə başladı. 1923-cü ildə tikili yenidən məscidə çevrildi. == Təsvir == Tikilinin bölgədəki ən qədim Bizans binası olduğu düşünülür və qorunan statusa malikdir. Bu, eyni zamanda Yunan xaçı formalı kilsələrin bilinən ən qədim nümunələrindən biridir və ilk illərdə tikiliyə bitişik kiçik kilsə mövcud idi.
Fateh məscidi (İstanbul)
Fateh məscidi — İstanbulun Fateh ilçəsində Fateh Sultan Mehmet tərəfindən inşa edilmiş olan məscid və külliyyədir. Külliyyədə 16 ədəd mədrəsə, xəstəxana, Qonaq evi, imarətxana, kitabxana, hamam yerləşir. Şəhərin yeddi təpəsindən birində inşa edilmişdir. Məscid 1766-cı il zəlzələsində uçduqdan sonra təmir edilərək 1771-ci ildə bugünkü halını Almışdır. 1999-cu ildə Gölcük zəlzələsi zamanı bünövrəsində çatlar təspit edilən məsciddə 2008-ci ildə Vakıflar Genel Müdürlüyü tərəfindən yenidənqurma işləri başladılmış və 2012-ci ildə ibadətə açılmışdır. == Tarixi == Bizans dövründə məscidin yerləşdiyi təpədə I Konstantinin dönəmində inşa edilən Havariyyun kilsəsi vardı. Bizans imparatorlarının bu təpədə basdırıldığına inanılır. Constantinusun o zamanlar şəhərin kənarında qalan bu təpədə basdırıldığı bilinməkdədir. İstanbulun fəthindən sonra bu bina Patrikxana kilsəsi olaraq istifadə edilmişdir. Fateh Sultan Mehmet buraya məscid və külliyyə insa etmək istəyincə patrikxana Pammakaristos manastırına köçürülmüşdür.
I Vilhelm Fateh
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
Kərim ağa Fateh
Kərim Ağa Fateh (1788, Şəki – 1858) — Kərim ağa Şəkixanov Hacı Çələbinin kötücəsi, qısa müddət Şəki xanı olmuş Fətəli xanın oğlu. == Həyatı == Ədəbi təxəllüsü "Fateh"dir. Kərim ağa Fateh "Şəki xanlarının müxtəsər tarixi" əsərini 1829-cu ildə azərbaycanca yazmışdır. Lakin 1858-ci ildə Peterburqda çap edilmiş "Əl-intixabatül-Bəhiyyə" adı topluda B.Dorn bu əsəri yanlış olaraq Hacı Əbdüllətif Əfəndinin adına çıxarmışdır. Bu yalnışlıq əsərin 1929-cu il çapında da getmişdir. Yalnız bu çapdan sonra Azərbaycan alimi Salman Mümtaz əsərin müəllifin Kərim Ağa Fateh olduğunu aydınlaşdıra bilmişdir. 1958-ci il çapında əsərin müəllifi düzgün olaraq artıq Kərim Ağa Fateh göstərilmişdir. == Əsərləri == Şəki xanlarının müxtəsər tarixi == Xaarici keçidlər == Mustafa ağa Şuxu. Kərim ağa Fatehin tərcümeyi-halı (Ədalət Tahirzadə. Şəkinin tarizi qaynaqlarda) səh.
II Fateh Gəray
II Fateh Gəray (1696 – 1746, Vize Kırklareli, Kırklareli ili) — XXXVI Krım xanı. Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənəti dönəmində öncə nurəddin, daha sonra isə kalqay təyin edildi. 1734-cü ildə Nadir xan Əfşara qarşı davam edən müharibəyə göndərildi və bu səfər əsnasında hərbi şöhrət qazandı. Ancaq 1736-cı ildə rusların Krımı işğal etməsi və paytaxt Bağçasarayı yandırmasının ardından əmisi taxtdan endirildi. Onun yerinə Fateh Gəray 1736-cı ilin avqustunda Krım xanlığına gətirildi. Vəzifəyə gəldikdən sonra qardaşlarından Mahmud Gərayı nurəddin, Arslan Gərayı isə kalqay təyin etdi. Bağçasaray darmadağın edildiyi üçün Qarasuvbazar şəhərini özünə mərkəz seçdi. Ancaq onun bölgədə olmamasından istifadə edən ruslar 1737-ci ilin iyulunda ikinci dəfə Krıma hücum etdi. Ordunu toplayıb ruslara qarşı müqavimət göstərə bilmədiyi üçün təqsirli görüldü və cəmi 1 illik səltənətin ardından 1737-ci ilin avqustunda vəzifədən alındı.
Fateh Sultan Mehmed körpüsü
Fateh Sultan Mehmed Köprüsü— İstanbulda Kavacık ilə Hisarüstü arasında, Asiya ilə Avropanı Boğaziçi körpüsündən sonra ikinci dəfə birləşdirən asma körpü. Tikintisinə 4 yanvar 1986-cı ildə başlanılan və ankraj blokları arasında uzunluğu 1.510 mt, orta açıqlığı 1,090 m, eni 39,4 m, dənizdən hündürlüyü 64 m olan körpüdü. Tikintiyə 4 yanvar 1986-cı ildə başlanılmış və hazırda dünyanın ən böyük polad asma körpüləri içində 14-cü sırada yer alan bu böyük layihə 3 iyul 1988-ci ildə tamamlanmışdır. Mövcud körpüdəki tıxacın aradan qaldırılması, körpüdə həddindən artıq nəqliyyat vasitəsinin yüklənməsinin azaldılması və daha yüksək standartlaşdırılmış halqa yolun yaradılması barədə qərar qəbul edildi. Körpünün layihəsini Boğaziçi körpüsünün də dizaynını hazırlayan Freeman, Fox and Partners şirkəti üzərinə götürdü. İnşaat işləri isə tenderdə qalib gələn Ishikawajima Harima Heavy Industries Co. Ltd., Mitsubishi Heavy Industries Ltd. ve Nippon Kokan K. K. adlı yapon konsorsiumu gördü. İnşaat işləri üçün 125 milyon dollar verildi. 29 may 1985-ci ildə boğaz üzərində ikinci körpününün təməli qoyuldu.
Fateh Sultan Mehmed türbəsi
Fateh Sultan Mehmed türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == İstanbuldakı ilk sultan türbəsi olan Fateh Sultan Mehmed türbəsi, 3 may 1481-ci ildə vəfat edən və öz adına inşa etdirdiyi Fateh məscidinin arxa həyətində dəfn olunan II Mehmedin məzarı üzərində inşa olunmuşdur. Orijinal türbənin kim tərəfindən və nə vaxt inşa olunduğu dəqiq bilinmir. 1765-ci ildə İstanbulda baş verən dəhşətli zəlzələdə türbə, yaxınlığındakı Fateh məscidi ilə birlikdə tamamilə dağılmış, bir il sonra isə dövrün Osmanlı sultanı III Mustafa tərəfindən yenidən inşa olunmuşdur. Bu dəfəki memarı baş memar Mehmed Tahir ağa olan türbə tamamilə XVIII əsrin barokko üslubunda inşa edilmişdir. Türbədə yalnız Fateh Sultan Mehmed dəfn edilmişdir. Ancaq 1782-ci ildə yenə İstanbulda baş verən güclü yanğın əsnasında giriş qapısı üzərindəki taxta portik, türbənin içindəki qiymətli əşyalar, o cümlədən məzar sandığının bir hissəsi yanmış, dövrün Osmanlı sultanı I Əbdülhəmid tərəfindən türbə ikinci dəfə bərpa edilmişdir. Hal-hazırda türbənin daxilini bəzəyən qırmızı rəngli pərdələr, saatlar və divar bəzəmələri məhz bu bərpa dövrünə aiddir. Türbə onbucaqlı formada olub, tamamilə mərmərdən inşa edilmişdir. Məzar sandığı üzərindəki gümüş şəbəkə Osmanlı sultanı Sultan Əbdüləziz tərəfindən qoydurulub.
Fateh Sultan Mehmet körpüsü
Fateh Sultan Mehmed Köprüsü— İstanbulda Kavacık ilə Hisarüstü arasında, Asiya ilə Avropanı Boğaziçi körpüsündən sonra ikinci dəfə birləşdirən asma körpü. Tikintisinə 4 yanvar 1986-cı ildə başlanılan və ankraj blokları arasında uzunluğu 1.510 mt, orta açıqlığı 1,090 m, eni 39,4 m, dənizdən hündürlüyü 64 m olan körpüdü. Tikintiyə 4 yanvar 1986-cı ildə başlanılmış və hazırda dünyanın ən böyük polad asma körpüləri içində 14-cü sırada yer alan bu böyük layihə 3 iyul 1988-ci ildə tamamlanmışdır. Mövcud körpüdəki tıxacın aradan qaldırılması, körpüdə həddindən artıq nəqliyyat vasitəsinin yüklənməsinin azaldılması və daha yüksək standartlaşdırılmış halqa yolun yaradılması barədə qərar qəbul edildi. Körpünün layihəsini Boğaziçi körpüsünün də dizaynını hazırlayan Freeman, Fox and Partners şirkəti üzərinə götürdü. İnşaat işləri isə tenderdə qalib gələn Ishikawajima Harima Heavy Industries Co. Ltd., Mitsubishi Heavy Industries Ltd. ve Nippon Kokan K. K. adlı yapon konsorsiumu gördü. İnşaat işləri üçün 125 milyon dollar verildi. 29 may 1985-ci ildə boğaz üzərində ikinci körpününün təməli qoyuldu.
Aqşin Fateh
Aqşin Fateh (23 oktyabr 1978, Tbilisi) — azərbaycanlı meyxanaçı. == Həyatı == Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-ci ildə Tbilisi şəhəri Borçalı mahalında anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə gedib. === Şəxsi həyatı === Fatimə və Ayşən adlarında 2 qızı, Əli və Səyyad adlarında 2 oğlu var.
DJ Fateh
Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq" və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, Oğlan evi və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi. 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür. == Bioqrafiya == Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. == Yaradıcılığı və iş fəaliyyəti == 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb. 2005-ci ilədək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb – aparıcı, baş aparıcı, eyni zamanda, "Elman" jurnalının redaktoru və baş redaktoru vəzifələrini tutub.
Fateh-Hərbiyyə (roman)
Fateh-Hərbiyyə (roman) — Türk yazıçısı Peyami Səfanın romanı. 1931-ci ildə nəşr edilmişdir. == İdeya-məzmunu == Əsər Şərq və Qərb mədəniyyəti dilemması əsasında qurulmuşdur. Bu ziddiyyət əsərin adında da özünü göstərir. Fateh-Hərbiyyə iki müxtəlif məkan arasında gedib-gələn tramvay xəttinin adıdır. Burada Fateh səmti Şərq toplumunun, Bəyoğlu (Hərbiyə) Qərb toplumunun simvoludur. Simvolların diliylə ənənəvi və dünyəvi dəyərlərin ehtiva olunduğu "Fateh-Hərbiyyə" türk ruhunu, milli-mənəvi dəyərləri özündə əks etdirən ayna vəzifəsini görür. Əsərin əsas qəhrəmanı 20 yaşlarında Nəriman adlı gənc bir qızdır. Yazıçı bu obraz vasitəsilə Avropa meyilli, "müasir" gənclərin tipik obrazını yaradır. Nəriman atasının iradı ilə konservatoriyada ud dərsləri alır.
I Fateh Gəray
I Fateh Gəray (1557 – 1597) — XV Krım xanı. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının ölümündən sonra qardaşı və onun övladlarının səltənətlərini gördü. Qardaşı II Qazi Gərayın 1588-ci ildə taxta çıxmasının ardından Fateh Gəray kalqay (taxt varisi) ünvanı aldı. 1591-ci ildə onunla birlikdə Moskva knyazlığı üzərinə səfərə çıxsa da, bu səfər uğursuzluqla nəticələndi. Ertəsi il Fateh Gəray qardaşı Adilin nurəddin ünvanlı qardaşı oğlu Bəxt Gərayla birlikdə Ryazan, Kaşira və Tula bölgələrinə hücum edərək xeyli qənimətlə geri döndü. 1596-cı ildə 20 minlik süvari birliyi ilə Osmanlı sultanı III Mehmedin Əyri səfərinə qatılan Fateh Gəray bu səfərdə mühüm rol oynadı. O əsnada qardaşı II Qazi Gərayla düşmən olan sədrəzəm Qoca Sənan Paşa onu taxtdan endirmək məqsədilə Fateh Gəraydan istifadə etdi. İlk başda bu təklifi qəbul etməyən Fateh Gəray sədrəzəm tərəfindən razı salınan Sultan Mehmedin bu qərarına qarşı çıxa bilmədi. Beləcə, 1596-cı ilin payızında xan elan olundu.
Fateh Əli xan Qızılbaş
Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş — nəvvab. == Həyatı == Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1862-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1897-ci ildə Pəncab ali şurasının üzvü olmuşdu. 1902-ci ildə rəsmi qonaq kimi Dehliyə dəvət edildi. O, Britaniya imperiyasının Hindistandakı şirkətlərinə pul yatırırdı. 1904-cü ildə general-qubernatorun qanunvericilik şurasının üzvü seçildi. 1911-ci ildə yenidən rəsmi qonaq kimi Dehliyə dəvət edildi. Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından idi. Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1923-cü ildə vəfat edib.
Fatehlərin divanı (film, 1997)
Fatehpur-Sikri
Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib. == Haqqında == Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir. Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.
Məhəmməd: bir dünya fatehi (teleserial, 2018)
Məhəmməd: Bir dünya fatehi 20 Mart 2018-ci il tarixində Kanal D-də yayımlanmağa başlayan O3 Medya tərəfindən buraxılmış olan Türkiyə istehsalı tarixi və uydurma televiziya serialıdır. Serialın süjet xətti II Məhəmmədin İstanbulun fəthi ilə başlayan hakimiyyət uğrunda aparmış olduğu mübarizəsindən bəhs edir. Serial 1 may 2018-ci ildə efirə buraxılmış olan 6-cı bölümü ilə sona çatmışdır. Serial Osmanlının ən məşhur sultanı olan Fatih Sultan Mehmedin həyatından bəhs edir. Onun hakimiyyətə gəlməsi, taxta çıxması üçün keçməli olduğu maneələr, dövlət xadimləri və ən əsası qardaşı olan Orxanla qarşıdurması və nəhayət, Bizansın ən məşhur şəhəri olan Konstantinopolun ələ keçirilməsi. Ancaq Məhəmmədin arzusu həyata keçənə qədər çoxları onun yolunda duraraq ona maneə olmağa çalışacaqlar.

Digər lüğətlərdə