BABƏK

"böyük" və "bəy" sözlərindən düzəlmiş, "başçı" anlamındadır (IX əsr xalq qəhrəmanı Həsənin ikinci adından yayılmışdır).
BABAYAR
BABIŞ
OBASTAN VİKİ
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Keçəltəpə (Babək)
Keçəltəpə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Arazın sol sahilində yerləşir. Naxçıvan şəhərindən 7 km. qərbdədir. Babək rayonu ərazisində dağ (hünd. 818,9 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün qərbində, Araz su qovşağı su anbarının şimal sahilində, Naxçıvan şəhərindən 7 km qərbdədir. Orta Miosenin Çokrak regiomərtəbəsinə aid Xaçaparaq lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli qalıq günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm yer tutan Duzdağ sinklinalının cənub-şərq qanadının tərkibində iştirak edir.
Kültəpə (Babək)
Kültəpə (əvvəlki adı: Gültəpə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kültəpə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası О. H. Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür.
Kərimbəyli (Babək)
Kərimbəyli (əvvəlki adı: Leninabad) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Leninabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Kərimbəyli kəndi, Leninabad kənd inzibati-ərazi vahidi Kərimbəyli kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Kərimbəyli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Məzrə (Babək)
Məzrə (əvvəlki adı: Alagözməzrə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə şəklində də izah olunur. Oykonim Alagöz (ərazidəki eyniadlı dağın adı ilə bağlıdır) və məzrə (ər. "əkin yeri", "tarla") sözlərindən düzəlib, "Alagöz dağının ətəyində əkin yeri" deməkdir. Məzrə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvançayın sol sahilində, Zəngəzur silsiləsinin cənub-qərb ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Məzrə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Nəhəcir (Babək)
Nəhəcir — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Nəhəcir kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayhası və s. Adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir, lakin tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif formasıdır. Ərəb dilində nəxcir "vəhşi keçi, ov heyvanı, şikar" deməkdir.
Nəzərabad (Babək)
Nəzərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Didivar kəndi mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Dəmirzindan (oradakı dəmir körpünün adı) olmuşdur. Yaşayış məntəqəsi vaxtı ilə Dərələyəz mahalından köçməyə məcbur olmuş ailələrin Dəmirzindan adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrə aid məlumata görə Naxçıvan əyalətində suvarma məqsədilə istifadə edilən su ayrı-ayrı qolçomaqlara məxsus olduğu halda tək-tək hallarda bütün icmaya məxsus idi. Belə icmalardan biri də Nehrəm icması olmuşdur. Tədqiqatçılara görə oykonim ərəb dilindəki nəhr (çay, kanal, axar su) və am/əm icma komponentlərindən düzəlib. İcmaya məxsus su mənasındadır. Oykonim "Nəzərə məxsus kənd"mənasındadır. Nəzərabad kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Cəhriçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.
Payız (Babək)
Payız (əvvəlki adı: Paiz) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yerli əhalinin məlumatına görə kəndin əsl adı Payızdır və payızlıq sahədə yerləşdiyinə görə belə adlandırılır. Kəndin ərazisi payızlıq əkin üçün yararlıdır. Əslində kəndin adı İran dillərinnə məxsus payız sözündən olub "uc, son nöktə, ətək, ayaq, dib" deməkdir. Kənd həqiqətəndə dağ ətəyində yerləşir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Vəlibaba mağarası Kənd dağətəyi ərazidə yerləşir. Qurban Abbasov — fəxri neftçi, əməkdar mühəndis.
Qaraqala (Babək)
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qoşadizə (Babək)
Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi, Qoşa Dizə kənd inzibati ərazi dairəsi Qoşadizə kənd inzibati ərazi dairəsi adlandırılmış, Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Araz qəsəbəsi və Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2015-ci il tarixli, 1342-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Məlumatlara görə oykonim qoşa və İran dillərinə məxsus olan dizə, "qala", "kənd", "istehkam", "hasar" mənalarında işlədilən sözlərdən ibarət olub, "qoşa qala, istehkam" deməkdir. Qoşadizə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Naxçıvançayın sahilində yerləşirdi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qızılvəng (Babək)
Qızılvəng — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılvəng qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qızılvəng qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Qəsəbədə mədəniyyət müəssisəsi mövcud deyil. Qəsəbədə təhsil müəssisəsi mövcud deyil. Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.
Sirab (Babək)
Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var. Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Babək Verdiyev
Babək (film)
Babək tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər. == Məzmun == Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır. == Film haqqında == Filmə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırmışdır. Film 1-ci kateqoriya almışdır. Filmin bir il ərzində 35 milyon tamaşaçısı olub.
Babək Aslanov
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, Ərdəbil – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", erməni mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Sust (Babək)
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd. Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir. Hazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub.
Susuzdağ (Babək)
Susuzdağ — Babək rayonu ərazisində dağ (hünd. 2672,7 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Yuxarı Buzqov kəndindən 3,8 km şimal-qərbdə, Lizbitçayın mənbə hissəsindədir. Orta Triasın Anizi və Ladin mərtəbələrinə aid Ərdağı lay dəstəsinin dolomitlərindən təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Buzqov sinklinalının nüvə hissəsində yerləşir.
Topdağ (Babək)
Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Təzəkənd (Babək)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) Səfərəli Babayev Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Xalxal (Babək)
Xalxal — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati-ərazi vahidinin Xalxal kəndi Vayxır kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Cənubi Azərbaycanda Xalxal şəhəri, Xalxal məhəllə, Xalxal Kuçek yaşayış məntəqələri mövcuddur. XIX əsrdə İrəvan quberniyasında Xalxallı adlı iki dağ, Gürcüstan ərazisində Xalxal dağı qeydə alınmışdır. Tədqiqatçılar bu toponimi Azərbaycan dialektlərində "açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer, ağıl" mənasında işlənən xalxal sözü ilə bağlayırlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Xalxal kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Yarımca (Babək)
Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. Oykonim "kəndin yarısı" mənasındadır. Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir. Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə tibb məntəqəsi mövcuddur.
Yeniyol (Babək)
Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcuddur.
Şəhr Babək
Şəhr Babək — İranın Kirman ostanının şəhərlərindən və Şəhr Babək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,916 nəfər və 10,401 ailədən ibarət idi.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
II Kültəpə yaşayış yeri (Babək)
II Kültəpə — Naxçıvanda Çəhriçayla Naxçıvan çaylarının birləşdiyi yerdə, üç hektara yaxın sahəni tutan arxeoloji abidə. II Kültəpə Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Qədim Naxçıvan şəhəri II Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birinin mərkəzi olmuşdur . Bu şəhər 3500 il bundan əvvəl yaranmışdır. Üçbucaq şəklində olan bu yaşayış yeri Çəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. II Kültəpənin 7–10 qalınlığında olan ilk təbəqəsi erkən tunc dövrünə aiddir. Araşdırmalar zamanı çiy kərpicdən inşa olunmuş dairəvi formalı binaların qalıqları aşkar olunmuşdur. Radiokarbon (C 14)analizlərin nəticəsi bu təbəqənin e.ə. 3500–2400-cü illərə aid olduğunu göstərir. Bu çoxtəbəqəli abidənin orta tunc dövrünə aid təbəqəsinin qalınlığı 4 metrdən çoxdur.
I Kültəpə yaşayış yeri (Babək)
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
Qaraqaya dağı (Babək)
Qaraqaya dağı – Babək rayonu ərazisində dağ (hünd. 1438,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının cənub-qərbə yönəlmiş Sarıdağ tirəsində zirvə. Sirabçayın sağ sahilində, Sirab mineral su bulağından 2,3 km şimal-şərqdədir. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarından fay və fay-yerdəyişmə qırılmaları keçir.
Qarovultəpə dağı (Babək)
Qarovultəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 919,9 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq cinahında, Dərələyəz silsiləsindəki Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, Naxçıvan-Sədərək avtomobil yolunun cənub kənarındadır. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən geniş cənub-şərq qanadında yerləşir.
Qoşatəpə yaşayış yeri (Babək)
Qoşatəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndindən cənubdada, ətraf yerlərə nisbətən hündür olan iki qoşa təpənin üzərində arxeoloji abidə. Hazırda təpələrin ortasından yol salınmışdır. Tədqiqat zamam daşdan inşa olunmuş, divar qalıqları, çəhrayı rəngdə bişirilmiş keramika parçaları aşkar olunmuşdur. Mədəni təbəqə olduqca az yığılmışdır. Çəhrayı rəngli gil məmulatının bir qismi qırmızı boya ilə örtülərək cilalanmışdır. Qoşatəpə yaşayış yerini I-X əsrlərə aid etmək olar.
Qızılboğaz dağı (Babək)
Qızılboğaz dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvançayin sol sahilində yerləşir. Konusvari formadadır (hünd. 1179,7 m). Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin ucqar şimal-qərb suayırıcı zirvəsi. Naxçıvançayın sol sahilində Xalxal kəndindən 1 km-dək şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olumuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahını hüdudlandıran Naxçıvan dərinlik qırılmasının düşmüş qanadında yerləşir.
Sarıdağ (Babək rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Vayxır kəndindən 4 km cənub-şərqdədir. Hündürlüyü 1725 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında, onun Quşqayası yüksəkliyindən (hünd. 1757,7 m) cənub-qərbə ayrılan eyniadlı tirənin ən yüksək zirvəsi. Vayxır kəndindən 4 km-dək şərq-çənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Ağqaya-Sarıdağ antiklinalının xırda qırışıqlarla mürəkkəbləşmiş şimal-şərq qanadında yerləşir. Qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılması keçir.
Babəkiyyə
Babəkiyyə və ya Məzyariyyə — Transubstantiasiya və reenkarnasiyaya inanan Hürrəmiyənin davamı olan Qulat-i Şiə məzhəbi. == Hürrəmilərin davamçıları olan Babəkilər == Onlar sələfləri Hürrəmilərin dünyada həmişə bir peyğəmbər olacağına, yer üzünün peyğəmbərsiz qala bilməyəcəyinə, peyğəmbərliyin ancaq peyğəmbərlik yolu ilə keçə biləcəyinə inandıqlarına uyğun olaraq, Babək Xürrəminin peyğəmbər olduğunu iddia edirdilər. == Babək Hürrəminin ilahiliyi == İbn Nedimin Babəkin ilahlıq iddiasına cəhd etdiyi qeydindən də anlaşıldığı kimi, Hürrəmiyənin davamı olan Qulat-i Şia bir təriqət meydana gətirmişdir. Babək Hürrəminin öz ilahiliyindən başqa, Hürrəmiyədən aldıqları siyasi taktiki dəyişikliklərdən ibarət idi. == Babəkilərin İslam anlayışı və əməlləri == Övladlarını Quran kurslarına göndərsələr də, namaz qılmayıb, Ramazan orucu tutmazlarmış. Bundan əlavə, kafirlərlə cihada getməyi lazımsız hesab edən bir icma qurmuşlardır. == Məzyəriyyə təriqətinin yaranması və Məzyar üsyanı == Babək üsyanında Babək Hürrəmiyə ən güclü dəstək verənlərdən biri də Babəkiyyə təriqətinin ən sadiq davamçılarından olan “Məz-Yar” olmuşdur. Orta əsr tarixçisi “Bəhaddin Məhəmməd ibn Həsən ibn İsfəndiyar” “Tarik-i Təbəristan” adlı əsərində, əslən dindar zərdüşt olan və miladi IX əsrdə Abbasi xilafətinə qarşı 839-cu ildə qiyam qaldıran Məzyarın bu sözləri dediyi bilinir: . == Məzyarın ölümü == Məzyar və Babək Hürrəmi birlikdə Abbasi xəlifəsi Əbu İshaq əl-Mötəsim bil-Lahın onlara qarşı göndərdiyi qoşunların əksəriyyətini dəf edə bilsələr də, qardaşı Kuhyarın xəyanətinə məruz qalan Məzyar nəhayət əsir götürülür. O, Bağdadda edamını gözləyən zaman xəlifənin cəlladları tərəfindən camaat qarşısında işgəncələrə məruz qalmamaq və alçaldıcı şəkildə edam edilməmək üçün zəhər içərək həyatına son qoyur.

Digər lüğətlərdə