NAPAK

sif.is. [ fars. ]
1. Pak olmayan, təmiz olmayan, murdar. Napakı hamam təmizləməz. ( Ata. sözü ).
Arvadın bu sözləri, deyəsən, usta Ağabalanın ağlına batdı, bir az saqqalını tumarlayıb dedi: – Onda gərək gedim qabaqca hamama, yoxsa napak (z.) qəbz almaq olmaz. Çəmənzəminli.

2. Mənən, əxlaqca təmiz olmayan; ləkəli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAPAK napak bax murdar 1
NANKORLUQ
NAR₂

Digər lüğətlərdə