Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Pyotr Neqoş
II Pyotr Neqoş (serb. Петар II Петровић Његош) — 1830-1851-ci illərdə Monteneqronun hökmdarı, Monteneqro və Berdsk mitropoliti. Dövlət xadimi, islahatçı, Monteneqronun müstəqil müasir dövlətə çevrilməsinə töhfə vermiş şəxs. Çoxlu şeir və poemaların müəllifidir. Çoxları tərəfindən serb ədəbiyyatının ən görkəmli şairi hesab olunur. == Bioqrafiya == Radivoi (Rade) Tomov Petroviç 1813-cü il noyabrın 13-də Nequşi kəndində Tomo Markov Petroviç və İvana Prorokoviç-Petroviçin ailəsində anadan olmuşdur. Metropolit I Pyotr Petroviçlə əmi oğludur. 1697-1918-ci illərdə Petroviç-Neqoş ailəsi Monteneqroda hakim sülalə idi (1697-ci ildən - Monteneqronun mitropolitləri kimi, 1852-ci ildən şahzadələr, 1910-cu ildən krallar). O, Savinski monastırında və Çetinye monastırında serb şairi və tarixçisi Simo Milutinoviçdən təhsil almışdır. 1830-cu ildəI Pyotr Petroviçin ölümündən sonra vəsiyyətinə əsasən, Pyotr adı ilə monastizmi qəbul edərək Monteneqro ağasının yerini tutur.
NEOS – Yeni Avstriya və Liberal Forum
NEOS – Yeni Avstriya və Liberal Forum (alm. NEOS – Das Neue Österreich und Liberales Forum‎) — Avstriyada liberal siyasi partiya. 2012-ci ilin Oktyabr ayında qurulan partiya, JUNOS – Gənc Liberallar Avstriya və Liberal Forum'la ortaq bir seçki siyahısında 2013 qanunvericilik seçkisinə etiraz etdi. 2013-cü ilin Sentyabr ayının 29-da keçirilən seçkilərdə NEOS, 4.9% səs aldı və Milli Şurada 9 oturacaq qazanmışdır. 2014-cü ilin Yanvar ayının 25-də Liberal Forumu ilə birləşərək NEOS – Yeni Avstriya və Liberal Forumunu yaratmışdır. 2014-cü ilin Mart ayında Müstəqil Gənc Liberallar (JuLis)-da birləşərək partiyanın YUNOS - Gənc Liberal NEOS adlı gənc qanadını meydan gətirmişdir. NEOS, 2014-cü ilin May ayının 2-də Avropa üçün Liberal və Demokratlar İttifaqının (ALDİ) tam üzvü olmuşdur. 2014-cü ilin May ayının 25-də olan, 2014 Avropa seçkilərində NEOS, milli səslərin 8,1%-ini aldı və tək bir Avropa Parlamentinin Üzvü döndü. NEOS, birbaşa demokratiyanı Referendumlar və məcburi əsgərlik istifadəsinin sona çatdırılması yolu ilə dəstəklədi və artan mülk vergiləri və siyasi partiyaların ictimai maliyyəsinə qarşı çıxdı.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Həbəş
Həbəş (Meşkinşəhr)
Keros
Keros— Keros (yun. Κέρος; qədimdə Keria və ya Kerea (qədim yunanca: Κέρεια) Naxosdan təqribən 10 km (6 mil) cənub-şərqdə, Kiklad adalarında, yaşayış olmayan Yunan adasıdır. İnzibati cəhətdən Koufonisia icmasının bir hissəsidir. 15 km² (6 kv mi) sahəyə malikdir və ən yüksək nöqtəsi 432 m (1417 fut) təşkil edir. Keros xüsusilə sonradan Pablo Pikasso və Henri Muru ilhamlandıran düz üzlü Kiklad mərmər heykəlləri ilə məşhurdur. == Keros xəzinəsi == "Keros xəzinəsi" Keros adasında tapılan çox böyük siklad heykəlcikləri yatağıdır. 2006–2008-ci illər arasında Colin Renfrew-in rəhbərlik etdiyi Kembric Keros Layihəsi adanın qərb sahilindəki Kavosda başqaları ilə birlikdə qazıntı işləri aparırdı.[2] Bu ərazinin "Keros dəfinə" adlanan fraqmentli siklad heykəlciklərinin mənbəyi olduğu güman edilir. 2006–2008-ci illərdə qazılmış materiala dəfn edilməzdən əvvəl qırılmış və çox güman ki, başqa yerdə qırılmış və basdırılmaq üçün Kavosa aparılmış siklad heykəlcikləri, qablar və digər mərmər əşyalar daxildir. Birləşdirici fraqmentlərin olmaması göstərir ki, burada yalnız sınıq materialın bir hissəsi çökmüşdür, saxsı və digər materiallar üzərində aparılan tədqiqatlar isə materialın çökdürülmək üçün buraya bir neçə mənbədən gətirildiyini göstərir. === Daskalio === 2007–2008-ci illərdə eyni layihə qonşu Daskalio adasında Kiklad dövrünə aid əhəmiyyətli yaşayış məntəqəsini aşkar edib qazıb.
Lesbos
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Nelas
Nelas (fars. نلاس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan şəhər. Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının cənub-qərbində, Kiçik Zab çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 069 metr təşkil edir. Nelas Urmiya şəhərindən 142 km cənub-qərbdə yerləşir. 2006-cı il məlumatına görə kənddə 5 891 nəfər yaşayır. Əhalisi kürdlərdən ibarətdir.
Neqros
Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km². Adanın əhalisi 4 194 525 nəfər (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
NetBIOS
NetBIOS (Network Basic Input/Output System) – şəbəkənin bir bəndindən başqa bəndinə verilənlərin ötürülməsi zamanı aşağı səviyyəli şəbəkə əməliyyatlarını yerinə yetirmək üçün proqram interfeysi (API). De-fakto standart olan NetBIOS IBM və Sytek şirkətləri tərəfindən 1984-cü ildə işlənib hazırlanıb. NetBIOS vasitələri IBM PC baza giriş/çıxış sistemi (BIOS) standart funksiyalarının IBM firmasının PC Network şəbəkə proqramı üçün şəbəkə variantı kimi 1984-cü ildə işlənmişdir və tətbiqi səviyyədə şəbəkə servislərinin realizəsi üçün SMB (Server Message Block) protokolundan istifadə edirdi. NetBIOS protokolu OSİ modelinin üç səviyyəsində işləyir: şəbəkə, nəqliyyat və seans. NetBIOS protokolu IPX və SPX protokollarına nisbətən daha yüksək səviyyələrə servislər təmin edə bilir, lakin marşrutlama qabiliyyətinə malik deyil. Beləliklə, NetBIOS sözün ciddi mənasında şəbəkə protokolu deyil.NetBIOS-da faydalı bir çox şəbəkə funksiyaları var, onları şəbəkə, nəqliyyat və seans səviyyələrinə aid etmək olar, lakin onların köməyi ilə paketlərin marşrutlanması mümkün deyil, çünki NetBIOS protokolunda şəbəkə anlayışı daxil edilmir. Bu NetBIOS protokolunun tətbiqini altşəbəkələrə bölünməyən lokal şəbəkələrlə məhdudlaşdırır. NetBIOS həm deytaqram mübadiləsini, həm də birləşmə qurmaqla mübadiləni dəstəkləyir. OSI modelinin tətbiqi və təsvir səviyyələrinə uyğun gələn SMB protokolu işçi stansiya ilə server arasındakı qarşılıqlı əlaqəni nizamlayır. SMB funksiyalarına aşağıdakı əməliyyatlar daxildir: Sessiyaların idarə edilməsi.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Nexus
Nəcis
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Rebis
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. == Etimologiya == Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Eupatorium hebes
Ageratina tomentella (lat. Ageratina tomentella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Franklin Lobos
Franklin Lobos (isp. Franklin Erasmo Lobos Ramírez; 2 iyun 1957, Kopiapo) — 2010-cu ildə Çilidə dağılan şaxtanın altında 2 aydan artıq qalıb, sonradan işıq üzünə çıxanlara arasında milli komandanın sabiq futbolçusu. 2010-cu ildə Çilidə dağılan şaxtanın altında qalanların xilas olunması əməliyyatı zamanı həyata qaytarılan 33 nəfərdən biridir. da olub. Belə ki, 53 yaşlı Franklin Lobos Çili yığmasının sabiq yarımmüdafiəçisidir. Karyerası boyu ortabab klublarda oynayan Lobos 1984-cü ildə keçirilən Olimpiya Oyunlarının seçmə mərhələsində millinin şərəfini qoruyub. 15 il əvvəl karyerasını başa vuran futbol veteranı dağılan şaxtada yük maşınında sürücü çalışırdı.
Galaxy Nexus
Galaxy Nexus — (GT-I9250) Google və Samsung şirkətlərinin birgə əməkdaşlığı ilə yaradılan ağıllı telefon. Telefon və əməliyyat sistemi hər iki şirkətin birgə əməyi ilə istehsal edilmişdir. Bu telefon Google'ın üç nüvəli admiral gəmisidir. Bir nüvəli Nexus One, iki nüvəli isə Nexus S'dir. Galaxy Nexus HD (1280x720) Super AMOLED ekrana sahibdir. Cihaz mükəmməl bir kameraya sahibdir və Android Ice Cream Sandwich versiyası ilə istehsal olunmuşdur. Cihaz adı, Android ağıllı telefonların Samsung Galaxy və Nexus markalarının birləşməsidir. Amma cihaz Braziliyada Galaxy X kimi bilinir. Galaxy Nexus, 19 oktyabr 2011-ci ildə Hong Kong'da Google və Samsung tərəfindən satışa qoyuldu. 17 noyabr 2011-ci ildə Avropa sərbəst buraxıldı.
Google Nexus
Galaxy Nexus — (GT-I9250) Google və Samsung şirkətlərinin birgə əməkdaşlığı ilə yaradılan ağıllı telefon. Telefon və əməliyyat sistemi hər iki şirkətin birgə əməyi ilə istehsal edilmişdir. Bu telefon Google'ın üç nüvəli admiral gəmisidir. Bir nüvəli Nexus One, iki nüvəli isə Nexus S'dir. Galaxy Nexus HD (1280x720) Super AMOLED ekrana sahibdir. Cihaz mükəmməl bir kameraya sahibdir və Android Ice Cream Sandwich versiyası ilə istehsal olunmuşdur. Cihaz adı, Android ağıllı telefonların Samsung Galaxy və Nexus markalarının birləşməsidir. Amma cihaz Braziliyada Galaxy X kimi bilinir. Galaxy Nexus, 19 oktyabr 2011-ci ildə Hong Kong'da Google və Samsung tərəfindən satışa qoyuldu. 17 noyabr 2011-ci ildə Avropa sərbəst buraxıldı.
Korneli Nepot
Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100, Paviya – təq. e.ə. 25, Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri. == Həyatı == Korneli Yuxarı İtaliyalı olub. Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır), Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur. Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə.