Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karoli Nemes
Karoli Nemes (31 avqust 1970, Budapeşt) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karoli Nemes Macarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Nemes burnu
Nemes burnu — Rusiyanın Avropa hissəsinin materik hissəsinin ən ucqar şimal nöqtəsidir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Burun Rıbaçiy yarımadası yerləşir. Qədim adı Kequr burnudur. XVI əsrdə burada ticarət limanı vardı. Rusiya imperiyası ilə Avropa ilə ticarət əlaqələri qurulurdu. Hazırda burada meteostansiya və mayak vardır. burada çoxlu qayaya bənzər dirəklər vardır. Pomorlar onları kekur olaraq adlandırırlar. Keqor isə pomorlarda maral otlaqlarına deyilir.
Nemes yarımadası
Nenes yarımadası — Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır. Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır.
Nemeş Aqnes
Nemeş Aqnes (mac. Nemes Nagy Ágnes 3 yanvar 1922, Budapeşt – 23 avqust 1991, Budapeşt) — Macar şairəsi. == Bioqrafiyası == 1922-ci ildə Kalvinist ailəsində anadan olmuşdur. 1944-cü ildə Budapeşt Universitetini bitirir. Burada macar və latın dillərini, sənət tarixini öyrənir. Müharibədən sonra Yeni Ay jurnalının ədəbi qrupuna (Maqda Sabo, Qeza Otlik və başqaları) aid idi. Yanosh Pilinski ilə dost olmuşdur. 1948-ci ildən sonra jurnal hakimiyyət tərəfindən bağlandıqdan sonra (yalnız 1986-cı ildə fəaliyyətə davam etdi), on il Nemeş Aqnes yalnız tərcümələri çap edir, pedaqoji bir jurnalda çalışır və məktəbdə ədəbiyyat öyrədirdi. 1944–1958-ci illərdə ədəbi tənqidçi və Dünya xalqları ədalətliləri mükafatının lauriyyatı Sale Balaj Lendel ilə evli olur. == Yaradıcılığı == Nemeş Aqnes obyektiv poeziyanın Eeliot xəttini inkişaf etdirir və duyğuların birbaşa dindarlığını ifadə edirdi.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nees
Xristian Qotfrid Daniyel Nes fon Ezenbek (alm. Christian Gottfried Daniel Nees von Esenbeck‎; 14 fevral 1776 — 16 mart 1858) — alman botaniki, həkimi, zooloqu və filosofu. Onun şərəfinə adlandırılmış taksonlar Esenbeckia H.B.K. Rutaceae fəsiləsinə aid bitki cinsi Neesiella Schiff. Hepaticae dəstəsinə aid Nees-Institut für Biodiversität der Pflanzen Universität Bonn institutu Xristian Nes fon Ezenbekin şərəfinə adlandırılmışdır. == Əsərləri == De Cinnamomo disputatio (1843) Agrostologia brasiliensis (1829) Genera et species Asterearum (1833) Systema Laurinarum (1836) Florae Africae australioris illustration monographicae Gramineae (1841) Die Algen des süßen Wassers, nach ihren Entwickelungsstufen dargestellt (1814) Das System der Pilze und Schwämme (1816) Naturgeschichte der europäischen Lebermoose mit Erinnerungen aus dem Riesengebirge (1833-38, 4 Bände) Bryologia germanica (Christian Friedrich Hornschuch]] und Jacob Sturm ilə birlikdə, 1823–31, 2 Bände mit 43 Tafeln) Synopsis hepaticarum (Carl Moritz Gottsche və Johann Lindenberg ilə birlikdə, 1844–1847) Hymenopterorum Ichneumonibus affinium monographiae (1834, 2 Bände) System der spekulativen Philosophie, Band 1 Die Naturphilosophie (1841) Die allgemeine Formenlehre der Natur (1852) Vorlesungen zur Entwickelungsgeschichte des magnetischen Schlafs und Traums (1820) == Ədəbiyyat == Johanna Bohley: Christian Gottfried Daniel Nees von Esenbeck. Ein Lebensbild. Wissenschaftliche Verlagsgesellschaft, Stuttgart 2003, ISBN 3-8047-2075-7. Dietrich von Engelhardt (Hrsg.): Christian Gottfried Nees von Esenbeck. Politik und Naturwissenschaft in der ersten Hälfte des 19. Jahrhunderts.
Neme
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Azərpaşa Nemət
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). == Həyatı == Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
David Neres
David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. == Klub karyerası == === San-Paulu === Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur. 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı. Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaay təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir. Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur.
Dyula Nemet
Dyula Nemet (mac. Németh Gyula; 2 noyabr 1890[…], Karçaq[d], Yas-Nadkun-Solnok[d] – 14 dekabr 1976[…], Budapeşt) — macar dilçi, türkoloq, Macarıstan Elmlər Akademiyasının üzvü. == Həyatı == Dyula Nemet Macarıstanın Szlnok əyalətinin Karçaq şəhərində dünyaya gəlmişdir. Türk dilinə olan marağı da məhz burada başlamışdır. Ali təhsilini Budapeşt Universitetində almışdır. 1907-ci ildə İstanbula köçmüş, 1908-ci ildə Aydın və İzmir şəhərlərinə səyahət etmişdir. 1911-1914-cü illər arasında təhsil almaq üçün Leypsiq, Kil və Berlin şəhərlərində olmuşdur. 1915-ci ildə Budapeşt Universitetinin professoru olaraq burada çalışmağa başlamışdır. 1930-cu ildə Türk Filologiya İnstutunu yaratmışdır. Macarıstan Elmlər Akademiyasının və Türk Dil Qurumunun fəxri üzvlərindəndir.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars: duzlu göl) — İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Məşədixanım Nemət
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. === Elmi fəaliyyəti === Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Nemət Abbasov
Nemət Elçin oğlu Abbasov (d. 4 avqust 1996; Ağdaş – ö. 27 oktyabr 2020; Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nemət Abbasov 4 avqust 1996-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nemət Baş
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. == Həyatı == Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. == Siyasi fəaliyyəti == 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Nemət Bəsir
Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir. Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur. Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir.
Nemət Cavadlı
Nemət Cavid oğlu Cavadlı (3 iyun 1995; İmişli, Azərbaycan — 1 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nemət Cavadlı 1995-ci il iyunun 3-də İmişli şəhərində anadan olub. 2001-ci ildə N.Nərimanov adına 1 saylı hümanitar-fənlər təmayüllü məktəb-liseyə daxil olmuşdur.2012-ci ildə məzun olmuşdur.2013-2014-cü illərdə Bakı şəhərində hərbi xidmətdə olmuşdur. 2015-ci ildə gizirlik kursuna daxil olmuşdur.Kursu bitirdikdən sonra Qusar rayonunda gizir kimi hərbi fəaliyyətə başlamışdır. == Hərbi xidməti == Nemət Cavadlı 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nemət Cavadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nemət Cavadlı noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı "Qarabağ" ordeni ilə təltif edildi. edildi.
Nemət Həsənov
Nemət Süleyman oğlu Həsənov — 28 yanvar 1996-cı il; Saatlı rayonunun Əbil kəndində anadan olub, Azərbaycan — 22 oktyabr 2020-ci il; Qubadlı, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nemət Süleyman oğlu Həsənov 28 yanvar 1996-cı ildə Saatlı rayonunun Əbil kəndində anadan olub. == Hərbi xidməti == Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş gənc Nemətdir. Nemət Süleyman oğlu Həsənov 1996-cı il yanvarın 28-i Saatlı rayonunun Əbil kəndində anadan olub. Torpaqlarımızın işğalı ilə barışmayan Nemət 30 illik intizara son verənlərdən biri olmaq üçün II Qarabağ savaşlarına qatılıb. O, İkinci Qarabağ müharibəsinin gedişində oktyabrın 22-i Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhidliyə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.
Nemət Məmmədov
Nemət Fəxrəddin oğlu Məmmədov (1 iyul 2000, Xoylu, Goranboy rayonu – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nemət Məmmədov 1 iyul 2000-ci ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. Subay idi. O, hərbi xidmətində Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçisi vəzifəsində işləyirdi. Atası Fəxrəddin Məmmədov anası isə Nazilə Məmmədovadır. 2 bacısı vardır. == Hərbi xidməti == Nemət Məmmədli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Nemət motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib. Azərbaycan Ordusunun əsgəri olan Həsən Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Füzuli azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Nemət Novruzov
Nemət Hüseyin oğlu Novruzov - Azərbaycan SSR sovxozlar naziri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri. == Haqqında == Nemət Novruzov 1908-ci ildə anadan olmuşdur. Bakı Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Kirovabad Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. İş fəaliyyətinə mexanik kimi başlamışdır. Daha sonra mühəndis olara çalışan Nemət Novruzov, 1942-ci ildə Avtomobil Təmiri Zavodunun direktoru olmuşdur. == Siyasi fəaliyyəti == Nemət Novruzov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. 1944-1946-cı illərdə Azərbaycan SSR Xalq sovxozlar komissarının birinci müavini işləmişdir. Daha sonra Azərbaycan KP-də şöbə müdiri, Azərbaycan SSR Pambıqçılıq nazirinin müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət nəzarəti nazirinin birinci müavini təyin olunmuşdur. Nemət Novruzov 1953-1955-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri, 1955-1957-ci illərdə Azərbaycan SSR Sovxozlar naziri vəzifələrində çalışmışdır.
Nemət Orucov
Nemət Əkbər oğlu Orucov (15 noyabr 1994; Qaraçinar, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nemət Orucov 1994-cü il noyabrın 15-də Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur. Əslən Kəlbəcər rayonundan idi. 2001-2011-ci illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil almışdır. 2012-2016-cı illərdə Azərbaycan Texnologiya Universiteti-nin (ATU) ekologiya mühəndisliyi fakültəsində ali təhsil almışdır. == Hərbi xidməti == Nemət Orucov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini kəşfiyyatçı olaraq qurtarmışdır. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirmişdir. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət etmişdir. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibətilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Nemət Pənahlı
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri. == Həyatı == Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub. == Siyasi fəaliyyəti == O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb. 1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur. == Həbsi == 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Nemət Pənahov
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri. == Həyatı == Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub. == Siyasi fəaliyyəti == O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb. 1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur. == Həbsi == 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Nemət Qasımlı
Qasımov Nemət Yusif oğlu (27 iyul 1972, Kiçik Qaramurad, Gədəbəy rayonu) — Aşıq məktəbində müəllim, Dünya incəsənət və musiqi ustası, beynəlxalq müsabiqələr laureatı, "Əməkdar mədəniyyət işçisi", Filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Qasımov Nemət Yusif oğlu 1972-ci il iyulun 27-də Gədəbəy rayonunun Kiçik-Qaramurad kəndində ziyalı ailəsində anadan olub. İsfəndiyar Rüstəmovun rəhbərliyi altında keçirilən “Gədəbəyin yazı, aşığın sazı” yaz bayramlarında dəfələrlə iştirak etmişdir. Gəncəbasar bölgəsi üzrə keçirilən “Telli saz” müsabiqəsinin qalibi olmuşdur. 4-cü sinifdə oxuyanda Demək olar ki, yaşının imkanı daxilində elə bir aşıq olmayıb ki, onun məclisində və ya şəxsən özüylə görüşüb sənət sirləri haqqında bilgilərini artırmasın. Bütün bölgələrə məxsus aşıq havalarını (Təbriz, Göyçə, Borçalı, Şirvan mühitləri) imkanı daxilində öyrənmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” ixtisası üzrə təhsil almışdır. ADMİU-nin “Tədris teatrı” şöbəsində musiqi rejissoru işləmiş, Bakıda ilk dəfə olaraq. Qara Qarayev adına 8 saylı musiqi məktəbində saz sinfini açmışdır. Çalışdığı ilk gündən bu günə qədər keçirilən bütün müsabiqələrdə onun şagirdləri həmişə I yerə layiq görülmüş və sazı ləyaqətlə təmsil etmişlər.Şagirdlərinin sayı 600 dən artıqdır.
Nemət Qasımov
Nemət Abbasəli oğlu Qasımov (27 yanvar 1940, Didivar, Naxçıvan rayonu) — professor, ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü (1986), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”. == Həyatı == 1940-cı il yanvar ayının 27-də Naxçıvan MR-nın Babək rayonunun Didivar kəndində anadan olmuşdur. Nemət Qasımov 2016-cı il dekabr ayının 16-da vəfat etmişdir. 1963-cü ildə ADU-nun (indiki BDU) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1963-1966-cı illərdə ADU-nun Bitki fiziologiyası kafedrasının aspirantı olmuş, 1967-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə professor elmi adı almışdır. N.Qasımov xlorionunun bitkiyə daxil olmasının kinetik qanunauyğunluqları və bitkilərin duzla intoksikasiyasının “Enerji aclığı” konsepsiyasının müəllifidir və bu barədə 1975-ci ildə Sankt-Peterburqda keçirilən XII Beynəlxalq Botanika konqresində məruzə ilə keçmiş SSRİ-ni təmsil etmişdir.1967-1970-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda elmi işçi,1978-1988-ci illərdə ADU-nun Biologiya fakültəsinin dekanı, sonralar Bitki fiziologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. N.A.Qasımov 1986-cı ildə ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü seçilmişdir.1991-ci ildə ABŞ-nin Şimali İllinoys Universitetinə dəvət olunmuşdur.Həmin universitetdə 40 gün müddətində elmi-pedaqoji ezamiyyətdə olmuş, müəllim və tələbələrlə görüşlər keçirmiş, universitetin elmi seminarlarında “Duz tənəffüsü” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Onun Türkiyə, Rusiya, Bolqarıstan,Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdə 100-dən çox elmi əsəri,dərslik və monoqrafiyaları çap edilmişdir. N.Qasımov 7 dissertasiya işinə elmi rəhbərlik etmiş, onlarla dissertasiya işinin rəsmi opponenti, BDU-nun və biologiya fakültəsinin Elmi Şuralarının,“Bakı Universitetinin Xəbərləri” elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur.1998-ci ildən İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorunun Avropa üzrə və ABŞ Bioqrafiya İnstitutunun səlahiyyətli nümayəndəsi olmuşdur. == Mükafatları == 1997-ci ildə Professor N.Qasımov “XX əsrin 2000 görkəmli adamı” diplomu və gümüş medalı 1998-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən “Qızıl heykəl” İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Qızıl ulduz” (1998) Kembric BBM Avropa üzrə Baş Direktorunun (1998) və ABŞ Bioqrafiya İnstititunun səlahiyyətli nümayəndəsinin diplomu və gümüş medalı (1999) ilə təltif edilmişdir.