PƏLTƏK

1. Pəl sözünün bir mənası “dil” demək olub. Pəl qatmaq ifadəsi də sözlə (dillə) işə mane olmaq deməkdir. Pəltək, əslində, pəlyok (dili yox) kimi olub (mü­qayisə et: qolu şikəst adama çolaq deyirik, bunun əsli qolu yox kimi olub) və son­radan dəyişikliyə uğrayıb. İndi məna dəyişib: səsi düzgün tələffüz edə bil­məməklə bağlı işlədilir. Rus dilindəki немец sözü də немой sözündən törəyib rusla alman bir-birinin dilini başa düşməyib və rus almana “немой” (bizdən deyil və ya laldır) adını verib. Almanlara yalnız ruslar немец deyirlər. Güman edirəm ki, pəltək və ya pəlbaş sözlərinin hər ikisi pəlyok sözünün təhrifi ilə bağlıdır. Başqa yozum da mümkündür: fars dilində bu sözün yerinə kəltəzəban işlədirlər. Kəltə farsca “косой” deməkdir. Ehtimal ki, pəltək sözü ilə kəltə sözü eyni kökə malikdir. Bizdə kələ-kö­tür (əsli: kəltə-kötür) sözü əyri-üyrü anlamında işlədilir. Bu da kəltə sözü ilə bağlı ola bilər. Sözün biltək, kefkək variantı da olub. Biləkçə “связка” deməkdir. Biltək “dili bağlı” (dolaşan) kimi də anlaşıla bilər.

2. Bu sözün sinonimi kev kəlməsi olub, “gövşəmək”lə qohumdur. Görünür, pəltəkkövşək tarixən eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PƏLƏNG
PƏNAH
OBASTAN VİKİ
Pəltək (film, 2015)
"Pəltək" (ing. Stutterer) — ssenari müəllifi və rejissoru Benjamin Kliri olan qısametrajlı dram filmi. Filmin prodüserləri Serena Armitaj və Şan Kristofer Oqilviyedir. == Məzmun == Tənha həyat sürən mətbəəçi Qrinvud (Mettyu Nidem) bütün gücünü toplayıb danışığındakı qüsuru aradan qaldırmağa və eyni zamanda internetdə yazışdığı qızla sevgi münasibəti qurmağa çalışır. == Rollarda == Mettyu Nidem — Qrinvud Karsen Xloya Pirri — Elli Parks Erik Riçard — Qrinvudun atası Sofi Ellerbi — avtobus dayanacağındakı qız Riçard Meyson — avtobus dayanacağındakı əsəbi oğlan Kelam Sivayer Sofi Kotton — qatardakı qız == Qəbulu == "Pəltək" filmi 2016-cı ildə 88-ci "Oskar" mükafatının təqdimetmə mərasimində Ən yaxşı qısametrajlı bədii filmə görə nominasiyasının qalibi olub.

Digər lüğətlərdə

коготко́вый пустоголо́вая сопля́к языкоблу́дствовать импи́чмент колоко́льчик концентрацио́нный мелкота́ переброди́ть тубдиспансе́рный глава button accordion classifying cysteine metalli- northern white cedar packman Wend врач маньчжур обеденный первоклассный процедурный расчленять столетие