Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Dua
Dua — qəsdli şəkildə icra olunan ünsiyyət vasitəsilə ibadət obyekti ilə rapportu aktivləşdirmək üçün çağırış və ya hərəkət. Dar mənada bu termin bir ilaha və ya ilahiləşdirilmiş əcdada yönəlmiş supplikasiya və ya intersessiya aktına aid edilir. Ümumiyyətlə, dua həm də şükür və ya tərif məqsədi daşıya bilər, müqayisəli dində daha mücərrəd meditasiya formaları və sehrlərlə sıx bağlıdır. Dua aktı hələ e.ə. III minillikdə yazılı mənbələrdə təsdiq edilmişdir. İndiki dövrdə əksər böyük dinlər bu və ya digər şəkildə duaları əhatə edir. Onlardan bəziləri dua aktının ciddi ardıcıllığını tələb edir və ya kimin dua etməsinə icazə verildiyinə məhdudiyyət qoyur, digərləri isə duanın istənilən vaxt hər kəs tərəfindən kortəbii şəkildə həyata keçirilə biləcəyini öyrədir. Duadan istifadə ilə bağlı elmi tədqiqatlar əsasən onun xəstə və ya yaralı insanların sağalmasına təsiri üzərində cəmlənmişdir. Duanın inanclı sağalmada effektivliyi bir çox tədqiqatlarda ziddiyyətli nəticələrlə qiymətləndirilmişdir. Vikianbarda Dua ilə əlaqəli mediafayllar var.
Dul
Dul — Ərinin ölümündən sonra ərə getməmiş qadın və ya arvadının ölümündən sonra evlənməmiş kişi.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Duz
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. Əli: "Yeməyinizi duzla başlayın.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
DUİ
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster, Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Due (rayon)
Due (fr. Douai) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nor. Suprefektura — Due. Rayonun əhalisi 2012-ci ildə 248 077 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 520 nəf./km². Sahəsi — 477 km².
Due diligence
Due Diligence, dyu-dilicens (ing. due diligence "insafı (vicdanı) borc bilmək") — investisiya risklərinin qiymətləndirilməsini, investisiya obyektinin müstəqil qiymətləndirilməsini, şirkətin fəaliyyətinin hərtərəfli öyrənilməsini, maliyyə vəziyyətinin və bazar vəziyyətinin hərtərəfli yoxlanılmasını əhatə edən investisiya obyektinə obyektiv baxış tərtib etmə qaydası. Ümumiyyətlə bir müəssisənin satın alınmasına, birləşmə (satın alma) əməliyyatının həyata keçirilməsinə, müqavilə imzalanmasına və ya bu şirkətlə iş birliyinə başlamazdan əvvəl həyata keçirilir. Bu termin ən çox maliyyə və hüquqda istifadə olunur. Metod, məlumat toplamaq və təhlil etməkdən, qarşı tərəflərlə müəyyən əlaqələrə girməyin məqsədəuyğunluğu ilə bağlı qərar vermək və təqdimetmə formasından ibarətdir. Təmkinli Due diligence köməyi ilə mümkün risklər qiymətləndirilir (məsələn, maliyyə, hüquqi və s.) Məlumat toplayarkən mənbələrindən asılı olmayaraq hər hansı bir məlumat nəzərə alınır. Alınan məlumatların öyrənilməsi müxtəlif mütəxəssislər tərəfindən ayrıca aparılır, sonra xülasə təhlili aparılır. Qərar müştərilərdən ayrı Due diligence mütəxəssislər tərəfindən verilir. Təqdimetmə forması genişləndirilə bilər (mütəxəssislərin fərdi aralıq rəyləri, məlumat mənbələri əlavə olunmaqla) və ya sonrakı fəaliyyətlərə dair qısa tövsiyə şəklində. Daha geniş mənada, ingilis dilində lazımi araşdırma anlayışı istifadə olunur.
Duha Surəsi
93-cü surə
Duha dili
Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir. Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur. Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair. Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min". Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb. XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir.
Dum metal
Dum metal (ing. Doom metal) — olduqca ağır riflər və melodik vokal Heavy metalın 1980-cı ildə yaranan növü olan janr. Bu janr eyni ildə yaranan Speed metal-a qarşı cavab kimi yaranıb da demək olar. Mövzusu əsasən eşqə, hüznə, ölümə, din, duyğular, melanxoliya və həyata yönəlməkdədir. Black Sabbath və Pentagram heavy metaldakı sürəti yavaşladaraq və mahnı sözlərinə daha çox qaranlıq, melanxoliya əlavə edərək bu növün yaranmasına başçılıq edən qruplardır. 1980-cı illərdən başlayaraq bu yeni növ Doom metal olaraq adlanmışdır. 1970-in sonundan 1980-in ortalarına qədər Trouble, Saint Vitus, Candlemass, Pentagram ve Witchfinder General kimi qruplar tərəfindən inkişaf etdirilən Doom metal özünəməxsus yeraltı 1 məşhurluq yaratsa da, bu illərdə metal musiqisində Thrash metal və Speed metal cərəyanı daha üzdə idi. Cathedralin Forest of Equilibrium adlı albomun başçılığı ilə Solitude Aeturnus, Count Raven, The Obsessed, Penance, Sleep, Revelation, Confessor, The 3rd and the Mortal kimi qruplar doom metalı bugünkü vəziyyətinə çatdırdılar.1980-ci illərin sonlarında doom metal fərqli metal növlərindən ilhamlanaraq yeni alt növlərə bölünməyə başladı. Bu alt növlərdən ən bilinəni şübhəsiz, Death metal riffləri və vokallarını Doom metal tərzinə çevirən Doom/Death metal`dır.Brutal/growling vokallar və death metal riflərinin istifadə olunduğu sürətli hissələr death/doom-un əsas xüsusiyyətlərindəndir.Disembowelment və Winter növü təmsil edən qruplardandır. Bu alt növlərdən biri də Epic Doom dur.
Dur-Şarrukin
Dur-Şarrukin (akkad. "Sarqonun qalası") — qədim Aşşur şəhəri. Hazırda İraqda, Neynəva mühafazasının şimal-şərqində Xorsabad şəhər yeri kimi tanınır. E.ə. 717-707-ci illərdə II Sarqon tərəfindən salınmış, ancaq II Sarqonun qəfil ölümündən sonra şəhərin tikintisi dayandırılmışdır. Paytaxt Nineviya şəhərinə köçürülmüşdür. E.ə. VII əsrdə şəhər Midiya orduları tərəfindən dağıdılmışdır. Ərazinin daima sakinləri isə aysorlardır. Assuriya çarı II Sarqon e.ə.
Duy (albom)
Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.
Duy (konsert)
Duy (mahnı)
Duz (dəqiqləşdirmə)
Xörək duzu
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Duz tektonikası
Duz tektonikası — təzyiq nəticəsində yaranan qırışıqlıq növü. Yüksək təzyiq altında duzun xüsusi çəkisi (2,2) yerləşdiyi çöküntülərin xüsusi çəkisinə (2,5–2,6) nisbətən az və plastik olması duz kütləsinin qalxmasına səbəb olur. Üstqatda yatan süxurların sıxlığının müxtəlifliyi, bünövrənin kələ-kötür, az meyilli qırışıq, yaxud qırılmanın olması ilə bağlı yaranan kiçik təzyiqlər fərqi duzun toplanmasına və duz nüvəli qırışığın inkişafına təkan verir. Qravitasiya qeyri-sabitliyinə görə heç bir xarici tektonik təsir olmadan davamlı çöküntü yüklənməsi zamanı strukturlar yarana bilər. Qaya duzu 2160 kq/m3 sıxlığa malikdir. İlkin çökmə zamanı çöküntülər ümumiyyətlə 2000 kq/m3 daha az sıxlığa malikdir, lakin yüklənmə və sıxılma ilə onların sıxlığı 2500 kq/m3-ə qədər artır ki, bu da duzdan daha böyükdür Üstündəki təbəqələr sıxlaşdıqdan sonra zəif duz təbəqəsi Rayleigh-Taylor qeyri-sabitliyinin bir forması səbəbindən xarakterik silsilələr və çökəkliklər seriyasına deformasiyaya meylli olacaq. Sonrakı çökmə çökəkliklərdə cəmləşəcək və duz onlardan uzaqlaşaraq silsilələrə doğru hərəkət etməyə davam edəcək. Gec mərhələdə, diapirlər silsilələr arasındakı qovşaqlarda başlamağa meyllidirlər, böyümələri silsilələr sistemi boyunca duzun hərəkəti ilə qidalanır və duz ehtiyatı tükənənə qədər davam edir. Bu prosesin sonrakı mərhələlərində diapirin yuxarı hissəsi səthdə və ya onun yaxınlığında qalır, sonrakı dəfn diapirin qalxması ilə uyğunlaşdırılır və bəzən aşağı salınma adlanır. Almaniyadakı Schacht Asse II və Gorleben duz qübbələri sırf passiv duz quruluşuna nümunədir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Duş (Bünab)
Duş (fars. دوش‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (203 ailə).
Sıх dovşanalması
İvan Nevistiç
İvan Nevistiç (rus. Ivan Nevistić; 31 iyul 1998, Dyakovo, Osiyek-Baranya jupaniyası[d]) — Xorvatiya Futbol Liqasının "GNK Dinamo Zaqreb" klubunda qapıçı kimi çıxış edən xorvatiyalı peşəkar futbolçu. == Klub karyerası == Nevistiç karyerasına "Dyakovo" klubunda başlayıb, 2015-ci ilin iyununda isə "Riyeka"nın gənclər komandasına qoşulub. O, ilk peşəkar müqaviləsini həmin klubla 2016-cı ilin iyununda imzalamışdır. Nevistiç peşəkar olaraq ilk illərinin çoxunu icarə əsasında "Varajdin" klubunda keçirib. O, burada bir mövsüm keçirmiş və 32 matçda oynamışdır. 2018-ci ilin iyulunda Nevistiç "Riyeka" ilə 4 illik yeni müqavilə imzalayıb. Elə həmin il Nevistiç Sloveniyanın "Mura" klubuna icarəyə verilir və o, burada sadəcə ehtiyat qapıçı kimi 1 oyunda iştirak edir. "Riyeka" klubu 2020–21 UEFA Avropa Liqasında öz qrupunda sonuncu yeri tutduğuna görə Nevistiç qrup mərhələsindəki hər hansı digər qapıçıdan daha çox seyv (19) etmişdir. == Beynəlxalq karyera == Nevistiç Xorvatiyanın U-14-dən U-20-ə qədər gənclərdən ibarət müxtəlif milli komandalarında çıxış edib.
Əl-Məcisti
Əl-Məcisti (ərəb. المجسطي‎) — Ptolemeyin kitablarından biri. 140-cı ildə yazılmışdır. "Əl-Məcisti" kitabının yalnız ərəbcə tərcüməsi bizə gəlib-çatmışdır.
Buş-dü-Ron
Buş-dü-Ron (fr. Bouches-du-Rhône, oks. Bocas de Ròse) — Fransa departamenti, Provans-Alp-Kot-d'Azur regionunun departamentlərindən biri. Sıra nömrəsi — 13. İnzibati mərkəzi — Marsel. Əhalisi — 2 000 550 nəfər (2010). == Coğrafiya == Sahəsi — 5087 km². == Tarix == Buş-dü-Ron, 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı yaranan ilk departamentlərindən biri. Keçmiş Provans ərazisində yerləşən, lakin 1793-cü ildə sərhədlər dəyişdirildi. Buş-dü-Ron, inqilab üçün çox əlverişli və çox aktualdır: 1794-cü ilin sonunda departamentdə 90 nəfər kahinlərin 50% -i ruhanilərin vətəndaş konstitusiyasını qəbul etməyi qəbul edir..
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.