Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
Misost Kamberdiyev
Misost Kamberdiyev (oset. Хъамбердиаты Бимболаты фырт Мысост; 10 (23) iyun 1909, Kardjin[d], Şimali Osetiya Muxtar Vilayəti[d] – 5 dekabr 1931) — Osetin şairi. Az torpaq kasıbı olan bir kəndlinin oğlu. Məktəbi bitirdikdən sonra Vladiqafqaz, Mozdok, Ardonda oxumuşdur. 1930-cu ildə Moskvadakı fəhlə sənət fakültəsinin ədəbi şöbəsini bitirir. Vətəninə qayıtdıqdan sonra redaktorluq və ədəbi işə başlayır. 1931-ci ildə 22 yaşında ağciyər vərəmindən dünyasını dəyişir. Vladiqafqazda Osetiya kilsəsinin yanında dəfn edilir. Osetiya ədəbiyyatının banisi Kosta Xetaqurovun, Vladiqafqazın uzun müddət bələdiyyə başçısı olan Qappo Bayevin və Osetiyanın digər nəcib insanlarının yanında dəfn edilmişdir. Uşaqlıqdan şeir yazmağa başlayır.
Nikos Anastasiadis
Nikos Anastasiadis (yun. Νίκος Αναστασιάδης; 27 sentyabr 1946[…], Pera Pedi[d], Limasol rayonu[d]) — 2013-cü ildən 2023-cü ilə qədər Kipr Prezidenti. Anastasiadis ixtisasca hüquqşünasdır və "Nicos Chr. Anastasiades & Partners" hüquq firmasının qurucusudur. Afina Universitetində hüquq təhsili aldı və London Universitet Kollecində gəmiçilik hüququ üzrə aspiranturanı bitirdi. Universitetdə oxuduğu müddətdə Afinada yerləşən və Georgios Papandreu tərəfindən yaradılan Mərkəz koalisiyasının üzvü idi. 1971-ci ildə Andri Mustakudi ilə evləndi və iki qızı var. Əkiz qardaş və bacısı var. Anastasiadis ailəsi iki dəfə viza proseduru ilə ittiham olunub. 2001-ci ildə əkiz qardaşı Pambos Anastasiadis "çəhrayı viza", yəni qeyri-qanuni fahişəxanalarda işləyən əcnəbi qadınlar üçün iş icazəsi saxtalaşdırmaqla bağlı qalmaqaldakı roluna görə 18 ay həbs cəzasına məhkum edildi.
Nikos Maxlas
Nikos Maxlas (16 iyun 1973[…], İraklion) — futbolçu. Karyerasının üç ilini "Vitess"ə həsr edən Nikos Maxlas komandası üçün dövrünün əvəzedilməz siması olub. Çıxış etdiyi 36 ayda "Vitess"in uğurları üçün 60 qol vuran yunan hücumçu az iş görməyib və insafən deyək ki, müsbət imic formalaşdırıb. Vurduğun qolların böyük hissəsi 1997/1998-ci illər mövsümünə (34 qol) təsadüf edir. Bir il sonra onun "Ayaks"a transfer edilməsi uzun müddət gündəmdən düşmədi. Hətta "Vitess" rəhbərliyi Maxlasın komandadan getməsinin əleyhinə idi. Amma yekun qərar qəbul edən futbolçu 1999-cu ildə "Ayaks"la razılığa gəlib. Transferin məbləğini isə 7,5 milyon dollar təşkil edib. Ki, "Ayaks"ın indiyə qədər transferə sərf etdiyi ən böyük məbləğdir. Amsterdam klubu hələ heç vaxt futbolçu gətirilməsinə bu qədər pul xərcləməyib.
Nikos Pulanzas
Nikos Pulanzas (yun. Νίκος Πουλαντζάς, ing. Nicos Poulantzas, 21 sentyabr 1936, Afina – 3 oktyabr 1979, XIII arondisman (Paris)) — yunan-fransız marksist sosioloq və politoloq. O, Lui Altüsserlə yanaşı, öz baxış sistemində ortodoksal leninizmi qramşizm və avrokommunizmi birləşdirən strukturalist marksizmin əsas nümayəndələrindən biridir. Məqalələrini fransız dilində yazmışdır. İspaniya, Portuqaliya və Yunanıstanda dövlət, sosial siniflər, faşizm və diktatura rejimlərinin süqutu ilə bağlı araşdırmaları ilə məşhurdur. O, qaradərili polkovniklərin yunan xuntasına qarşı mübarizədə iştirak edib (1967-1974), Yunanıstan Kommunist Partiyasının Stalin əleyhinə qanadının üzvü olub, onun ideyaları onun davamçılarına — Sinaspizmos və Siriza partiyalarına təsir edib. Pulanzas varlı bir ailədə anadan olub. O, Afina Universitetində hüquq təhsili alıb, sonra Fransaya köçüb və burada hüquq fəlsəfəsi üzrə doktorluq dissertasiyasını müdafiə edib. Pulanzas hələ Yunanıstanda olarkən Kommunist Partiyasının siyasi cəbhəsi olan və vətəndaş müharibəsindən sonra fəaliyyəti qadağan edilmiş Birləşmiş Demokratik Sol Partiyasına qoşuldu.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Nikos Xristodulidis
Nikos Xristodulidis (yun. Νίκος Χριστοδουλίδης; 6 dekabr 1973, Yeroskipu[d], Kipr Respublikası) — Kipr yunan siyasətçisi, 2023-cü ildən Kipr Respublikası Prezidenti. O, əvvəllər 2018–2022-ci illərdə xarici işlər naziri və 2014–2018-ci illərdə hökumət sözçüsü vəzifələrində çalışmışdır. O, siyasətə gəlməmişdən əvvəl akademik və karyera diplomatı olmuşdur. O, prezident seçkilərinin birinci turunda 32,04% səslə qalib gəlmiş, bundan sonra onu hazırkı prezident Nikos Anastasiadis dəstəkləmişdir. Sonradan 48,08% Andreas Mavroyannisə qarşı 51,92% səslə ikinci turda qalib gəlmişdir.
Arjeles-Qazost (rayon)
Arjeles-Qazost (fr. Argelès-Gazost) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Pireney. Suprefektura — Arjeles-Qazost. Rayon əhalisi 2006-cı ildə 39 595 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəfər / km². Rayon ərazisi — 1,300 km².