NİKBİN

sif. [ fars. ] Həyatdan razı, şən, ümidli, gələcəyə inanan, gələcəyi yaxşı görən; optimist (bədbin əksi). Nikbin adam.
– Niyaz ruhdan düşməmişdi, o yenə nikbin idi. M.Hüseyn.
[Haşım] yaşının 100-ə yaxınlaşmasına baxmayaraq olduqca nikbindir. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİKBİN NİKBİN Nikbin hisslər ürəyimi bürüyürdü (Çəmənzəminli); OPTİMİST Pyesdən sonra Qorki optimist adı ilə vidalaşa bilər (Çəmənzəminli)

Antonimlər (əks mənalı sözlər)

  • NİKBİN NİKBİN – BƏDBİN Aslan düşərgədə də belə xəyalpərvər və nikbin idi (S.Vəliyev); Həsən təbiətin bədbin və hövsələsiz bir adamı idi (Çəmənzəminli)

Etimologiya

  • NİKBİN Bin hissəsi farsca didən (görmək) feilinin qrammatik əsasıdır, nik “yaxşı” de­məkdir. Antonimi “bədbin”dir
NİKBƏT
NİKBİNCƏSİNƏ

Digər lüğətlərdə