Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Katsuzo Nişi
Katsuzo Nişi (yap. 西 勝造, 1884–1959) ー yapon mühəndisi və Aikido ustası. 1927-ci ildə o, Yaponiyada ilk metro layihəsinin - Tokio metrosunun aparıcı texniki mühəndisi olmuş, həmçinin öz sağlamlıq sistemini yaratmışdır. == Həyatı == Katsuzo gənc yaşlarından sağlamlığı uğrunda mübarizə aparmağa məcbur olub. Katsuzonun dünyada mövcud olan demək olar ki, bütün sağlamlıq və profilaktik tibb nəzəriyyələrini uzun illər diqqətlə öyrənməsi və sınaqdan keçirməsinin sonradan onun öz müalicə üsullarını yaratması ilə nəticələndi. Aikido müəllimi kimi Nişi aikido ilə məşğul olanları Sağalma Sistemi ilə tanış etdi. Nəticədə, Qızıl Balıq məşqi (kingyō undō, 金魚運動) kimi müəyyən məşqlər aikidoya daxil edildi və aikido ilə məşğul olanlar öz sağlamlıqlarının qayğısına qalmaq üçün yeni bir yanaşma tətbiq etdilər.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır.Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 126 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
Nıso
Nıso — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 90 nəfərdir. == Toponimiyası == Keçmişdə kəndi Milə də adlandırmışlar. Oykonim Nıso variantında da qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi talış dilindəki nıso (gündüşməz, quzey) sözündən hesab edirlər.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka).
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
İsi
İsi (keçmiş adları İsibəy və Bəykəndi) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, Lənkəran ovalığındadır. Keçmiş adı İsibəy olmuşdur. Yaşayış məntəqəsi İsibəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali tərəfindən Bəykəndi də adlanırdı. Sovet hakimiyyəti illərində oykonimin tərkibindəki "bəy" sözü atılmışdır. == Əhalisi == === Tanınmışları === Mir Kazım Aslanlı (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Achinoam Nini
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Ağıl dişi
Ağıl dişi — insanlarda adətən 17–25 yaşlarında çıxan azı dişidir. İlk insanlar bir çox bitki növüylə qidalanırdılar və gün ərzində ehtiyac duyduqları bütün qidaları almaq üçün kafi miqdarda bitkini, kifayət qədər sürətli şəkildə yeməyə məcbur idilər. Bu səbəblə, daha geniş bir ağzı daha məhsuldar etmək üçün əlavə bir sıra azı dişimiz mövcud idi. Sellülozanın bədən tərəfindən kafi şəkildə həzm qabiliyyətindən məhrum olunduğu üçün bu xüsusilə lazımlı idi. Təkamül ərzində seçimlər etdikcə qidalar dəyişdi, çənə yeni vəziyyətə uyğunlaşaraq kiçildi və üçüncü azı dişlər lazımsız hala gəldi. İndiki vaxtda bəzi insanlarda ağıl dişlərinin çıxması tamamilə dayanmışkən, bir sıra insanlarda isə 100% nisbətində bu dişlər çıxmaqdadır.
Dişi ayıdöşəyi
Dişi ayıdöşəyi (lat. Athyrium filix-femina) — qalxansız cinsinə aid bitki növü.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir.Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Kazumi Kişi
Kazumi Kişi (d. 25 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Kişi fahişəliyi
Kişi fahişəliyi — ödəmə qarşılığında cinsi xidmətlər göstərən kişilərin praktikasıdır. Bu seks işinin bir növüdür. Müştərilər istənilən cinsdən olsalar da, əksəriyyəti kişilərdir. Qadın fahişələrlə müqayisədə, kişi fahişələr tədqiqatçılar tərəfindən çox az öyrənilmişdir.Kişi fahişələr üçün istifadə olunan terminlər ümumiyyətlə qadınlar üçün istifadə edilənlərdən fərqlənir. Bəzi şərtlər müştəri və ya iş metoduna görə dəyişir. Bu fahişəliyin qanunsuz yada qadağan olunduğu yerlərdə də, kişi fahişələrin öz işlərini xidmət haqqı qarşılığında, çılpaq modelliklə və ya rəqs, bədən masajı və ya digər seksual xidmətlər göstərirlər. Beləliklə, bir kişi eskort, gigolo (qadın müştəriləri nəzərdə tutan), kirayə oğlanı, hustler (ictimai yerlərdə xahiş edənlər üçün daha çox yayılmışdır), model və ya masajçı kimi adlandırıla bilər . Özünü gey və ya biseksual hesab etməyən, lakin kişi ilə pul qarşılığında cinsi əlaqəyə girən bir insana bəzən ödəniş qarşılığında qey və ya ticarət deyilir.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kişi sünnəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Lisi gölü
Lisi gölü (gürc. ლისის ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin şimal-qərbində yerləşən göl. Dəniz səviyyəsindən 624 metr yüksəklikdə yerləşir. Sahəsi 0,47 km²-dir. Dərinliyi 4 metrdir. Suyun həcmi 1,22 mln km³-dir. Göl əsasən yağış, qar və yeraltı sulardan qidalanır. Ən yüksək səviyyəyə yaz aylarında, ən alçaq səviyyəyə isə payız aylarında çatır. Yayda suyun istiliyi maksimum 28 °C olur. Qışda göl bəzən donur.
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.