Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nissan
Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. == Modellər == === Minik Vasitələr === Nissan 350Z Nissan Micra Nissan Qeydə Nissan Almera Nissan Primera === Ərazi Vasitələri === Nissan X-Trail Nissan Pathfinder Nissan Murano Nissan Patrol Nissan Qashqai === Ticari Vasitələr === Nissan Cabstar Nissan Atleon Nissan NT500 Nissan Navara Nissan Pick-up == Nissan-Renault Əməkdaşlığı == "Nissan" 1990-cı illərdə maliyyə krizisindən xilas olmaq məqsədi ilə 27 mart 1999-cu ildə Renault ilə bir güc birliyi razılaşması imzaladı. Razılaşmaya görə Renault Nissanın idarə hissəsini satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosnu təyin etdi.
Nisuaz
Nisuaz salatı (fr. salade niçoise)-Fransanın Nitsa şəhərinin milli salatıdır. Təzə tərəvəzlər, soyutma yumurta, ançous balığı və zeytun yağından hazırlanır. Həmçinin salata limon suyu və ya şərab uksusu əlavə edilir. Salatın yaranması haqqında isə söyləyirlər ki, onun hazırlanması zamanı məşhur xorioqraf Corc Balançin iştirak etmişdir. Nitsanın keçmiş meri Jak Medesenin fikrinə görə Nisuaz salatına düyü, kartof, yaşıl lobya, soyutma tərəvəzlər qatmaq olmaz.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Nissa:The Plant List saytında takson barədə məlumat.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. == Əhali == == Qalereya == == Məşhur nitralılar == Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüsseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr == Qardaşlaşmış şəhərlər == İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer == İstinadlar == == Xarici keçidlər == Internetseite der Stadt Nitra NitraLive!
Ammonium nitrat
Ammonium nitrat – NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur. == Tarixi == İlk dəfə 1659-cu ildə İohan Qlauber tərəfindən kəşv edilmişdir. == Fiziki xassələri == Ammonium nitrat ağ kristal maddədir. Suda çoxyaxşı həll olur: 100 q buzlu (oC) suda 118,3 qram, 20oC-də 192 qram, 30oC-də 241,8 qram, 50oC-də 384 qram, 80oC-də 580 qram, 100oC-də 871 qram. Həmçinin, ammonium nitrat ammonyak, piridin, metanol, etanolda həll olunur. Detonasiyanın sürəti 2570 m/s. Normal atmosfer təzyiqində NH4NO3 kristalları üçün bir neçə modifikasiya mövcuddur. Adi şəraitlərdə rombik kristallik qəfəs stabildir. O, 32,2oC-dən yuxarı temperaturda digər rombik, parametrləri kəskin dəyişmiş formaya keçir. 82,2oC-dən yuxarı temperaturda tetraqonal, 125,8oC-dən yuxarı temperaturda kubik forma stabildir.
Berilium nitrat
Berilium nitrat - Be(NO3)2 formuluna malik kimyəvi birləşmədir. Berilium və nitrat turşusunun orta duzudur. == Fiziki xassələri == Berilium nitrat – bərk kristal maddədir. Suda yaxşı həll olunur (107 q/100 ml 20 0C –də). Birləşmə müxtəlif tərkibli kristalhidratlar şəklində mövcuddur. Qatı HNO3 əlavə edildikdə Be(NO3)2•4H2O və ya [Be(H2O)4](NO3)2) tetrahidrat sulu məhlullardan ayrılır. Be(NO3)2•3H2O trihidrat (xüsusilə 54% HNO3 olan məhlullardan kristallaşır) və Be(NO3)2•2Н2O dihidrat da məlumdur. == Alınması == Berilium nitratı berilium oksid və ya berilium hidroksidin nitrat turşusu ilə və ya mübadilə reaksiyası zamanı almaq olar: B e O + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + H 2 O {\displaystyle {\mathsf {BeO+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+H_{2}O}}} B e ( O H ) 2 + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Be(OH)_{2}+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+2H_{2}O}}} B e S O 4 + B a ( N O 3 ) 2 ⟶ B e ( N O 3 ) 2 + B a S O 4 {\displaystyle {\mathsf {BeSO_{4}+Ba(NO_{3})_{2}\longrightarrow \ Be(NO_{3})_{2}+BaSO_{4}}}} == Kimyəvi xassələri == Berilium nitrat digər nitratlar kimi mübadilə reaksiyalarının əksəriyyətinə daxil olur. Qələvi metalların karbonatları, sulfidləri və ammonium ilə reaksiyaya daxil olaraq berilium hidroksid alınır: B e ( N O 3 ) 2 + N a 2 S + 2 H 2 O ⟶ B e ( O H ) 2 + H 2 S + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}S+2H_{2}O\longrightarrow Be(OH)_{2}+H_{2}S+2NaNO_{3}}}} B e ( N O 3 ) 2 + N a 2 C O 3 + H 2 O ⟶ B e ( O H ) 2 + C O 2 + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}CO_{3}+H_{2}O\longrightarrow \ Be(OH)_{2}+CO_{2}+2NaNO_{3}}}} Berilium nitrat sulu məhlullarda qismən hidrolizə uğrayır və əsası nitrat alınır: B e ( N O 3 ) 2 + H 2 O ⟷ B e ( O H ) N O 3 + H N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+H_{2}O\longleftrightarrow Be(OH)NO_{3}+HNO_{3}}}} 1000 0C –də termiki parçalanma baş verir və berilium oksid,oksigen, azot oksidləri alınır: 2 B e ( N O 3 ) 2 ⟶ 2 B e O + 4 N O 2 + O 2 {\displaystyle {\mathsf {2Be(NO_{3})_{2}\longrightarrow \ 2BeO+4NO_{2}+O_{2}}}} == Tətbiqi == Əvvəllər, elektrik işıqlandırmanın geniş yayılmadığı dövrdə berilum nitratı, qaz ilə işləyən lampaların qapaqlarını hazırlamaq üçün istifadə edirdilər. == İstinadlar == Неорганическая химия.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzudur. == Təbiətdə tapılması == Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. == Fiziki xassələri == Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. == Alınması == Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Mislav Sever
Mislav Sever (d. 15 dekabr 1994) — Xorvatiyalı üzgüçü. Mislav Sever Xorvatiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mislav Sever birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.61 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 34-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Nissan Navara
Nissan Navara — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadaki Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Nissan Pathfinder
Nissan Pathfinder — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1985-ci ildən bu günə kimi istehsal olunan krossover avtomobil. Bu günə kimi dörd nəsil avtomobillər istehsal olunub. Mövqesi Murano və Armada ya Patrol modelləri arasında olsa da, qiyməti Xterra və Murano arasındadır.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Nissan Primera
Nissan Primera — Nissan avtomobil istehsalçısının D sinfinə məxsus avtomobil ailəsi. Sedan, hetçbek və universal banlarla istehsal olunur.
Nissan Teana
Nissan Teana — 2003-cü ildən istehsal olunmaqa başlanmlşdır. 2005-ci ilə qədər sükanı ancaq sağ tərəfdə istehsal olunmuşdur. Nissan Teananin 2.3jm modelləri 2003–2005 illərdə istehsal olunmuşdur. sonradan isə 2005-dən sukani sol tərəfdə olan nissan teanalar istehsal olunmağa başladı. Cox rahat və ekanomik maşındır. Nissan Teana 2.0,2.3,2.5,3.5 mühərrik həcmində istehsal olunmuşdur. At gücü isə 173 at gücüdür. Əsil BİZNES-CLASS aftomobildir.
Nistan (Sərdəşt)
Nistan (fars. نستان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 686 nəfər yaşayır (113 ailə).
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Nişbaş çayı
Nişbaş (özb. Nishboshsoy, Нишбошсой) — Özbəkistanın Daşkənd vilayətində dağ çayı. Çay Ahanqaran rayonu ərazisinə daxildir və Ahanqaran çayının sol qoludur. Çay yuxarı axarlarında Qaşqaçay adlanır (özb. Qashqasoy/Қашқасой), orta axarlarında isə — Layak adlanır (özb. Loyaksoy). == Ümumi məlumat == Çayın uzunluğu 30 km, su toplayıcı hövzənin sahəsi isə — 180 km²-dir. Çay əsasən qar və yağış suları ilə qidalanır. Çayın orta illik su sərfi 2,55 m³/s-dir. Mart ayından iyuna kimi su həcmi 3,52 m³/s-dən 8,66 m³/s-dək artır.Nişbaş öz başlanğıcını Kuramin silsiləsinin şimal ymacalarından götürür.
Nızrava (Salmas)
Nızrava və ya Nəzərabad (fars. نظراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 619 nəfər. yaşayır (107 ailə).
Qallium nitrat
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
İbrahim Nişvan
İbrahim Nişvan (12 iyun 1997) — Maldiv adalarını təmsil edən üzgüçü. İbrahim Nişvan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İbrahim Nişvan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.72 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nişava çayı
Nişava çayı (bolq. Нишава; serb. Нишава / Nišava) — Bolqarıstan və Serbiyada çay. Cənubi Moravanın sağ qolu. Çayın uzunluğu - 218 km-dir. Cənubi Moravanın ən uzun qoludur. == Coğrafiyası == Nişava mənbəyini Bolqarıstanın qərbində Stara Planina adlanan Balkan dağlarında, Kom dağının şərqində (2106 m), Serbiya ilə sərhədə yaxın Gintsi kəndi yaxınlığından götürür. Çayın yuxarı axını bəzən Gintsi kəndinin adı ilə Ginska adlanır. Qodeç şəhərinin yaxınlığından axır, sonra Razboişte kəndindən keçir, sonra dərə əmələ gətirir. Dərədən çıxdıqdan sonra sərhəddəki Kalotina kəndinə çatır və sonra Serbiya ərazisindən axır.
Brassica nigra subsp. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.