nistatin 2021
nisyə
OBASTAN VİKİ
Aləm-i Nisvan
Aləm-i Nisvan — düynyadakı ilk türk-müsəlman qadın jurnalıdır. Qadınlar dünyası mənasına gəlir. Ərəb əlifbasından istifadə edərək Krım tatar dilində 1906–1912 arasında Krımda nəşr edilmişdir. Baş redaktorluğunu İsmayıl Qaspiralının qızı və AXC-nin qurucularından olan Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olan Şəfiqə Qaspiralı (1886–1973) etmişdir. == Tarixi == Müsəlman qadın jurnalının nəşr edilməsi fikri XIX və XX əsrin önəmli Krım tatar nəşriyyatçısı və ziyalısı İsmayıl Qaspiralının həyat yoldaşı Zöhrə Akçurina-Qaspiralının təklifi ilə ortaya çıxmışdır. Qadınların bu məsələdəki istəkləri Tərcüman qəzetinin səhifələrində müxtəlif dövrlərdə gündəmə gətirildi və ayrı bir jurnal yayımlandı. Zöhrə Akçurina-Qaspiralı 1887-ci ildə Tərbiyə adlı qadın jurnalı çıxartma cəhdi etdi, daha sonra 1891-ci ildə Qaspiralı Qadın qəzetinə iki ayda bir əlavə icazəsi istədilər. Ancaq tələb rus səlahiyyətli şəxsləri tərəfindən qəbul edilmədi. Nəhayət, 1905-ci ildə inqilabdan sonra nəşriyyatın sərbəstləşdirilməsindən sonra yeni jurnal nəşr edildi. Jurnalın ilkin hədəfi müsəlman qadınları maarifləndirmək idi.

Digər lüğətlərdə