Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nistan (Sərdəşt)
Nistan (fars. نستان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 686 nəfər yaşayır (113 ailə).
Jissak
Jissak (fr. və oks. Gissac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12109. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 77 yaş arasında (15-64 yaş arasında) 59 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,6%, 1999-cu ildə 78.5%).
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 186 nəfərdir. == Toponimiyası == Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. == Tarixi == Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Nissan
Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. == Modellər == === Minik Vasitələr === Nissan 350Z Nissan Micra Nissan Qeydə Nissan Almera Nissan Primera === Ərazi Vasitələri === Nissan X-Trail Nissan Pathfinder Nissan Murano Nissan Patrol Nissan Qashqai === Ticari Vasitələr === Nissan Cabstar Nissan Atleon Nissan NT500 Nissan Navara Nissan Pick-up == Nissan-Renault Əməkdaşlığı == "Nissan" 1990-cı illərdə maliyyə krizisindən xilas olmaq məqsədi ilə 27 mart 1999-cu ildə Renault ilə bir güc birliyi razılaşması imzaladı. Razılaşmaya görə Renault Nissanın idarə hissəsini satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosnu təyin etdi.
Nistaqm
Nistaqm (yun. nystagmos — mürgü, mürgüləmə) — göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti. Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s.-dən patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur.
Nisuaz
Nisuaz salatı (fr. salade niçoise)-Fransanın Nitsa şəhərinin milli salatıdır. Təzə tərəvəzlər, soyutma yumurta, ançous balığı və zeytun yağından hazırlanır. Həmçinin salata limon suyu və ya şərab uksusu əlavə edilir. Salatın yaranması haqqında isə söyləyirlər ki, onun hazırlanması zamanı məşhur xorioqraf Corc Balançin iştirak etmişdir. Nitsanın keçmiş meri Jak Medesenin fikrinə görə Nisuaz salatına düyü, kartof, yaşıl lobya, soyutma tərəvəzlər qatmaq olmaz.
Niutao
Niutao (ing. Nui) — Tualu adalarının şimal-qərbində yerləşən mərcan adası. Tualu dövlətinin inzibati vahidliyini təşkil edir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Niutao adasının uzunluğu 1,6 km-dir. Adada çoxlu sayda quru bitkilər və manqrov ağacları vardır. Ətrafını mərcan rifləri büsbütün örtmüşdür. == Tarixi == Niutao 1825-ci ildə Obed Starbak balina ovlayan gəmi kapitanı tərəfindən kəşf edilir. == Əhalisi == 2002-ci ildə Nui adasının əhalisi 663 nəfər təşkil etmişdir. Yaşayış məntəqələri — Kulia (224 nəf.) və Teava (439 nəf.).
Pittak
Pittak (yunanca: Πιττακός , latınca: Pittacus; e. ə. 650-ci illər, Mitilini – e. ə. 570-ci illər) — Yunanıstanın yeddi müdrikindən biri sayılır. Pittak E.ə. 650 — E.ə. 570 -ci illər arasına yaşamışdır. == Həyatı == Lesbos adasının Mitilena şəhərində frakiyalı ailəsində anadan olmuşdur. Qardaşı Alkeylə birləşib Lesbos adası tiranı Melanxrı taxtdan salıb ada əhalisinin böyük hörmətini qazanmışdır.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Sistan
Sistan (fars. سیستان‎ [siːˈstɒːn]), əvvəllər Sakastan, Saklar ölkəsi), ya Zərəng Böyük İran torpaqlarından biridir ki, İranda, Əfqanıstanda və kiçik bir hissəsi Pakistanda yerləşir. Bəzi dövrlərdə ``Ruxaj (mərkəzi Qəndəharda) və Zəbulistan (mərkəzi Qəzni) də Sistanın bir hissəsidir. nəzərdən keçirilmiş və hətta Zabulistan və Sistan sinonim kimi istifadə edilmişdir. == Tarixi == Bizim eradan əvvəl I minilliyin birinci yarısında Midiyanın tərkibində idi. === Səfərilər sülaləsi === Səfərilərin mərkəzi bu gün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. == Adı == Drangiana, Araxosiya: Zərəng su və dəniz ölkəsi deməkdir ki, bu torpağa Hamun gölü münasibəti ilə verilmişdir və yerli adı Sistandır. Qədim yunan tarixçiləri də Hirmandın aşağı hissəsində yerləşən torpağın Araxosia (Rhojj və Davar diyarı) olduğunu və Zarın çoxlu yaşayış məntəqələri, çaylar və tarlalar saldığı üçün saçlarının parlaq rənginə görə Zərəng adını da vermişlər.
Çistay
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Insta
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəçilərə filtrlərlə redaktə edilə bilən və hashtaglar və coğrafi etiketləmə ilə təşkil edilə bilən media yükləməyə imkan verir. Yazılar açıq şəkildə və ya əvvəlcədən təsdiqlənmiş izləyicilərlə paylaşıla bilər. İstifadəçilər digər istifadəçilərin məzmununu teqlər və yerlər üzrə nəzərdən keçirə və trend olan məzmuna baxa bilərlər. İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər. Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdudiyyətlər 1080 pikselə qədər artırılaraq yüngülləşdirilib.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə, tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır. Niks Roma mifologiyasında Noks olaraq bilinir.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Nissa:The Plant List saytında takson barədə məlumat.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Tista
Tista ( ing. Teesta Teesta, nep. टिस्ता खोला - "Tista Khol", benq. তিস্তা নদী তিস্তা নদী - "Tista Nodi"), Hindistan və Banqladeşdəki çaydır və Brahmaputranın bir qoludur. Keçmiş Knyazlığın əsas su yolu idi və hazırda Hindistanın Sikkim əyaləti, öz mikroiqlimi ilə Himalayadakı dərin bir vadidən keçərək bütün dövlətə axır. Müəyyən dərəcədə Sikkim və Qərbi Benqal dövlətləri arasındakı sərhədi təşkil edir, sonra Qərbi Benqal və Banqladeşdən keçərək Brahmaputraya axır. == Cari == Tibetlə sərhəddəki Sikkimin çox şimal-şərqindəki Tista buzlaqından qidalanan Khangchung gölündən axır. Yuxarıda Çombo adlanır ( ing. Chombo Çombo ). Əvvəlcə qərbə, Sikkimin şimal sərhədi boyunca axır, sonra cənuba dönür və dövləti demək olar ki, yarısında kəsir.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
İştar
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
İştah
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Biştab (Əhər)
Biştab — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 12 km. cənub-şərqdədir.