Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Novik adası
Novik — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şimal-şərq qurtaracağında yerləşən Qvardeysev burnundan 600 m şimalda yerləşir. Dairəvi formaya malikdir. Diametri 250 m təşkil edir. Sahillərində dərinlik 43 metrdir. Ada 1962-ci ildə II panq kreyseri olan «Novikin» şərəfinə adlandırılmışdır.
Novil İsmayılov
Novil İsmayılov (1952 - 2024) — Azərbaycanlı futbol hakimi Novil İsmayılov Gəncə şəhərini təmsil edən veteran futbol hakimidir və 2019-cu ildə AFFA-nın təqaüdünə layiq görülmüşdür. O, 80-cı illərdə SSRİ yüksək liqasında Rüstəm Rəhimov və Gülağa Cabbarov ilə birlikdə hakimlik etmişdir. O, futbol hakimliyi ilə yanaşı uzun illər Gəncə şəhərində məşqçi kimi çalışmış və fəxri bədən tərbiyəsi işçisi olub.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Novı-Sonç
Novı-Sonç (pol. Nowy Sącz; mac. Újszandec; idiş Tzanz, צאנז‎; ukr. Новий Сонч; alm. Neu-Sandez‎) — Polşanın cənubunda şəhər. XIII əsrdə salınmışdır.
Növi (Alye)
Növi (fr. Neuvy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03200. 2008-ci ildə əhalinin sayı 1578 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1112 nəfər (15-64 yaş arasında) arasında 794 nəfər iqtisadi fəal, 327 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 74.5%) olmuşdur. Fəal olan 794 nəfərdən 753 nəfər (382 kişi və 371 qadın), 41 nəfər işsiz (19 kişi və 22 qadın) idi. Fəal olmayan 327 nəfər arasında 134 nəfər şagird və ya tələbə, 149 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Novıye Matı (Bakalı)
Novıye Matı (başq. Яңы Маты, rus. Новые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 21 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (62 %) üstünlük təşkil edir.
Növil-syür-Uaz
Növil-sür-Uaz (fr. Neuville-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 1.433 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-qərbdə, Serji belediyyənin 3 km şimal-qərbdə yerləşir.
Növil-sür-Uaz
Növil-sür-Uaz (fr. Neuville-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — l'Otiy. Əhalisi — 1.433 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimal-qərbdə, Serji belediyyənin 3 km şimal-qərbdə yerləşir.
Novı Dvor Krolevski
Novı Dvor Krolevski (pol. Nowy Dwór Królewski) — Polşanın mərkəzi hissəsində bir kənddir.
Novı mir (qəzet)
Novı mir (rus. Новый мир) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. == Tarixi == İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.
Hovil
Hovil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.Hovil kəndi dəniz səviyyəsindən təxminən 800 metr hündürlüyündə malikdir Hətta Hovil kəndində çoxlu balağlar və şəlalələr vardır. Fransız səyyahı "Aleksandr Duma" Qafqaz Səfəri Bakı əsərində Hovil kəndin gözəlliyindən və Hovil kəndinin sakinlərinin qonaqpərvər olduğunu təsvir etmişdir == Əhalisi == Əhalisi 303 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Hiyovil kimi tələffüz edilir.
Nokia
Nokia — Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biri. Öz məlumatlarına görə dünya mobil telefon bazarındakı payı 39% təşkil edir. Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir. Nokianın dünyanın bir çox ölkələrində tədqiqat və inkişaf mərkəzləri, istehsalat obyektləri və satış məntəqələri yerləşir. 2009-cu ilin dekabrına olan məlumata görə Nokianın dünyanın 16 ölkəsində tədqiqat mərkəzləri yerləşir və həmin mərkəzlərdə 37 200 nəfər işləyir. Bu rəqəm şirkətin ümumi işçi sayının təxminən 30%-ni təşkil edir. Nokia Tədqiqat Mərkəzinin 7 ölkədə — Finlandiya, Çin, Hindistan, İsveçrə, Keniya, ABŞ və Böyük Britaniyada nümayəndəlikləri var. Şirkətin ümumilikdə 15 zavodu fəaliyyətdədir. Finlandiyada və Çində 3, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Meksika, Hindistan, Macarıstan və Rumıniyada isə 1 zavodu yerləşir. 2004-cü ildə Nokia Finlandiyanın ÜDM-nin 3,5%-ni təşkil edirdi, 2003-cü ildə isə Nokianın ixracatı Finlandiyanın ümumi ixracatının 25%-i qədər idi.
Noqir
Noqir (Oset. Ногир) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Noqirski kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. Noqir kəndi Priqorodnı rayonunun şimal hissəsində, Terek çayının sol sahilində yerləşir və faktiki olaraq onun şimal ətrafı kimi Vladiqafqaz şəhəri ilə birləşir. Qəsəbə torpaqları ilə həmsərhəddir: cənubda Vladiqafqaz, şimalda Alxaçurt, şimal-şərqdə Mixaylovskoye və şərqdə Zavodski. Noqir sözü osetin dilindən tərcümədə Yeni Osetiya (Oset. Ног Ир) deməkdir. Oktyabr inqilabından əvvəl Noqir kəndini yerində çar hərbi təlim poliqonu yerləşirdi. Müasir Noqir kəndi 1921-ci ildə əvvəllər Xristianovskoye kəndində (indiki Diqora şəhəri) məskunlaşmış Cənubi Osetiya qaçqınları tərəfindən qurulmuşdur. Kənddəki ilk məktəb 1930-cu illərin sonlarında inşa edilmişdir.
Noric
Noric və ya Norviç (ing. Norwich) — Böyük Britaniyada, İngiltərədə şəhər. Norfolk qraflığında yerləşir və regionun inzibati mərkəzidir. XI əsr ərzində Norviç İngiltərədə Londondan sonra ikinci ən böyük şəhər idi. Sənaye inqilabına qədər Noric İngiltərənin ən sıx məskunlaşmış qraflığının paytaxtı olmuşdur. 2011-ci il siyahıyaalınmasına görə Noric 213,166 nəfər əhalisi var. 2012-ci ilin mayında Noric İngiltərənin ilk YUNESKO Ədəbiyyat Şəhəri seçilmişdir.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Norviç
Noric və ya Norviç (ing. Norwich) — Böyük Britaniyada, İngiltərədə şəhər. Norfolk qraflığında yerləşir və regionun inzibati mərkəzidir. XI əsr ərzində Norviç İngiltərədə Londondan sonra ikinci ən böyük şəhər idi. Sənaye inqilabına qədər Noric İngiltərənin ən sıx məskunlaşmış qraflığının paytaxtı olmuşdur. 2011-ci il siyahıyaalınmasına görə Noric 213,166 nəfər əhalisi var. 2012-ci ilin mayında Noric İngiltərənin ilk YUNESKO Ədəbiyyat Şəhəri seçilmişdir.
Növcü
Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Növhə
Növhə (ərəb. نوحة‎, fars. نوحه‎‎) — elekiya xarakterli qədim matəm nəğməsi. Növhə sözü ərəb dilindən gəlir, "hüznlü nəğmə", "ağı" deməkdir. Erkən orta əsrlərdən Yaxın və Orta Şərqə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Məzmunca mərsiyəyə yaxındır. Ənənəyə görə matəm mərasimlərində cənazə yanında mərsiyədən əvvəl qadınlar növhə oxuyardılar. "Şəbih" tamaşalarında da növhələr oxunmuşdur.
Follas novas
"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu. == Haqqında == Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur. Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir. Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra" və "As viuvas dos vivos e as viuvas dos mortos". "Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb.
Grga Novak
Grga Novak (2 aprel 1888 – 7 sentyabr 1978) — görkəmli xorvat tarixçisi, arxeoloq və coğrafiyaçısı, 1958-1978-ci illərdə Yuqoslaviya Elmlər və İncəsənət Akademiyasının prezidenti. == Haqqında == Xvar adasında doğulub və Zaqreb universitetinin qədim tarix üzrə profeessoru olub. 1946-1947-ci illərdə həmin universitetin rektoru olub. Xorvatiyada novator arxeoloji tədqiqatları və Dalmatiya, Split, Dubrovnik, Xvar və Adriatik adalarının tarixi üzrə məqalələri ilə tanınır. Grga Novak Zaqreb, Praqa və Vyanada tarix, arxeologiya və coğrafiya üzrə təhsil alıb və 1913-cü ildə doktorluq elmi dərəcəsi almışdır. 1920-ci ildən o Skopyedə Fəlsəfə Fakültəsində (sonradan Belqrad Universitetinin bir hissəsi olub) dərs deyib. 1924-cü ildə Zaqreb Universitetinə getmiş və 1959-cu ilə qədər qədim tarix üzrə dərs demişdir. Doktor Novak 1939-cu ildən Yuqoslaviya Elmlər və İncəsənət akademiyasının üzvü, 1958-ci ildən 1978-ci ilə kimi isə prezidenti olub. == Əsərləri == Novak, Grga (1977). Mletačka uputstva i izvještaji.
Hovik Abrahamyan
Ovik Arqamoviç Abraamyan (erm. Հովիկ Աբրահամյան; 24 yanvar 1958, İmanşahlı, Qəmərli rayonu) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016) == Tərcümeyi-halı == 1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət. 13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib. Ermənistan Respublika Partiyasının üzvüdür. == İctimai obrazı == Abraamyanın ləqəbi — "Muk"dur (erm. Մուկ), tərcümədə "siçan" deməkdir. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib. 2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir", " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır" and "an unsophisticated thug" whose "instincts are not progressive". və ""hissləri mütərəqqi olmayan başkəsəndir". Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdi.