NOVİD
NOVİYYƏ
OBASTAN VİKİ
İrina Novinskaya
İrina Petrovna Novinskaya — nasir, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1959), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972). == Həyatı == İrina Novinskaya 1923-cü il iyunun 12-də Azərbaycanın Hacıqabul stansiyasında qulluqçu ailəsində anadan olmuşdur. Tbilisi şəhərində orta məktəbi bitirmişdir (1930–1941). Gürcüstan Bədaye Akademiyasının qrafika fakültəsinin ikinci kursunda ikən İkinci Dünya müharibəsi başladığından Sovet ordusu sıralarına könüllü daxil olmuş, topçular polkunda, xüsusi rabitə batalyonunda, hava hücumuna qarşı müdafiə ordu qərargahında hərbi xidmətdə olmuşdur (1942–1945). Tərxis olunduqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1946–1951). "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı kimi jurnalistlik fəaliyyətinə başlamışdır. Sonra "Bakinskiy raboçiy" qəzeti redaksiyasında təbliğat və təşviqat şöbəsinin xüsusi müxbiri olmuşdur. Həmin vaxtdan ilk hekayələrini və Azərbaycan ədəbiyyatından tərcümələrini dövri mətbuatda çap etdirir. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin üzvü, Mətbuat Yeniliyi Agentliyinin müxbiri olmuşdur. Bakı şəhəri və Səbayel rayonu zəhmətkeş deputatları Sovetlərinin deputatı seçilmişdir (1971–1979).
испога́нивать напружи́ниться распа́ужение стира́ние ушно́й хи́нди бессты́дничать о́птик успокои́тельность жюри ball up dock-glass homograph overgate plough-tree resinification Sheraton unimpressive взмокнуть коридорный кудрявый мак опрометчивый равноценность спотыкаться