Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Rosilla
Dyssodia (lat. Dyssodia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Boebera Willd. Rosilla Less. Syncephalantha Bartl.
Yoşioka Yayoy
Yoşioka Yayoy (吉岡 彌生, 29 aprel 1871 – 22 may 1959, Setaqaya) – Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru. Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır. 1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur. Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi. İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır. 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır. Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir. Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır. İlk ildə məktəbin cəmi 4 tələbəsi var. Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir.
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir. Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür.
Brayan Kobilka
Brayan Kobilka – (30 may 1955, Litl-Fols (şəhər, Minnesota), Minnesota) amerikalı kristalloqraf, “G zülalı ilə əlaqəli reseptorlar üzərində apardığı tədqiqatlara görə” 2012-ci il Kimya üzrə Nobel Mükafatı laureatı (Robert Lefkoviç ilə bərabər), ABŞ Milli Elmlər Akademiyasının üzvü (2011-ci ildən), tibb elmləri doktoru, Stenford Universitetinin professorudur. == Bioqrafiyası == Brayan Kobilka 30 may 1955-ci ildə Little Falls şəhərində anadan olmuşdur. O, Minnesota ştatının Dulut Universitetini bitirmiş və orada bakalavr dərəcəsi almışdır. Daha sonra Yel Universitetinin Tibb Fakültəsini yüksək göstəricilərlə oxuyaraq fərqlənmə diplomu ilə başa vurmuşdur. Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Fakültəsində rezidenturanı bitirdikdən sonra Dyuk Universitetində Robert Lefkoviçin rəhbərliyi altında tədqiqatçı kimi işə başlamışdır. Orada β2-adrenergik reseptorların klonlaşdırılmasını həyata keçirmişdir. 1989-cu ildə Stenford Universitetiə köçmüşdür. 1987-2003-cü illər arasında Hovard Hughes Tibb İnstitutunda elmi işçisi kimi işləmişdir. Brayan Kobilka, G zülalı ilə əlaqəli reseptorların strukturu və funksionallığı ilə bağlı aparmış olduğu tədqiqatları ilə məşhurlaşmışdır. Xüsusilə, B.Kobilka qrupu β2-adrenergik reseptorların molekulyar strukturunu təyin edə bilmişdir.
Sanco Nosaka
Sanzo Nosaka
Sanzo Nosaka (野坂 参三, Nosaka Sanzō, 30 mart 1892, Hagi[d] – 14 noyabr 1993, Tokio) — Yaponiya yazıçısı, redaktoru, əmək təşkilatçısı, kommunist agenti, siyasətçisi və universitet professoru, Yaponiya Kommunist Partiyasının qurucusu. Sanzo Nosaka 30 mart 1892-ci il tarixində Yaponiyanın Hagi şəhərində anadan olmuşdur. O, 1922-ci ildən Yaponiya Kommunist Partiyasının (YKP) üzvüdür. Nosaka 1922–1928-ci illərdə əmək federasiyasında işləmiş, inqilabi fəalliyyətinə görə gəbs cəzasına məhkum edilmiş, 1930-cu ildə azadlığa buraxılmışdır. O, 1930-cu ildən YKP Mərkəzi Komitəsinin üzvüdür. Nosaka 1932-ci ildən Moskvaya göndərilmiş, Kominterndə YKP-nin nümayəndəsi olmuş, Kominternin VII konqresində (1935) Kommunist İnternasionalının İcraiyyə Komitəsiin (KİİK) və KİİK Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1940-cı ildə Çinə köçmüş, yapon xalqının azadlıq cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Nosaka 1946-cı ildə Yaponiyaya qayıtmışdır. Burada o, YKP MK, MK Siyasi Bürosunun və Katibliyinin üzvü, 1955-ci ildə YKP MK Rəyasət heyətinin üzvü seçilmişdir. Nosaka 1958–1982-ci illərdə YKP MK sədri idi.
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Nosaka Avtomat Muzeyi
Nosaka Avtomat Muzeyi (野坂オートマタ美術館, Nosaka Otomato Bicutsukan) – Yaponiyanın Şizuoka prefekturasının İto şəhərində yerləşən və avtomat mexanizmlərə həsr olunmuş muzey. == Ekspozisiya == Nosaka Avtomat Muzeyi 18 mart 2000-ci ildə avtomat kolleksiyaçısı Masao Nosaka tərəfindən açılmışdır. Muzey avtomat mexanizmlərə həsr olunmuşdur. Dünyanın yeganə avtomat mexanizmlər muzeyidir. Burada XVIII və XIX əsrlərdə Avropa mühəndisləri və saatsazları tərəfindən hazırlanmış avtomatlar sərgilənir. Muzeydə kitabxana və mağaza yerləşir. Muzeyin videokolleksiyasına avtomatların hərəkətlərini, səslərini və ifadələrini əks etdirən videomateriallar daxildir. Muzey iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə giriş, bilet köşkü, məlumat masası, mağaza, sərgi və nümayiş guşələri, kafe yerləşir. İkinci mərtəbədə avtomat mexanizmlər düzəltmiş Mişel Bertranın İsveçrədəki studiyasının replikası, avtomat sərgisi və "Üç təlxək" adlı avtomatlar yerləşir.
ZSU-23-4 Şilka
23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksi (rusca:Зенитная Самоходная Установка; ЗСУ-23-4 «Ши́лка») yüngül zirehlə və radar sistemi ilə təchiz edilmiş olan SSRİ istehsalı özüyeriyən zenit-raket kompleksidir. 1960-cı illərdə ZSU-57-2 özüyeriyən zenit-raket komplekslərinin yerini alması üçün yaradılmış və adını Rusiyada axan Şilka çayından götürmüşdür. 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik topa sahibdir. İstehsalçı: SSRİ İstehsalçı fima: MMZ (Mıtişçi adına Maşın Zavodu) Tip: Özüyeriyən zenit-raket kompleksi İstehsal tarixi: 1964 – 1982 Xidmətə giriş ili: 1965 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 6500 ədəd Ağırlığı: 21 ton Uzunluğu: 6.535 mm Eni: 3.125 mm Hündürlüyü: 2.576-3.572 mm Klirens: 0.4 m Zireh qalınlığı: 9.2–15 mm qalınlıqda yayılmış polad Tüstü bombaları Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.5 m Divar dağıtmaq: 0.7 m Qalxma dərəcəsi: 30º Motor: V-6R dizel, sıralı altı silindr, 4 gedişatlı havasız inyeksiya sistemli su ilə soyudulan 20 litrlik dizel At gücü: 280 at gücü Güc nisbəti: 14.7 at gücü/ton Yanacaq çəninin tutumu: 520 litrl Mənzili: 450 km Dayandırılması (Asqı tipi): hidravlik amortizatorlu fərdi burulma bar Maksimal sürət: 50 km/saat (şosedə), 30 km/saat (yolsuzluq şəraitində) Gediş məsafəsi: 450 km (şosedə), 300 km (yolsuzluq şəraitində) Yanacaq çəninin tutumu: 520 litr 100 km məsafədə yanacaq sərfiyyatı: 80 litr (şosedə), 130 litr (yolsuzluq şəraitində) 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik top Kalibr: 23x152 mm Lülənin qalxma bucağı: -4º... +85º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 980–1000 m/s Atış tezliyi: 3400-4000 atış/dəqiqədə Hədəfi məhvetmə hündürlüyü: 0.5–2 km Hədəfi məhvetmə uzaqlığı: 0.2–2.5 km Atəş məsafəsi: 3 km Mərmi sayı: 2000 ədəd Mərmi növü: zirehdələn-yandırıcı-izburaxan (БЗТ), qəlpəli-fuqaslı-yandırıcı (ОФЗ), qəlpəli-fuqaslı-yandırıcı-izburaxan (ОФЗТ), – 8 ədəd 72 mm çapında 9K38 “İgla” daşına bilən yer-hava tipli zenit-raket kompleksi Kalibr: 72 mm Uzunluğu: 1680 mm Raketin ağırlığı: 10.6 kq Döyüş başlığının çəkisi: 1.3 kq Döyüş başlığı: Qəlpəli-fuqaslı İdarəetmə sistemi: Spekt infraqırmızı görüntüləmə (İİR) Raketin başlanğıc sürəti: 570 m/s Uçuş hündürlüyü: 3 km Atəş məsafəsi: 6 km Hədəfin sürəti: 320–360 metr/saniyə Hədəfi məhvetmə hündürlüyü: 0.10–3.5 km Hədəfi məhvetmə uzaqlığı: 5 km Raket 6 saniyədə konteynerə yerləşdirilə və sistem 13 saniyədə növbəti atışa hazır ola bilər.