Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir. Cuğa karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmişdir.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Nuxa
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüsser. Populyar müğənni. == Biografiya == 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
Unqa
Unqa adası (ing. Unqa, aleut. Uĝnaasaqax) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Yerli əhalisi aleutlar olmuşdur. Hal-hazırda adada yaşayış yoxdur. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarının ən böyüyüdür. Sahəsi 442,188 km²-dir buda onu ABŞ-nin 35-ci ən böyük adası edir. İrkutsk taciri İvan Beçevin tərəfindən təşkil edilən 1760-1762-ci illərdə balıq ovu ekspedisiyasının üzvləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə rus səyyatı İvan Kruzenşternin hesabatında qeyd edilir. Yepiskop İnnokenti “Unalaşkinski departamentinin adaları haqqında qeydlər” əsərində adanı bu adla qeyd etmişdir.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Antonio Nusa
Antonio Eromonsele Nordbi Nusa (17 aprel 2005) — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu. == Karyerası == Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir. Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır. O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir.Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır. 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Şəxsi həyatı == Nusa Norveçdə anadan olmuşdur.
Arundo naga
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. == Tarixi == V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.Hələ XIX əsrin I yarısında, Qroznı şəhərindən bir qədər aralıda, Xanqala dərəsində hərbi qala var idi.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri.Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi.Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Cuğa karvansarası
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.
Cuğa körpüsü
Cuğa körpüsü- Azərbaycanın XII-XIII əsrlərə aid memarlıq abidəsi. Bu körpü Arazın üstündə karvan yolu istiqamətinə uyğun salınmış və onun yanlndakı Çuğa şəhəri bu səbəbdən iri ticarət qovşağına çevrilmişdir. Müasir Culfa şəhəri yaxınlığında dar bir dərədə qədim Cuğa şəhərinin xarabaları qalmışdır.Araz çayı üzərində Cuğa körpüsünün salınması ilə şəhərin beynəlxalq ticarət yolu üzərində böyük mərkəz kimi əhəmiyyəti artmışdır.Körpünün xarabaları dövrümüzədək gəlib catmışdır.Hazırda Cuğa körpüsünün yalnız 5 dayağı qalmışdır.Birinci istisna olmaqla,bütün dayaqlar pis vəziyyətdədir.Bunlar üzlüyü tökülmüş çaydaşı hörgüsü qalıqlarıdır.Salamat qalmış sahil dayağının suya baxan səthində 4 sıra dairəvi boşluqları olan körpü tağının dabanı görünür. == Cuğa şəhəri == Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.