Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Kursk
Kursk — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Kuros
Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir. Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir. Kurosun qadın forması kora adlanır. == Etimologiyası == Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.
Göy öskürək
Göyöskürək — kəskin antroponotik hava-damcı bakterial infeksiyası, tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyi. Ən xarakterik əlaməti paroksismal spazmodik öskürəkdir. İki yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. 1950-ci ilə qədər peyvəndin geniş tətbiqindən əvvəl, göyöskürək uşaqlar arasında ən çox yayılmış xəstəliklərdən biri idi. Peyvənd xəstəliyin qarşısını alır, lakin peyvənd edilmiş insanlar bakteriyaların daşıyıcısı ola bilər və onu peyvənd olunmamış insanlara ötürə bilirlər, nəticədə sonuncular hələ də xəstəliyin inkişaf riski altındadır. == Xəstəliyin törədicisi == Göyöskürək xəstəliyini Borde-Janqu bakteriyası törədir (ilk dəfə 1906-cı ildə onu təsvir edən belçikalı alim J. Borde və fransız alimi O. Jangın şərəfinə adlandırılmışdır) (Bordetella pertussis). Ananın antitellərinə görə anadangəlmə immunitet inkişaf etmir. Yoluxuculuq (təmasda olduq yoluxma ehtimalı) 90% -dir. 1937-ci ildə göyöskürək çöpünə bənzər bir mikroorqanizm, parapertussis çubuğu təcrid olundu. Bu mikroorqanizmin yaratdığı xəstəlik yüngül öskürəyin forması kimi davam edir, lakin göyöskürəyə qarşı immunitet qoymur.
Maqdalena Oqurek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Typhlodromips oguroi
Kursk Döyüşü
Kursk Müharibəsi (Almaniyanın verdiyi kod adı: alm. Unternehmen Zitadelle‎ (Hisar Hərəkatı); rus. Курская битва) — İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi hücumdur. İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşmışdır. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücumdur. Döyüş nəticəsində Sovet qələbəsi Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır. "Kursk Çıxıntısı", Almanların Stalinqraddakı məğlubiyyəti sonrasındakı Sovet hücumu və Alman Üçüncü Xarkov döyüşü əks-hücumu nəticəsində meydana gəlmişdi. Almanlar, çıxıntını şimal və cənub qanadlarından kəsərək cəbhəni qısaltmağı və Qırmızı Ordu birliklərini mühasirəyə alaraq yeni bir böyük zəfər əldə etməyi ümid edirdilər. Ancaq Sovet ordusunun Hitlerin planları haqqında yaxşı bir kəşfiyyat məlumatı vardı. Digər yandan almanlar, başda Tiger I və Panther tankları olmaqla yeni silahların gəlməsini gözləyərək hücumu təxirə salırdılar.
Kursk vilayəti
Kursk vilayəti (rus. Курская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kurçatov (Kursk)
Kurçatov — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Masaşi Oquro
Masaşi Oquro (d. 4 may 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 5 qol vurub.
Mine Okubo
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.
Okros qalası
Okros qalası (gürc. ოქროს ციხე) — Adigen bələdiyyəsində, Samtsxe-Cavaxeti bölgəsinin cənubundakı Şoqa kəndinin şimalında orta əsrə aid qala. Tarixi Kvabliani vadisində, əlçatmaz qayalıqda yerləşir. Qala XVI əsrin Gürcüstan-Osmanlı qarşılaşmalarında görkəmli olaraq tanınır və adının türkcəsi Altunkala kimi bilinir. 2007-ci ildə Okros qalası Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət abidələri siyahısına yerləşdirilmişdir. Okros qalası XIII əsrin sonlarında və ya XIV əsrin əvvəllərində inşa edilmişdir. Mesxeti prinsliyinin Cakeli sülaləsinin sahib olduğu əsas istehkamlardan biri olmuşdur. Kvabliani vadisindəki hakim mövqeyinə görə qala 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Osmanlı ordusunun hücum etdiyi Samtskinin mühafizəsində mühüm rol oynamışdır. Bura Şahzadə Dedisimedinin Osmanlı komandiri ilə sülh müqaviləsini müzakirə etməzdən əvvəl özünü möhkəmləndirdiyi yer idi. Vilayətin son Osmanlı fəthindən sonra qala Altunkala adı ilə tanınmış və rayonun mərkəzi olmuşdur.
Yoşito Okubo
Yoşito Okubo (9 iyun 1982[…], Fukuoka prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 60 oyun keçirib, 6 qol vurub.
Kursk əməliyyatı
Kursk Müharibəsi (Almaniyanın verdiyi kod adı: alm. Unternehmen Zitadelle‎ (Hisar Hərəkatı); rus. Курская битва) — İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi hücumdur. İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşmışdır. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücumdur. Döyüş nəticəsində Sovet qələbəsi Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır. "Kursk Çıxıntısı", Almanların Stalinqraddakı məğlubiyyəti sonrasındakı Sovet hücumu və Alman Üçüncü Xarkov döyüşü əks-hücumu nəticəsində meydana gəlmişdi. Almanlar, çıxıntını şimal və cənub qanadlarından kəsərək cəbhəni qısaltmağı və Qırmızı Ordu birliklərini mühasirəyə alaraq yeni bir böyük zəfər əldə etməyi ümid edirdilər. Ancaq Sovet ordusunun Hitlerin planları haqqında yaxşı bir kəşfiyyat məlumatı vardı. Digər yandan almanlar, başda Tiger I və Panther tankları olmaqla yeni silahların gəlməsini gözləyərək hücumu təxirə salırdılar.
Oruro (Boliviya)
Oruro və ya Uru Uru — Boliviyada 264.683 əhalisi olan bir şəhərdir (2012), Altiplanoda La Pas və Sukrenin təxminən ortasında , dəniz səviyyəsindənn təqribən 3.709 metrə (12.169 ft) yüksəklikdə yerləşir. Santa Kruz de la Sierra, El Alto, La Pazls ve Koçabambadan sonra Boliviyanın əhalisinə görə ən böyük beşinci şəhəridir. Oruro Departmanının paytaxtı və Oruro Roma Katolik Yepiskopluğunun mərkəzidir . Oruro, başta qalay , volfram , gümüş olmaqla mədən sənayesinə olan asılılığı səbəbiylə iqtisadiyyatında eniş və çıxışlar olmuşdur Şəhə, 1 noyabr 1606-da Don Manuel Castro de Padilla tərəfindən Urus bölgəsində bir gümüş mədəni mərkəzi olaraq quruldu.Bu əsnəda İspaniya hökümdarı III. Philip-dən sonra Real Villa de San Felipe de Austria adını aldı . Bir müddət başarılı oldu, ancaq sonunda gümüş mədənləri tükənəndə tərk edildi. Oruro, on doqquzuncu əsrin sonlarında Avropalı ​​Boliviyalılar tərəfindən bir qalay mədənçiliyi mərkəzi olaraq yenidən quruldu. Adını yerli qəbilə Uru-Urudan almışdır . Bir müddət üçün, La Salvadora qalay mədəni dünyadakı ən önəmli qalay qaynağıydı. Yavaş-yavaş, bu qaynaq daha az bol hala gəldikcə, Oruro yenidən düşüşə keçdi. İqtisadiyyatı hələ də mədən sənayesinə dayanmaqdadır.
Qanadabənzər kürək
Qanadabənzər kürək (ing. scapula alata) – ön dişli əzələni innervasiya edən uzun döş sinirinin zədələnməsi nəticəsində yaranan deformasiyadır.
Kursk AES
Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq. Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır. Stansiyada 5 mindən çox insan çalışır. 2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir. == Yerləşməsi == Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir. Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir. == Mədəniyyətdə == 2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Газета трудового коллектива Курской АЭС Vikianbarda Kursk AES ilə əlaqəli mediafayllar var.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Yamanoue no Okura
Yamanoue no Okura (təq. 660 – təq. 733) — Yapon şairi. Yamanoue no Okura 660-cı ildə anadan olub. Onun məxsus olduğu Nara dövrünün poeziyası hələ bir qədər sadəlövh, təmiz lirika yapon zəmini ilə çox yaxın olan, mifologiyaya yaxın, eyni zamanda Çin mədəni modelinə uyğun yaradılan poeziya nümunələri idi. O, yapon poeziyasının ilk müəllifi məlum olan nümunələrini yaradan beş məşhur yapon şairindən biri idi. İlk yapon lirikasında “uzun nəğmələr” əsas yer tuturdu ki,bunlar da öz başlanğıcını xalq himnlərindən və ağılarından almışdı. Onun poeziyasının üslub xüsusiyyətləri digər yapon şairlərindən çox seçilir. Yamanoue no Okura savadlı adam olmuş, Çin dilini öyrənmiş, Çin fəlsəfəsinə bələd olmuş, Çin dilində şeirlər yazmışdır. Yamanoue no Okura bir müddət Çində yaşamışdır.