Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borgia ailəsi
Borgia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir. Borgia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borgia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borgia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və ensest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Medici, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu. == Ailə üzvləri == === Alfonso de Borgia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458) === Borgia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borgia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Bergia
Berqiya (lat. Bergia) — elatinaceae fəsiləsinə aid bitki cinsi.
Cordia
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Foggia
Focca (it. Foggia) — İtaliyanın Puglia regionunda bir şəhər, bələdiyyə vahidi və Focca vilayəti adını daşıyan vilayətin mərkəzidir. İtaliyanın ana buğda yetişdirmə sahəsi olan Tavoliere ovasındaki ən əhəmiyyətli şəhər olub bu səbəblə ümumiyyətlə əkinçiliyə əsaslanan bir məskunlaşma mərkəzidir. Focca şəhəri Katolik Kilsəsi başpiskoposluk mərkəzidir. 1999-cu ildə yeni olaraq 7 fakültəli bir dövlət universiteti "Üniversità degli Studi di Foggia" qurulmuşdur və bu anda 10.000 şagirdi olmuşdur.
Irqıl
Irqıl - türk və altay mifologiyasında əfsanəvi şaman. Arqıl Xan olaraq da bilinir. Şamanların atası olaraq qəbul edilir. Üç il əvvəl ölənləri belə dirildir, korların gözünü açar. İzah edildiyinə görə o qədər güclüdür ki, heç bir tanrını tanımaz. Tanrı Ayığ Xan onu yanına çağırtdıraraq bu gücü haradan aldığını soruşur. O da, heç bir uca güc tanımadığını və etdiklərinin öz gücü ilə olduğunu söyləyərək tanrıya qarşı hörmətsizlik edər. Bunun üzərinə Ayığ Xan, Irqılı atəşə attırarak yaktırar. Onun etdiyi bu atəş digər gələcək kamlar ruhlarını yaradır. Türk ayin və mərasimlərinin təməllərini atan adam olaraq da bilinər.
Krigia
Krigia (lat. Krigia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
ORCID
ORCID və ya Open Researcher and Contributor ID (ingilis dilindən "Tədqiqatçı və iştirakçının açıq identifikatoru") — elm adamları və akademik şəxsiyyətləri bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq sistemdir. Bu sistem qısaca olaraq "ORCID" adlanır. İngilis dilində tam adı "Open Researcher and Contributor ID"dir. Azərbaycan dilində o "Azad tədqiqatçılar və yazarların ID kodu" kimi xarakterizə edilir. == Həmçinin bax == ResearchGate Academia.edu AcademyGate Metafizika Jurnalı == İstinadlar == == Xarici keçidlər == Rəsmi saytı Məlikov.
Ogygia
Acianthera (lat. Acianthera) — qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Origin
Origin — istifadəçilərə internet üzərindən videooyunlar almaq və yükləmək imkanı verən, Electronic Arts şirkətinin bir qolu olan rəqəmsal satış platforması. 3 iyun 2011-ci il tarixində EA Mağazası Origin olaraq dəyişdirilmişdir. Origin, profil idarəetmə, oyun proqramı istifadə edərək dostlarla söhbət etmək, Facebook, Xbox Live və PlayStation Network ilə inteqrasiyalı sosial xidmətlərdən istifadə edir. Steam ilə rəqabət vəziyyətinə gətirmək güman edilir. Hal-hazırda oyunların avtomatik güncəllənməsi, buludda oyun gedişatının sinxronizasiyası, quraşdırılmış canlı dəstək funksiyaları var. == Komponentlər == === Origin Store === Mağaza istifadəçilərə Electronic Arts oyun kataloqundan oyunlara baxmaq, almaq və yükləmək imkanı verir. === Origin Mobile === Electronic Arts, proqramın mobil qurğular üçün nəzərdə tutulmuş platformanı da işə salmağı planlaşdırır və nailiyyətlər hər iki platformada sinxronizasiya ediləcək. Bir çox xidmətlər pulsuz olacaq. == Tarixçə == 2011-ci ilin əvvəlində, rəqəmsal satış xidmətlərinin dəyəri ilə bağlı fikir ayrılıqlarından sonra, Electronic Arts gözlənilən Battlefield 3 videooyununu Steam platformasına buraxmamaq qərarına gəldi. Bundan əlavə, EA Dragon Age 2 və Crysis 2 oyunlarını da Steam mağazadan çıxartmağı lazımi hesab etdi.
Origo
Origo (azərb. Mənşə‎) — Macarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yoçi Papai "Origo" mahnısı ilə Macarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Qaraçı musiqisinin zəngin şəkildə təbliğ edildiyi mahnı ifaçı tərəfindən bəstələnmişdir.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] == Haqqında == Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Qorgi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Qorgias
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Örvin
Örvin (ing. Irvine, şot.kelt Irbhinn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Andrea Doria
Andrea Doria (30 noyabr 1466 – 25 noyabr 1560) — Cenevizli admiral və condottieri. 1538 dəki Preveze Dəniz döyüşünə Barbaros Xeyrəddin Paşanın əmrindəki Osmanlı Donanmasıyla döyüşən Müqəddəs İttifaq donanmasına rəhbərlik etmişdir. == Gəncliyi == Onegliada doğuldu. Ailəsi Cenovanın köklü ailələrindən Dorialardan gəlirdi. Hər ikisi də Doria ailəsindən gələn Andrea Coeva və Maria Caracosa'nın oğlu. Anasının ölümünün ardından 19 yaşındakı Andrea Romaya göndərildi. Ailənin daha köhnə bir qolundan gələn qohumu Dominikan Doria Papa VIII Innokentinin əmrindəki papalıq gözətçi birliyində kapitan idi. Burada bütün hərbi təlimlərdəki üstün müvəffəqiyyəti səbəbindən sürətli bir şəkildə yüksəldi. VIII Innokentinin ölməsindən sonra papa seçilən xələfi VI Aleksander Doria ailəsinin iddialı olmasından məmnun deyildi. Gənc Andrea beləcə Dominikin tövsiyəsinə uyğun gələrək hərbi karyera istəyən zadəganların başvurabiləcəyi ən yaxşı məktəb olaraq qəbul edilən Dük Urbinonun sarayına müraciət etdi.
Argiya (okeanida)
Argiya(yun. Ἀργεία) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, qardaşı çay tanrısı İnaxın arvadı və Foroneyin anası.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Arsia dağı
Arsia dağı — Marsda vulkan. Planetin ekvatora yaxınlığında Tharsis çöküntüsündə üç vulkan Tharsis cənubunda yerləşir. Şimalına Pavonis dağı , şimaldan isə Askraus dağı yerləşir. Günəş sistemindəki ən yüksək vulkan, Olmpus Dağı, şimal-qərbindədir. Onun adı Giyovanni Siparelli tərəfindən ardıcıl Roman Arsiya Silvanın meşəsindən sonra adını verdiyi bir xəritədə müvafiq albedo xüsusiyyətindən gəlir. == Quruluş == Arsia Dağı zirvəsində nisbətən aşağı yamacda və kütləvi olan bir qalxan vulkandır. Üç Tarsis dağı vulkanının cənub hissəsi ekvatorun cənubundakı yeganə böyük Tarsis vulkanıdır. Vulkan 435 kilometr (270 mil) diametri, təxminən 20 km (12 mil) yüksək (ətrafdakı ovalardan 9 kilometr (5,6 mil) yuxarıda) ) və zirvə 110 km (72 mil) geniş. Zirvədə 107 Paskaldan aşağı atmosfer təzyiqi aşağı olur. Olmpus dağı istisna olmaqla, həcm baxımından ən böyük bilinən volkan.
Badra İrgit
Badra Üjüneyoğlu İrgit (Tuva türkcəsi: Бадра Үжүней-оглу Иргит, d. 10 fevral 1919 – 4 avqust 1984) - Tandı Tuva ölkəsi, Ambın kojununda (indiki Tes-Hem bölgəsi) Çırqalandında anadan olmuşdur. Tuva türklərindən olan yazıçı, nasir. İlk tuvalı uşaq yazıçısı olan Badra İrgit XX əsr Tuva ədəbiyyatının ən böyük nümayəndələrindən hesab edilir.. Tuva Arat Respublikasının Yazıçılar Birliyinin ilk üzvlərindən biridir. == Həyatı == İrgit 10 fevral 1910-cı ildə Tandı Tuva Ambın vilayətində Çırqalandı adlı yerdə anadan olmuşdur. Oxuma-yazmanı Samaqalday Buda düşüncəsi məbədində öyrənmişdir. Kiçik yaşlardan etibarən xarratlıq, əkinçilik etmişdir. 1929-cu ildə Tıvanın inqilab ordusunda xidmət etmişdir. Arat İnqilab Ordsuunun Kiçik Komandanlar Məktəbini bitirib, Moskvanın Frunze adına Hərb Akademiyasında və Sovet Partiya Məktəbində təhsil almışdır.
Beatriz Ortiz
Beatriz Ortiz (d. 21 iyun 1995) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Beatriz Ortiz, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Bergia ammanioides
Ammaniyayabənzər berqiya (lat. Bergia ammanioides) - berqiya cinsinə aid bitki növü.