Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Orlean
Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir. Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. == Oğlan və Kişilik == Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Dieqo Forlan
Dieqo Forlan (19 may 1979[…], Montevideo) ― 19 may 1979-cu ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olmuşdur. Uruqvaylı futbolçudur. Uruqvay Premyer Liqasında mübarizə aparan Penarol klubunun 10 nömrəli futbolçusudur. Karyerası ərzində iki dəfə İspaniya La Liqasının "Piçiçi" mükafatına layiq görülmüşdür. İki dəfə "Qızıl buts" mükafatına qazanmışdır.
Fikrət Orman
Fikrət Orman (d. 1967, İstanbul, Türkiyə) — türkiyəli iş adamı, Beşiktaş klubunun 33-cü prezidenti. == Həyatı == Fikrət Orman 1967-ci ildə İstanbulda anadan olub. Işık litseyinin məzunu olub. Yıldız Texniki Universiteti və Florida Universitetinin mühəndislik fakültəsini bitirib. İngiliscə bilir.
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osm. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsilli olub-olmaması bilinmir.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Orban (Salmas)
Ürəban (fars. اوربان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,003 nəfər yaşayır (181 ailə).
Orhan Baltacı
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Orlat oymağı
Orlat oymağı — Cəlayır elinin böyük qollarından biri. == Tarixi == Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu. Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.
Orlean (rayon)
Orlean (fr. Orléans) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare. Suprefektura — Orlean. Rayon əhalisi 2006-cı ildə 419 1166 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 142 nəf / km². Rayon ərazisi — 2946 km².
Orlean Universiteti
Orlean Universiteti (fr. Université d'Orléans) — Fransa Respublikasının Orlean şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == 1306-cı ildə yaradılmış Orlean Universiteti Fransanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.
Orman Əliyev
Orman Çingiz oğlu Əliyev (30 avqust 1980, Bakı) — Azərbaycanlı kinoprodüser, rejissor, Bakı Media Mərkəzinin icraçı direktoru, Avropa Film Akademiyasının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == Əliyev Orman Çingiz oğlu 30 avqust 1980-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Azərbaycanın tanınmış şairi, bədii ədəbiyyatın tərcüməçisi və nasir Çingiz Əlioğludur. Orta təhsilini Bakı şəhərindəki 8 saylı məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissoru ixtisasına daxil olub, 2001-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə həmin universitetdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsini də fərqlənmə diplomu ilə başa vurub. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2000-2001-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkətində rejissor assistenti olaraq işləyib. 2001-2004-cü illərdə Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirib. 2005-2006-ci illərdə İctimai Televiziyada rejissor vəzifəsində çalışıb.
Orqan (biologiya)
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Orqan (dəqiqləşdirmə)
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orqan (insan)
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur. == Orqanlar sistemi == Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem; Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem; İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem; Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem; Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem; Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem; Əzələ sistemi — əzələlərdən ibarət sistem; Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Orqan (musiqi)
Orqan (lat. organum; q.yun. ὄργανον - alət) — klavişli nəfəs aləti. Böyük konsert orqanları bütün digər musiqi alətlərindən daha böyükdür. Orqan dizaynı müxtəlif uzunluqlu və diametrli külək boruları, havanın vurulması üçün qurğu, klaviaturalı konsol və trakt üzərində qurulub. Orqanın səs orijinallığı hər bir alət üçün dəsti fərdi olan xüsusi tembrlərlə (“ registrlər ”) müəyyən edilir. == Tarixi == Orqan ən qədim musiqi alətlərindən biridir. Hugo Riman hesab edirdi ki, orqanın əcdadı qədim Babilə gedib çıxır (e.ə. 19-cu əsr): “Körük boru vasitəsilə şişirilmiş, əks ucunda isə, şübhəsiz ki, qamış və bir neçə deşik olan boruları olan bir gövdə var idi” . Orqan embrionunu Pan fleytası, Çin şeni və digər oxşar alətlərdə də görmək olar.
Orxan Sultanov
Orxan Sedyar oğlu Sultanov (1977, Bakı) — general-polkovnik, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi (2015-ci ildən). == Həyatı == Orxan Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə I Katibi vəzifəsində çalışıb. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olub. == Fəaliyyəti == Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.General-mayor Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilmişdir.General-leytenant Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-polkovnik" ali hərbi rütbəsi verilmişdir. == Təltif və mükafatları == General-mayor Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilmişdir.
Orxan Süleymanov
Orxan Oruc oğlu Süleymanov (10 iyun 1990, Saloğlu, Ağstafa rayonu – 2020, Mandılı, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Süleymanov 1990-cı il iyunun 10-da Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Hərbçi ailəsində böyüyən Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda "N" saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib.
Orxan Səfərov
Orxan Səfərov (d. 11 avqust 1991) — Azərbaycanlı cüdoçu. Orxan Səfərov 2013-cü ildə Rio-de-Janeyro şəhərində Dünya Çempionatında bürünc, 2015 və 2016-cı ildə Avropa Çempionatlarında isə gümüş medal qazanıb. Orxan Səfərov 2015-ci ildə Bakı şəhərində baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb. O, həmçinin Azərbaycanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Orxan Səfərov 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Orxan Səfərov 11 avqust 1991-ci ildə anadan olub. Orxan Səfərov cüdo idman növündə ilk uğurlarını 2009-cu ildə qazandı. O, gənclər arasında Azərbaycan Çempionatında gümüş medal qazandı. Ümumi olaraq Orxan Səfərov cüdo karyerası ərzində World Masters və Qran-Pri yarışlarında 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.