Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Pavlik Morozov
Pavlik Morozov (rus. Павел Трофимович Морозов; 14 noyabr 1918 — 3 sentyabr 1932, Gerasimovka, Turinsk qəzası, Tobolsk quberniyası) — sovet rəsmi təbliğatında Sovet hakimiyyətinin ilk dövründə qolçomaqlarla mübarizədə düzgünlüyün və prinsipiallığın gənc simvolu. Sovet dövründəki rəsmi iddiaya görə babası və əmisi tərəfindən atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyinə görə qətlə yetirilmişdir. Postsovet dövründə atasını satan satqın uşaq kimi xarakterizə edilməyə başlandı. Son dövr araşdırılması nəticəsində onun ölümünün ideoloji mübarizə ilə heç bir əlaqəsinin olmadığı, sadəcə ailə dramının qurbanı olduğu aydınlaşdırılmışdır. O heç zaman pioner olmamış, atasının qolçomaq olduğunu iddia etməmiş, atasının məhkəmə prosesində dedikləri tam təhrif edilmiş, ölümü obyektiv araşdırılmamışdır. Ölümü mətbuata düşdükdən sonra o dövrün təbliğat maşını hadisədən özünün ideoloji məqsədləri üçün istifadə etməyə başlamış, ondan " gənc qəhrəman" obrazı düzəltməyə çalışmışdır. Rəsmi sovet qəzetlərində onun yeganə şəkli üzərində dəyişiklik apararaq pioner qalstuku geyndirmiş, retuş edərək təbliğat obrazı yaratmışlar.Hətta həyatda o " Paşa" adlansa da təbliğat naminə ədəbiyyatda " Pavlik " adlandırılmışdır.
Pavlik Manukyan
Pavel (Pavlik) Manukyan (3 mart 1964, Babakişi, Abaran rayonu) — Ermənistan hərbçisi və ictimai xadimi. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Müəssislər Məclisinin üzvü, "Sasna tsrer" qrupunun üzvü olmuşdur. == Həyatı == 3 mart 1964-cü ildə Ermənistan SSR-nin Abaran rayonunda yerləşən Babakişi kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1990-cı ildə "Daşnaksutyun" partiyasına üzv olmuşdur. O, çox keçməmiş, bu strukturu erməni xalqının düşməni hesab edərək oranı tərk etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur. == Mükafatları == Pavel Manukyan hakimiyyətin yeritdiyi siyasətlə razılaşmadığı üçün aldığı bütün hərbi medallardan imtina etmişdir. 2018-ci ildə Ermənistanda inqilabdan sonra bütün mükafatları qəbul etmişdir.
Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Panjin
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Ravvin
Ravvin (idiş רבי‎ — "mənim ağam", "mənim müəllimim") — İudaizmdə Tövrat və Talmudun təfsirini izah edən elmi rütbə. Yəhudi dini təhsili aldıqdan sonra verilir. Camaatlığa və ya icmaya rəhbərlik etmək, yeşivada (yəhudi ali dini məktəb) dərs demək və dini məhkəməyə üzv olmaq hüququ verir (beyt din). Ravvin rahib deyil. Yəhudiliyin islahatçı və mühafizəkar cərəyanlarında qadın da ravvin ola bilər. == Etimalogiya == "Rabbi" sözü yunan dilindən gəlmişdir yun. ραββι ravvi/rabbi. İvrit dilində isə rabbi — rab əsas götürülməklə — “böyük; usta" — və mənsubiyyət şəkilçisi — i -artırılmaqla yəni "mənim" düzəldilir. Əhdi-Cədiddə ravvin kəlməsi "ilahiyyatçılara və fariseylərə", habelə İsaya da aid edilmişdir. Müxtəlif yəhudi dialektlərində və yunan dilində bu sözün bir sıra formaları — "Rav" ivr.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Şaolin
Şaolin (Çincə: 少林寺, pinyin: Shàolínsì) - Sunşan dağında yerləşən, mərkəzi Çin Büdpərəst məbədidir. == Tarix == Şaolin məbədi 464-cü ildə Çinə səyahət edən ilk hind rahiblərindən biri olan Bodhidharmanın fəaliyyəti sayəsində, 495-ci ildə Sunşan dağı ətrafında tikilmişdir. 1928-ci ildə Şi Yuan (ing. Shi Yousan) adlı ordu başçısının əmri ilə Şaolin məbədi yandırılmışdır. Bu vaxtda artıq məbəddə döyüş sənətləri ilə məşğul olan ustalar olmur. Bir müddət sonra Tszi Tsinin oğluna bura yenidən qayıtmaq və rahiblərə döyüş sənətlərini öyrətmək təklif olunur. Müasir Şaolin ustaları məhz ondan döyüş sənətinin sirlərini öyrənmişlər. Şaolin Kunq-fu döyüş növü bu məbəddə yaranmışdır.
Brüs Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Cek (pavian)
Cek (ing. Jack) və ya ləqəbi ilə Siqnalçı Cek (ing. Jack the Signalman; ö. 1890) – Cənubi Afrikada fiziki məhdudiyyətli dəmiryol siqnalçısı olan sahibinə kömək etməsi ilə məşhurlaşan çakma pavianı.1880-ci ildə Cənubi Afrikada Port-Elizabet ilə Keyptaun şəhərləri arasındakı dəmiryolunda işləyən Ceyms Uid adlı fiziki məhdudiyyətli dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzlərə çobanlıq edən paviana rast gəldi. Meymunun bacarıqlarından təsirlənən Uid onun sahibinə yaxınlaşaraq onu aldı, ona Cek adını verdi və onu öyrədərək şəxsi köməkçisinə çevirdi.Uidin gündəlik həyatda köməyə ehtiyacı var idi. İllər öncə hər iki ayağını da bir iş qəzası zamanı itirmişdi və bu, qatar stansiyasına gediş-gəlişini çətinləşdirirdi. Uidin kotteci stansiyadan yarım mil uzaqlıqda idi və onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək idi. Daha sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başladı. Əvvəlki sahibi Uidə xəbərdar etdi ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Bir gün Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi.
Corc Karlin
Corc Denis Patrik Karlin (ing. George Denis Patrick Carlin; 12 may 1937[…], Nyu-York, Nyu-York ştatı – 22 iyun 2008[…], Santa-Monika, Kaliforniya) — ABŞ əsilli komediyanın stend-ap janrında komik, aktyor, yazıçı, ssenarist, prodüser, dörd Qremmi və Mark Tven adına mükafatlarının sahibi.
Dailin Belmonte
Dailin Belmonte (15 oktyabr 1985, Santiaqo de Kuba, Kuba) — Kubalı marafonçu. Dailin Belmonte Kubanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dailin Belmonte birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 8 saniyəyə qət edərək 118 marafonçu sırasında 70-ci yeri tutdu. Dailin Belmonte növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 58 saniyəyə qət edərək 157 marafonçu sırasında 102-ci yeri tutdu.
Erigeron paolii
Erigeron paolii (lat. Erigeron paolii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur.Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır.Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir. Bu heykəl heç də, Kondivi və Vazarinin təsvir etdiyi heykəli xatırlatmır, belə ki, onun ağzında cəmi iki dişi var və onların da arasından dili sallanır. == Obraz incəsənətdə == Emilio Dzoççi 1861-ci ildə “Gənc Mikelancelonun “Favnın başı”nı yonması” adlı mərmər heykəl işləmişdir.
Faylın adı
Faylın adı (ing. filename) — faylı başqa fayllardan fərqləndirmək üçün ona mənimsədilən hərflər, rəqəmlər və başqa yolverilən simvollar yığını. Faylın adı, adətən, onun tipini və ya təyinatını geniş təsvir edən uzantı (EXTENSİON) ilə müşayət olunur. MS-DOS əməliyyat sistemində faylın adı səkkiz simvoldan artıq ola bilməz, həm də faylın adında hərf və rəqəmlərlə yanaşı, defis və altcizgi simvolları kimi, bəzi durğu simvollarından da istifadə etmək olar. Mas OS əməliyyat sistemində faylın adı 31 simvoladək ola bilər və onların arasında ikinöqtədən (:) başqa istənilən simvol ola bilər (: simvolundan yolun (PATHNAME) elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur). OS/2 sisteminin HPFS fayl altsistemində fayların adlarının uzunluğu 254 simvoladək ola bilər, ancaq disksürənin hərfindən, yoldan və faylın adından ibarət olan kombinasiyanın uzunluğu 259 simvolu aşa bilməz. NTFS fayl sisteminin istifadə olunduğu Windows NT əməliyyat sistemində faylın adı 255 simvoladək ola bilər. HPFS və NTFS sistemlərində faylın adında boşluq simvolundan istifadə etməyə icazə verilir. Bir çox nəşriyyatlar bitişik deyil, “file name” yazılışına üstünlük verir.
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.
Faylın ölçüsi
Faylın ölçüsi (Ing.file size)– faylın, adətən, baytla ifadə olunan uzunluğu. Diskdə saxlanılan fayl, adətən, iki ölçü ilə xarakterizə olunur: məntiqi və fiziki. Faylın məntiqi ölçüsü onun gerçək ölçüsüdür, yəni onda olan baytların sayıdır. Fiziki ölçü diskdə fayl üçün ayrılmış yaddaşın həcmini göstərir. Fayl üçün sahə klasterlərlə ayrıldığından faylın axırıncı simvolları onlar üçün ehtiyatda saxlanmış klasteri tam doldurmaya bilər. Bu halda faylın fiziki ölçüsü (bütün klasterlərdə olan baytların ümumi miqdarı) onun məntiqi ölçüsündən böyük olur. Buna görə də eyni bir fayl haqqında bəzən tətbiqi proqram və əməliyyat sistemi fərqli ölçülər verir.
Gavlan (Hurand)
Gavlan (fars. گولان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (42 ailə).
Gavlan (Urmiya)
Gavlan (fars. ‎گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,084 nəfər yaşayır (263 ailə).
Gavlıq (Miyanə)
Gavlıq (fars. گاوليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (21 ailə).
Hannibal Hamlin
Hannibal Hamlin (27 avqust 1809 – 4 iyul 1891) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 15-ci vitse-prezidenti. O, ABŞ Respublikaçılar Partiyasının ilk Vitse Prezidenti vəzifəsini icra etmişdir.
Jaklin Kennedi
Jaklin Kennedi Onassis (Buvye) (ing. Jacqueline Kennedy Onassis (Bouvier); 28 iyul 1929[…] – 19 may 1994[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşıdır. Atası fransız və ingilis, anası isə irland əsilli olub. Həyat yoldaşı Con Kennedinin güllələnməsi zamanı ona köməklik etmək üçün əlindən gələni etmişdir. Ömrünün son illərində Limfoma (düyünlərin zədələnməsi) xəstəliyindən vəfat etmişdir. 1994-cü ildə yuxuda olarkən vəfat etmişdir. Kiçik oğlu Kennedi-Onassis söyləmişdir: Jaklin Buvye 28 iyul 1929-cu ildə Nyu-York Sautqempton şəhərinin ətrafında, III Con Buvye və Canet Norton Li ailəsində anadan olmuşdur. 1951-ci ildə Corc Vaşinqton Universitetindən Fransız Ədəbiyyatı bakalavr dərəcəsini almışdır və The Washington Times-Herald qəzetində fotoqraf olaraq işə başlamışdır. 1952-ci ildə Buvye o zaman konqresmen olan Con Kennedi ilə Vaşinqtonda şam yeməyində görüşmüşdür. Kennedi həmin il senata seçilmiş və cütlük 12 sentyabr 1953-cü ildə Rod-Aylend ştatının Nyuport şəhərində evləndilər.