Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalileo Qaliley
Qalileo Qaliley (it. Galileo Galilei; 15 fevral 1564[…], Piza, Florensiya hersoqluğu[d] – 8 yanvar 1642[…], Arçetri[d], Böyük Toskana hersoqluğu) — italyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, universal insan, müasir fizika və astronomiya elmlərinin və elmi metodun banilərindən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Qalileo Qaliley italyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu olub. Elmi inqilabda böyük bir rol oynamışdır. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. Stiven Hokinq "Qalileo, bəlkə digər insanlardan müasir elmin doğuşundan məsul olduğu üçün daha çox insan idi" deyir. O, 1564-cü ildə İtaliyanın Piza şəhərində doğulub. Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb.
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Malije
Malije (fr. Malijai, oks. Malijai) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04108. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1958 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1118 nəfərdən (15-64 yaş) 832 nəfəri iqtisadi cəhətdən fəal, 349 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.4%, 1999-cu ildə 65.8%). Fəal olan 832 nəfərdən 721 nəfəri (396 kişi və 325 qadın), 111 nəfəri işsizdir (40 kişi və 71 qadın).
Pallet
Pallet (Euro-pallet or EPAL - pallet) — ölçüləri 1200×800×144 mm
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Palıdlı
Palıdlı (Xaçmaz)
Polimle
Polimle (serb. Полимље / Polimlje) — Balkanlarda yerləşən coğrafi vilayət. Vilayət Lim çayının vadisini əhatə edir. Polimle tarixi vilayətinin ərazisi hazırda Novopazar Sancaq, Stari-Vlax və Raşka vilayətlərinin tərkibini təşkil edir. == Coğrafiyası == Polimle vilayəti hazırda Bosniya və Herseqovinanın bir parçası olan Serb Respublikası, Serbiya və Monteneqro ərazilərinə daxildir. Əsasən Lim çayımın axdığı vadini əhatə edir. Polimle şimaldan cənuba çay axınının istiqamətində Yuxarı və Aşağı olmaqla iki hissəyə bölünür. Şimal (Aşağı Polimle) ərazisində (Lim çayının hövzəsi) əsasən serb icmaları yaşayır. Bu bölgə Bosniya və Herseqovinanın serb Respublikası ərazisinə daxildir. Rudo icmasıda bu regiona daxildir.
Praline
Praline (fr. praliné, praline)- Ovulmuş badamların şəkər tozuna qarışığından ibarətdir. == Haqqında == Onlardan tortların, kekslərin, kremlərin bəzədilməsində istifadə edirlər. 1671-ci ildə aşpaz Plessi-Pralin tərəfindən hazırlanmışdır.İlk əvvəl ovulmuş badam digər çərəzlərlə qarışaraq, bala qarışdırılmış və içərisinə şokolad ovuntuları tökülmüşdür. Üzərinə karamel tökülərək süfrəyə təqdim olunmuşdur. Çexiya və Polşada pralina 20-30 sm-lik vaflinin içərisində olur, üzərinə sirop əlavə edilir.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. == İstinadlar == == Ədəbiyyat == Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Antti Palola
Antti Palola (fin Antti Palola; 1 may 1959, Finlandiya) — Finlandiya Əməkçilərinin Konfederasiyasının rəhbəri (2013-cü ildən). == Həyatı == 1 may 1959-cu ildə Finlandiyanın Kaarlela şəhərində anadan olmuşdur. 2005–2013-cü illərdə "Pardia"nın rəhbəri olmuşdur. 2013-cü ilin dekabr ayında Finlandiya Əməkçilərinin Konfederasiyasının rəhbəri seçilmişdir.
Araz palıdı
== Ümumi yayılması: == İran, Kiçik Asiya, İraq, Əfqanıstan və Ermənistanda təbii arealları vardır. == Azərbaycanda yayılması: == Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitki növüdür. CR A1ab;B1bc(iii,iv). == Bitdiyi yer: == Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir. == Təbii ehtiyatı: == Arealı çox da geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır. Cavan yaşlarında zoğları yaşlımtıl rəngdə, tüklü olur, sonradan qırmızımtıl rəng alır. Yarpaqları böyük, uzunsov, tərsinə yumurtaşəkilli olub, üst tə-rəfdən açıq-yaşıl, tüksüz, bəzən sonradan tökülən məxməri tükləri vardır. Yarpağın kənarları tam və ya küt dişli, kiçik və qısa dilimli ola bilir.
Avstriya palıdı
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 25-40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4-8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Fars palıdı
== Təbii yayılması: == Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. == Ekologiyası: == Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Gürcü palıdı
Quercus iberica (lat. Quercus iberica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Аvrоpаdа və Qаfqаzdа yаyılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 32 m оlаn аğаcdır. Zоğlаrı qırmızımtıl-qəhvəyi rəngdə, çılpаqdır. Yаrpаqlаrının uzunluğu 5-18 sm, еni 3-7 sm, tərs və yа uzunsоv, оvаl fоrmаlı, dərivаri, üst tərəfdən yаşıl, pаrıldаyаn, аlt tərəfdən аçıq yаşıl tüklərlə örtülüdür. Оturаcаqdаn аzcа pаzvаri, nаdir hаllаrdа uc tərəfdən sıxılmış dilimlərə mаlikdir. Yаrıqlаrı kiçik оlduqdа, yаrpаq аyаsının yuxаrı və аşаğı hissələrinə dаhа yаxın оlur. Yаrpаqlаrın sаplаqlаrı 1-3 sm uzunluqdаdır. Mеyvələri оturаq və qısа sаplаqlıdır.
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kamilə Nəbiyeva
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.
Livan palıdı
Livan palıdı (lat. Quercus libani) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Luzitan palıdı
Luzitan palıdı (lat. Quercus lusitanica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.