QALİFE

[ fr. xüs. is. -dən] Aşağısı dar, yuxarısı isə yanlardan enli hərbi şalvar.
Əksərən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər furqonun yan tərəfinə doluş(du)… M.İbrahimov.
Onun boyu az uzun, şalvarı az qalife, çənəsi az yastı, bədəni arıqdır. Qantəmir.
Şahnaz onun [Qurbanın] corablarını çıxarıb, qalife şalvarının balağını yuxarı çəkdi. İ.Şıxlı.

Etimologiya

  • QALİFE Şalvar növüdür. İlk dəfə belə şalvarı Fransa generalı Q.Qalife geyindiyi üçün söz onun adı ilə bağlı yaranıb
QALİBLİK
QALLAC

Digər lüğətlərdə