Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paranoid (albom)
Paranoid – İngilis heavy metal qrupu Black Sabbath-ın 18 sentyabr 1970-ci ildə çıxardığı ikinci albomudur. Ən çox bilinən və ən böyük yüksəlişi əldə etdikləri albomlardan biridir. 1970-ci ilin Sentyabr ayında İngiltərədə satışa çıxarılan albom, qısa müddət ərzində siyahılarda ilk sıralara yüksəldi. Prodüserlər "Paranoid" mahnısını albomun lokomotivi olaraq qiymətləndirdilər, və həm Vyetnam Döyüşünü tənqid edən, həm nisbi yavaş bir mahnı olan War Pigs'in albom adı olmasına qarşı çıxdılar. Lakin albom qapağı isə dəyişmədi; kasklı, əlində qılınc ilə qaçan adam Paranoidin albom üzü olaraq qaldı. Paranoid mahnısı, təkrar birləşən orijinal heyətin, son dövrlərindəki konsertlərində ifa etdikləri son mahnıdır.
Paranoid şəxsiyyət pozuntusu
Paranoid şəxsiyyət pozuntusu — kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyil etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalarının fikirlərini daim inkar edirlər, tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin (1875–1933) fanatiklər olaraq qəbul etdiyi bir sinfi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar.
Paranoya
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər. Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar. Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir.
Alkoqol paranoidi
Alkoqol paranoidi — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini zənn edir.
Parabolik dyunlar
Vinko Paradzik
Murad Paranuk
Murad Salehoviç Paranuk (rus. Мурат Салихович Паранук; 5 may 1912, Kuban vilayəti[d] – 4 iyul 1970, Maykop, Krasnodar diyarı) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur. Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir. Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır. "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir.
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Paranoya (musiqi albomu)
Paranoya (rus. Паранойя) — Nikolay Noskovun ikinci studiya albomu.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.