Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Macropus parma
Parma vallabisi (lat. Macropus parma) — kenquru cinsinə aid heyvan növü.
Parma FK
"Parma" və ya rəsmi olaraq "Parma Kalço 1913" (it. Parma Calcio 1913 — Emiliya-Romanya regionunun Parma şəhərini təmsil edən İtaliya peşəkar futbol klubu. Hazırda İtaliyanın səviyyəcə 2-ci sayılan Seriya B-də çıxış edir. 1913-cü ilin dekabr ayında "Parma Futbol Klubu" adı ilə təsis olunan klubun ev stadionu 1923-cü ildən 27,906 yer tutumu olan Ennio Tardini stadionudur, hansına ki çox vaxtı qısa olaraq İl Tardini deyilir. Kalisto Tantsi tərəfindən maliyyələşdirilən klub 1992-2002-ci illər arasında səkkiz kubok qazandı, bu dövrdə 1996-97 mövsümündə yüksək liqada ən yaxşı nəticəsi olan 2-ci yeri tuta bilmişdir. Klub üç İtaliya Kuboku, bir İtaliya Superkuboku, iki UEFA kuboklarını, bir UEFA Superkuboku və bir UEFA Kuboklar Kuboku mükafatlarının qalibidir.2003-cü ilin sonlarına baş verən Parmalat qalmaqalına görə klubun maliyyə problemləri başladı, nəticədə klubun baş şirkəti dağıldı və 2007-ci ilə qədər klub nəzarət edilən idarəetmə altında fəaliyyət göstərirdi. Klub 2015-ci ildə müflis elan edildi və Seriya D-də yenidən quruldu və 2018-ci ildə Seriya A-ya qayıtdı.
Parma vallabisi
Parma vallabisi (lat. Macropus parma) — kenquru cinsinə aid heyvan növü.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Baymak
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. == Həyatı == Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132-64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Spartak
Spartak (lat. Spartacus; bilinmir, Trakiya – aprel e.ə. 71) — Qədim Romada qulların ən böyük üsyanının (e.ə. 73 və ya 74-71) başçısı. Mənşəcə frakiyalı idi. Romalılar Spartakı əsir almış və qladiator məktəbinə vermişdilər. E.ə. 74 ildə Kapuya şəhərində qladiator məktəbində Spartakın rəhbərliyi ilə başlanmış üsyana bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. == Spartak üsyanı == Üsyan haqqında onun iştirakçılarından alınan heç bir məlumat yoxdur. Buna görə də üsyançıların bir çox planları və onların həyat təfsilatları hələ də naməlum olaraq qalır.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Vardak
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir.Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar.Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar. Dinləri islam (şiə qolu) dinidir. Etnik kökən baxımından əsasən afşar türklərindən ibarətdirlər.
Yermak
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. == Həyatı == Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Üparlak
Üparlak (fr. Huparlac, oks. Uparlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12116. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfərin (15-64 yaş arasında) 124 nəfəri İqtisadi fəal, 31 nəfər hərəkətsizdir (fəaliyyət göstəricisi - 80.0%, 1999-cu ildə 77.3%).
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Abzak (Baymak)
Abzak (başq. Абҙаҡ, rus. Абзаково) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 62 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Akmoron (Baymak)
Akmoron (başq. Аҡморон, rus. Акмурун) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 13 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 56 km. == Əhali == == Tarixi == 1912-ci ildə Akmoron kəndinə mordvalılar, həmcinin ruslar gəlmişlər.
Aktau (Baymak)
Aktau (başq. Аҡтау, rus. Актау) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 11 km, kənd sovetliyindən (Akmoron): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə baçqırdlar (100%) üstünlük təşkil edir.
Alqazı (Baymak)
Alqazı (başq. Алғазы, rus. Алгазино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 50 km, kənd sovetliyindən (Əbdülkərim): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.